Снимок экрана 2017-03-24 в 22.09.56

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəli ötən sayımızda …

 

1.Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, 187 səhifə. – l bölüm – MTN işi

 

http://avropaninsesi.com/mtn-sussurlugu-451-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t%c9%99hqiq/

 

2.Mahir Abdullayevin dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmasına dair cinayət işi ilə baglı İctimai Təhqiqqat Komissiyasının Hesabatı (187 səhifə), 1-21-ci hissələr – ll bölüm

 

 

http://avropaninsesi.com/page/2/?s=Hesabat%C4%B1

 

3.Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lll bölüm

http://avropaninsesi.com/mtn-sussurlugu-452-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai/

4.Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-cü il – lV bölüm

 

http://avropaninsesi.com/mtn-sussurlugu-453-mtn-zabiti-mahir-abdullayevin-mut%c9%99skkil-cinay%c9%99tkar-t%c9%99skilat-t%c9%99r%c9%99find%c9%99n-ogurlanmasina-dair-cinay%c9%99t-isi-il%c9%99-bagli-ictimai-t/

 

P.S. Əziz dostlar və müstəqil media nümayəndələri ! Sizdən xahiş edir ki, Mahir Abdullayevin ogurlanması və KQB generallarının MTN İşi Məhkəməsi   haqqında məlumatları  qeyd olunan bu internet ünvanına göndərəsiniz:

info@avropaninsesi.com

elshadalawprof@gmail.com

Mahir Abdullayevin dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmasına dair cinayət işi ilə baglı İctimai Təhqiqqat Komissiyasının Hesabatı (187 səhifə)  – MTN İşi
Bunların yaratdığı sistemi onların özlərindən başqa kimsə idarə edə bilməz. Bu sistem yalnız onların nüfuzuna, təcrübəsinə, imkanlarına ölçulmuş bir sistemdir. Bu sistem onların daxilində ziddiyyətlərin artmasına, eləcə də şəxsən Sizin Prezident olaraq bu hadisə ilə bağlı atacağınız qəti addimların nəticələri olaraq dağılmağa başlayacaq.
Əfsuslar olsun ki, 2003-cu ildən bəri dəfələrlə M. Abdullayevin oğurlanma faktı ilə bağlı hüquq- muhafizə orqanlarının unvanlarına göndərilən coxlu sayda ərizə– müraciətlərə baxmayaraq, bu işin istintaqına cavabdeh şəxslərin fəaliyyətində hec bir ciddi dəyişikliklər-islahatlar olmamışdır. Əksinə, M. Abdullayevin oğurlanma faktını hər vasitə ilə ört- bastır etməyə calışan vəzifəli şəxsləri görduk, mənfi tendensiyalar ustun şəkil aldı. Məhkəmə sistemində calışan hakim, guc strukturlarında calışan onlarla zabitlər ayrı- ayrılıqda, hər biri ayrı- ayrı qruplaşmaların numayəndələri kimi, “pul verin, Mahiri gətirək“  təklifləri ilə cıxış ediblər. Bu bir daha göstərir ki, hec bir halda bunları adi Azərbaycan vətandaşlarının təhlukəsizliyi maraqlandırmır, bunların bir amalı, bir məqsədi var, cirkin cinayət yolu ilə kullu miqdarda mənfəət əldə etmək. Artıq bu şanlı peşə sahibləri özlərini də ifşa ediblər. Onlar artıq poqon daşıyaraq cinayətkarları himayə etmələrini də gizlətmirlər. Elə bu səbəbdən bizdə özlərinə qarşı nifrət oyadıblar, munasibətlər kifayət qədər kəskindir. Ötən illər ərzində M. Abdullayevin yaxınlarına qarşı pərdə arxası hazırlanan provakasyon ssenarilər, bu gun  zərərcəkmişə qarşı cinayət işi açılmaqla artıq acıq mustəviyə kecdi.
Möhtərəm Prezident, Şəxsən sizin qəti göstərişiniz olmadan bunu artıq tənzimləmək mumkun deyil. M.Abdullayevin oğurlanma faktı ilə bağlı Sizə məlumat verməyə calışan insanlara qarşı hüquq- muhafizə orqanları tərəfindən elə bir təzyiqlər göstərilir ki, həmin şəxslər Azərbaycan Respublikası vətəndaşğından imtina etmək dərəcəsinə catırlar, öz doğma ocaqlarını tərk edirlər, məcburiyət qarşısında öz xəstə valideynlərini himayəsiz buraxırlar.
Bu gun böyuk ixtiraların nəticəsi olaraq, tükürpədici texnologiyaların mövcudluğuna baxmayaraq, əgər respublikanın milli təhlukəsizliyini təmin edən təşkilatın əməkdaşı-zabiti yoxa cıxırsa və ya oğurlanırsa, 10 il ərzində tapılmırsa, bu o deməkdir ki, Azərbaycan respublikasının hüquq- muhafizə orqanları, xususilə prokurorluq orqanları avtoritar ölkələrin guc strukturlarına xas fəaliyyət göstərirlər. Bu o deməkdir ki, adam oğurluğu, korrupsiya, ruşvətxorluq uzərində iş fəaliyyəti qurulduğundan ölkədə kriminogen vəziyyətə nəzarət etmək mumkun olmaz. Bu təhlukə artıq yaranıb.
Möhtərəm cənab prezident, butöv 10 il ərzində zərərcəkmiş tərəfindən hüquq- muhafizə orqanlarına, xususilə prokurorluq orqanlarına kulli miqdarda rəsmi şəkildə muraciət olunmasına baxmayaraq, bunlardan birinə də Mahirin aqibətinə aydınlıq gətirə biləcək cavab alınmayıb, hətta  2012-ci ildə  şəxsən Sizin göstərişinizə əsasən yaradılmış mustəqil əməliyyat istintaq qrupunun dövrundə bu istiqamətdə ciddi addım atılmayıb. Əgər hüquq- muhafizə orqanlarının öz əməkdaşları adam oğurluğu iə məşğul olurlarsa, bunun özu dövlətcilik ucun təhlukə yaratdığını göstərir. Amma əminəm ki, belə vəziyyət cox cəkə bilməz. Biz bunun şahidi olduq. AR DİN-də qruplar bir birilərinə qarşı mubarizə aparır, biri digərinin mövqeylərini zəiflətməyə calışırlar. Bu da onların huquqlarını qoruduqları xalqın, bu xalqın bir hissəsi olan Abdullayevlər ailəsinin gözu qarşısında baş verir, xalqda onlara qarşı inam zəifləyir, xalq arasında dayaqlarını sıradan cıxarır.
Elşad Abdullayev tərəfindən hüquq- muhafizə, prokurorluq orqanlarına, eləcə də ictimaiyyətə təqdim olunmuş video yazılardan məlum olur ki, M. Abdullayevi oğurlayan şəxslər, bu kriminal dəstənin himayədarları ən azından guc strukturlarında təmsil olunurlar. Guclu arxası olmayan dəstə bu qədər ağır cinayət törədə bilməzdi. Təəccub etmirik ki, fəaliyyətləri barədə hüquq- muhafizə, prokurorluq orqanlarında məlumat olduğu halda, onlar cəzasız qala bilirlər. Amma konkret olaraq himayədarların kimliyinə gəldikdə, düşünürük ki, zərərcəkmişin təqdim etdiyi video faktların qəhramanları tələb olunan qanun cərcivəsində istintaqda dindirilməyənə qədər, zərərcəkmiş şəxsin yaxınlarında yaranmış suallara aydınlıq gətirilməyəcəyinə kimi bu məsələ açılmayacaq.
Cənab prezident, biz Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi olaraq Sizə müraciət edərək 10 ildən bundan öncə, 2003- cü il oktyabr ayının 13- də naməlum şəraitdə oğurlanmış MTN zabiti, Azərbaycan respublikası vətəndaşı Mahir Abdullayevin taleyinə aydınlıq gətirilməsi, tapılıb ailəsinə təvil verilməsi, eləcə də onun oğurlanmasında iştirak edən və geri qaytarılması üçün qardaşı Elşad Abdullayevdən pul tələb edən şəxslər barəsində qanun çərçivəsində ciddi ölçü götürülməsi üçün müvafiq addımlar atmanızı xahiş edirik.
Hörmətlə,
Azad Mursaliyev
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri
 18 mart 2013- cü il, Bakı şəhər
15.10  İL  AÇILMAYAN  CİNAYƏT…..
VƏ  YA  HAKİMİYYƏT  MAHİR  ABDULLAYEV  CİNAYƏTİNİN  AÇILMASINDA  NİYƏ  MARAQLI  DEYİL  ?
—————————————————————————–
Aparılan araşdırmalar göstərir ki, hakimiyyət Mahir Abdullayev cinayətinin açılmasında maraqlı deyil. Bunun çox sadə səbəbi var. Çünki bu cinayətin baş verməsində həyata keçirilməsində və bu günə qədər açılmamasında yer alan bir çox vəzifəli şəxslər hakimiyyətin yuxarı ranqında təmsil və himayə olunurlar. Bütün bunları söyləmək üçün kifayət qədər əsaslar var. Necə olur ki, on ilə yaxın bir muddətdə prokurorluq orqanları sırf M.Abdullayevin oğurlanması, hətta  prokurorluq orqanlarının töfsiv etdikləri öldurülmə faktı ilə heç kimi saxlamır, bu günə kimi istər zərəəkmişə, istərsə də içtimayətə heç bir tutarlı məlumat vermir, cinayət işinin illərlə istintaqını aparan onlarla prokurorluq əməkdaşı heç bir nəticə əldə etmir, cinayətləri ört- bastır edən əməkdaşları ilə bağlı daxili xidməti araşdırmalar aparılmır, prokurorluq əməkdaşları töhmət belə almırlar, cəzalanmırlar, işdən qovulmurlar? Əksinə nə baş verir? Zərəəkmişə və onun ailə üzvlərinə, qohumlarına, yaxınlarına qarşı saysız- hesabsız cinayət işləri açılır, zərəəkmişin Mahirin qardaşı Elşad Abdullayevin rəhbərlik etdiyi universitet butun mövcud sivil qanunlara zidd olaraq bağlanılır, universitetetin rektoru ölkədən qaçaq salınır, özünun və ailə üzvlərinin bank hesablarına həbs qoyulur, numayəndəsi və qohumu, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyevin  konstitusyon huquqları sayilan azad hərəkət etmə huquqları kobud şəkildə pozulur, vəkilinin cinayət işində numayəndəsi kimi tanınmaqdan imtina edilir, yataq xəstəsi olan, zəhərlənmiş qardaşı Eldəniz Abdullayevə  və qardaşı oğlu Mübariz Abdullayevə qarşı cinayət işi qaldırılır. Bütün qohumların ölkədən giriş– çıxış hərəkətlətinə yasaq qoyulur.
15.1.ZƏRƏRÇƏKMİŞİN  ÖZÜNÜN,  AİLƏ  ÜZVLƏRİNİN  VƏ  YAXIN  ƏTRAFININ  TƏQİB  VƏ  TƏZİKLƏRƏ  MƏRUZ  QALMASINI GÖSTƏRƏN  AMİLLƏR
TƏQİBLƏR
1.Abdullayev  Mahir  İslam  oğlunun  itkin  düşməsi  və  digər  faktlara  dair  istintaq  olunan  105157  saylı  cinayət  işi  üzrə  yaranmış  zərurətlə  əlaqədar  olaraq  Elşad  Abdullayevin  nümayəndəsi  Mursaliyev  azad  Oqtay  oğlu  giriş-çıxış  və  qeydiyyat  İAMAS ın  sərhədkeçməyə  məhdudiyyət  siyahısına  müvafiq  statusla  daxil  edilmişdir.
Belə  ki,  Mursaliyev  Azad  Oqtay  oğlu  şəxsi  işi  ilə  əlaqədar  Şimali  kipr  türk  respublikasına  getmək  üçün  01  noyabr  2012 ci  il  atrixdə  Türk  hava  yolları  şirkətindən  bakı  İstanbul  Ərcan  marşrutu  üzrə  426  manat  69  qəpiyə  təyyarə  bileti  almışdır.  Biletə  görə  uçuş  vaxtı  02  noyabr  2012  ci  ildə  saat  04.454 ə  təyin  olunmuşdur.  Azad  mursaliyev  02  noyabr  2012  ci  ildə  saat  02.30  radələrində  Bakı  şəhərində  yerləşən  H.Əliyev  adına  Beynəlxalq  hava  limanında  olmuş  və  limanın  qeydiyyat  şöbəsinə  yaxınlaşaraq  qeydiyyatdan  keçmiş,  yükünü  baqaja  təhfil  vermişdir.  Saat  03.00  da  hava  limanında  Dövlət  sərhəd  Xidmətinin  yoxlanışından  keçərkən  həmin  xidmətin  əməkdaşları  tərəfindən  pasportu  alınmış  və  o  aparılaraq  hava  limanının  inzibati  binasında  yerləşən  sərhəd  məntəqəsinə  məxsus  növbətçi  hissədə  saxlanılmışdır.  Həmin  vaxt  sərhəd  xidmətinin  əməkdaşları  ona  saxlanılmağının  əsasını  bildirməmişdirlər.  Azad  mursaliyev  orada  7  saat  ac  susuz  saxlandıqdan  sonra  10.00  da  azərbaycan  respublikası  baş  prokurorluğunun  əməkdaşına  təhfil  verilmişdir. Prokurorluğun  əməkdaşı  Pacero  markalı  avtomaşınla  A.mursaliyevi  prokurorluqa  aparır.  Prokurorluqun inzibati  binasında  Müstəqil  istintaq  komissiyasının  sədri  Elmar  Camalov  və  digəşəxslər  də  vardır.  A.Mursaliyev  onlra  öz narazılığını   bildirir,  onlardan  hansı  cinayət  işinə  və  hansı  əsasla  onun  ölkədən  getmək  hüququnun  məhdudlaşdırıldığını  soruşur.  Elmar  camalov  bildirir ki,  bu  işdə  onların  günahı  yoxdur,  cinayət  işinin  istintaqını  aparan  əvvəl  ki.  müstəntiq  tərəfindən  sənin  ölkədən  getmək  hüququn  məhdudlaşdırılmışdır.  bu  söhbətdən  sonra  A.Mursaliyev  sərbəst  buraxılır,  onun  hər  hansı  izahatı  və  ya  ifadnəsi  alınmır.  Bu  da  onu  göstərir  ki,  Baş  Prokurorluq  hər  hansı  hüquqi  zəruriyyət  olmadan  A.Mursaliyevin  ölkədən   getmək  hüququnun  məhdudlaşdırılması  işin  1  saylı  Bakı  İnzibati  İqtisadi  Mıhkəməsində  baxışı  zamanı  prokurorluq  tərəfindən  təqdim  olunan  10  dekabr  2012  ci  il  tarixli  etirazda  bir  daha  təsdiq  olunur.
Hüquqi  əsaslar.
Hesab  edirik  ki,  Azərbaycan  respublikasının  baş  prokurorluğu  Azad  Mursaliyevin  ölkədən  getmək  hüququnu  əsassız  olaraq  məhdudlaşdırmaqla  Azərbaycan  respublikası  konstitusiyasının  228  ci  maddəsində  nəzərdə  tutulmuş  azadlıq  hüququn  pozmuşdur.  belə  ki,   Azərbaycan  Respublikası  Konstitusiyasının  28  ci  maddəsinin  3  cü  hissəsinə  əsasən,  qanuni  sürətdə  Azərbaycan  Respublikasının  ərazisində  olan   hər  kəs  sərbəst  hərəkət  edə  bilər,  özünə  yaşayış  yeri  seçə  bilər  və  azərbaycan  Respublikasının  ərazisindən  kənara  gedə  bilər.
Eyni  zamanda  ölkədən   getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında  14  iyun  1994  cü  il  tarixli  Azərbaycan  Respublikası  Qanunun  1 ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  hər  bir  vətandaşı  Qanunda  nəzərdə  tutulmuş  qaydada  xüsusi  ayrılmış  nəzarət  məntəqələrindən  keçib  sərbəst  sürətdə  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququna  malikdir.  vətandaş  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququndan  məhrum  edilə  bilməz.  bu  hüquq  yalnız  aşağıdakı  hallarda  müvəqqəti  məhdudlaşdırıla  bilət.
1.vətandaş  cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndiriləşəxs  qismində   tanındıqda,  məhkum  edildikdə  və  ya  barəsində  tibbi  xarakterli  məcburi  xarakterli  tədbirlər  tədbiq  edildikdə 0 müvafiq  olaraq  barəsində  cinayət  təqibi  üzrə  icraat  başa  çatanadək,  cəzasını  çəkib  qurtaranadək  və  ya  cəzadan  azad  edilənədək,,  yaxud  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edilənədək.
2.vətanadaş  müəyyənləşdirilmiş  qaydada  müddətli  həqiqi  hərbi  xidmətə  çağrıldıqda=müddətli  həqiqi  hərbi  xidmət  keçənədək  və  ya  qanuna  uyğun  olaraq  ondan  azad  edilənədək.
3.beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar   çıxdığı  dövlətlərarası  müqavilələrə  uyğun  olaraq  profilaktik  peyvəndlər  tələb  olunan  ölkələrə  gediş  gəliş  zamanı  profilaktik  peyvəndlərin  aparılmasınadək.
4.məhkəmə  qərarı  əsasında  verilmiş  icra  sənədinin  könüllü  icra  üçün  müəyyən  olunmuş  vaxtda  üzrsüz  səbəbdən  icra  edilməməsinə  görə  vətandaşın  ölkədən  getmək  hüququnun  müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı   olduqda = məhdudlaşdırmanın  götürülməsi  barədə  qərar  qəbul  edilənədək.
Dövlət  sirri  ilə  işləməyə  buraxılmış  şəxslərin  tanış  olmağa  buraxıldığı  məlumatın  məxfilik  müddəti  bitənədək,  lakin  5  ildən  çox  olmamaq  şərtilə,  xarici  ölkəyə  daimi  yaşamağa  getmək  hüququ  müvəqqəti  çməhdudlaşdırıla  bilər.
Hər  hansı bir  ölkədə  fövqaladə  vəziyyət  və  ya  insan  həyatı,  sağlamlığı  və  ya  azadlığı  üçün  təhlükə  yaranarsa,  Azərbaycan  Respublikasının  Xarici  İşlər  nazirliyi  Azərbaycan  Respublikasının  əhalisini  dərhal  xəbərdar  etmıklə,  vətandaşlara  həmin  ölkəyə  getməkdən  müvəqqəti  çəkinməyi  tövsiyı  edə  bilər.
Azad  Mursaliyevlə  bağlı  ölkədən  getməyinin  məhdudlaşdırılmasına  səbəb  olan  qanunvericilikdə  nəzərdə  tutulmuş  hər  hansı  bir  hal  baş  vermədiyindən  prokurorluq  orqanı  qeyd  olunan  qanunun  tələblərini  pozmuşdur.
Göründüyü  kimi  prokurorluq  orqanının  qanunazidd  inzibati  aktı  nəticəsində   A.Mursaliyevə  maddi  ziyandan  əlavə ,  qanunsuz  olaraq  ac  susuz  saxlanılması  ilə  əlaqədar  ona  eyni  zamanda  mənəvi  ziyan  da  dəmymişdir.
Beləliklə  də  hesab  edirik  ki,  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  A.Mursaliyevin  ölkədən  getmək  hüququnun  məhdudlaşdırılması  ilə  bağlı  hərəkətləri  qanunsuzdur  və  həmin   hərəkət  nəticəsində  ona  vurulmuş  maddə  və  mənəvi  ziyan  azərbaycan  Respublikası  Baş  Prokurorluğu  tərəfindən  ona  ödənilməlidir.
Faktla  bağlı  zərəəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər
1.Azərbaycan  Respublikası   Bakı  Şəhər  Səbail  rayon  məhkəməsinin  hakimi  Famil  Nəsibov.
2.Azərbaycan  Respublikası  1  saylı  Bakı  İnzibati  İqtisad  Mıhkəməsinin  hakimi  Məmmədova  Şərafət  Asif  qızı.
3.Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  nəzdində  Müstəqil  Əməliyyat  İstintaq  Qrupunun  rəhbəri ,  Baş  Prokurorun  böyük  köməkçisi   Elmar  Camalov.
 
15.2.Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  nəzdində  Müstəqil  İstintaq  əməliyyat  qrupunun  rəhbəri,  Baş  Prokurorun  böyük  köməkçisi  E.Camalovun  vəsatəti  və  Azərbaycan  respublikasının  Baş  prokuroru  Z.Qaralovun  təqdimatı  əsasında  Bakı  şəhəri,  Yasamal  rayon  məhkəməsi  tərəfindən  105157  saylı  cinayət  işi  üzrə  Royal  bank  ASC – də
1.Abdullayev  Elşad  İslam  oğlunun
  1. həyat  yoldaşı  Abdullayeva  reyhan  Hüseyn  qızının
  2. oğlu  Abdullayev  eltac  elşad  oğlunun
  3. qızı  Abdullayeva  Aynur  elşad  qızının
5 oğlu  Abdullayev  Elşən  Elşad  oğlunun
6.qaynatası  Əhmədov  Hüseyn  Mustafa  oğlunun
7.qaynı  Əhmədov  Mustafa  Hüseyn  oğlunun
8.qaynı  Əhmədov  Hümeyr  hüseyn  oğlunun
9.qaynı  oğlu  Əhmədov   Hüseyn  Mustafa  oölunun
adlarına  olan  hesablar,  eyni  zamanda  mövcud  olan  depozit  qutuları  üzrə  maliyyə  əməliyyatlarının  dayandırılması  haqqında  21  yanvar  2013  cü  il  tarixli,  5 =004=89-2013  saylı  qərar  qəbul  olunmuşdur.
Məhkəmə  qərarını  onunla  əsaslandırmışdır  ki,  istintaqla  Elşad  Abdullayevin  yuxarıda  göstərilən  ailə  üzvlərinin  və  qohumlarının  hər  hansı  gəlirli  işlə  məşğul  olmadıqları  Elşad  Abdullayevin  hesabına  dolandıqları,  həmçinin  sonuncunun  göstərişi  ilə  onun  vəsaiti   hesabına  dolandıqları,  həmçinin  sonuncunun  göstərişi  ilə  onun     vəsaiti  hesabına  əmlakları  əldə  etmələri  müəyyən  olunduğundan  həmin  vəsaitlərin  qeyd  olunan  şəxslərin  adlarına  banka  yerləşdirilməsi  və  məxaric  edilməsi  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digəəmlakın  leqallaşdırılmasına  və   ya  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı   mübarizə  haqqında  Azərbaycan  Respublikası  Qanunun  təsiri  altına  düşməklə  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digəəmlakın  leqallaşdırılmasına  şübhə  yaradan  əməliyyatlardır,  bu  səbəbdən  həmin  hesablar  və  mövcud  depozit  qutuları  üzrə  maliyyə  əməliyyatlarının  istintaq  və  məhkəmənin  sonunadək  dayandırılması  zərurəti  yaranmışdır.  Aşağıdakılara  əsasən,  hesab  edirik  ki.  Bakı  şəhəri,  Yasamal  rayon  Məhkəməsinin  qərarı  əsassız  və  qanunsuz  olduğundan  ləğv  olunmalıdır.
Azərbaycan  Respublikasının  Konstitusiyasının  29  cu  maddəsinə  əsasən,  hər  kəsin  mülkiyyət  hüququ  vardır. Mülkiyyətin  heç  bir   növünə  üstünlük  verilmir.  Mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi   mülkiyyət  hüququ  qanunla  qorunur.  Hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz  əmlak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun barəsində  sərancam  vermək  hüquqlarından  ibarətdir.
Azərbaycan  Respublikası  Cinayət  Prosessual   Məcəlləsinin  177-ci  maddəsinə  əsasən,     istintaq  hərəkətinin  aparılmasına  müvafiq  şəxs  tərəfindən  icazə  verilmədiyi  və  onun  məcburi  aparılması  üçün  məhkəmənin  qərarı  tələb  olunduğu  halda,  müstəntiqin  əsaslandırılmış  vəsaiti  iulə  razı  olan  ibtidai  araşdırmaya  prosessual  rəhbəırliyi  həyata  keçirən  prokuror  məhkəməyə  təqdimatla  müraciət  edir.  həmin  maddəyə  görə,  məcburi  aparılması  üçün  məhkəmə  qərarı  tələb  olunan   istintaq  hərəkətlərindən  biri  də  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digəəmlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  əməliyyatların  icrasının  dayandırlmasıdır.
Həmin  məcəllənin  446.1-ci   maddəsinə  əsasən,  istintaq  hərəkətinin  məcburi  aparılması  üçün  əsas  həmin  hərəkətin  məcburi  aparılması  üçün  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatıdır.
Eyni  zamanda  həmin  məcəllənin  446.2.6  və  446.4-cü  maddələrinə  əsasən,  məhkəməyə  verilən  vəsatətdə  barəsində  vəsatət  verilən  istintaq  hərəkətinin   məcburi  aparılmasının  zəruriliyi  əsaslandırılmalı  və  bu    barədə  təsdiqedici  materiallar  vəsatətə  əlavə  edilməlidir.
Təssüf  ki.  105157  saylı  cinayət  işi   üzrə  zərər   çəkmişin  və  onun  ğvladlarının,  yaxın  qohumlarının  konstitusiya  hüququ  olan  mülkiyyət  hüququnun   məhdudlaşdırılmasına  yönələn  istintaq  hərəkətinin  həyata  keçirilməsini  sanksiyalaşdıran  məhkəmə  qanunvericiliyin  qeyd  olunan  tələblərini  nəzərə  almamışdır.
Məhkəmə  qərar  qəbul  edərkən  nəzərə  almamışdır  ki,  hal  hazırda  azərbaycan  respublikası  baş  Prokurorluğu  nəzdində  Müstəqil  İstintaq-əməliyyat  qrupu  tərəfindən  istintaq  olunan  105157  saylı  cinayət  işi  üzrə  Elşad  abdullayev  şübhəli  yaxud  təqsirləndiriləşəxs  qismində  cinayət  məsüliyyətinə  cəlb  edilməmişdir.  Deməli ,   cinayət  prosesini   həyata  keçirən  orqan   hələlik  E.Abdullayevin  hər  hansı  cinayəəməlini  törətməsindəşübhələnməmişdir.  E.Abdullayevin  hər  hansı  cinayəti  törətməsinə  şübhə  olmadığı  halda,  onun.  eləcə  də  onun  istinad  olunan  cinayət  işinə  aidiyyəti  olmayan  ailə  üzvlərinin  mülkiyyətində  olan  pul  vəsaitlərinin  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaiti  olmasından  şübhələnilməsi  absurddur.
Yuxarıda  şərh  olunanlara.  azərbaycan  Respublikası  CPM-nin  442,  452  və  453-cü  maddələrinə  əsasən.  Bakı  şəhəri,  Yasamal  rayon  məhkəməsinin  21  yanvar  2013-cü  il  tarixli.  5  -004-89-2013  saylı  qərarını  əsassız  və  qanunsuz  hesab  edirik.
Faktla  bağlı  zərəəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər
1.Bakı  Apelyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyasının  hakimləri   Qasımov  Əflatun  İbrahim  oğlunun,  Abbasov  Mirzəli  əbdüləli   oğlunun,  Bayramov  Əmir  Novruz  oğlu
2.baş  Prokuror  Z.Qaralov
3.Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  nəzdində  Müstəqil  Əməliyyat  İstintaq  Qrupunun  rəhbəri ,  Baş  Prokurorun  böyük  köməkçisi   Elmar  Camalov
4.Bakı  şəhər  Yasamal  rayon  Məhkəməsinin  hakimi  quliyev  Zəfər  arif  oğlu
 15.3.Abdullayev  Mahir  İslam  oğlunun  itkin  düşməsi  faktı  üzrə  azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəsi  ilə  olan  105157  saylı  cinayət  işinin  materiallarından  23  may  2013-cü  il  tarixli  qərarla  abdullayev  elşad  islam  oölunun  qardaşı  oölu  Abdullayev  Mübariz  Əslan  oğlunun  hədə  –  qorxu  ilə   tələb  etməsi  faktına  dair  hissəsi  üzrə  azərbaycan  respublikası  CM-nin  178.3.2-ci  maddəsi  ilə  132006034  saylı  cinayət  işi  ayrıca  icraata  ayrılaraq  ibtidai  istintaqın  davam  etdirilməsi  azərbaycan  Respublikası  Baş  prokurorluğu  nəzdində  Müstəqil  istintaq-Əməliyyat  qrupuna  həvalə  edilmişdir.
132006034   saylı  cinayət  işinin  ibtidai  istintaqı   10  ildən  sonra  , 24  may  2013-cü  il  tarixində  başa  çatdırılmış  və  25  may  2013-cü  ildən  etibarən  cinayət  işinin  materialları  tanış   olmaq  üşün  zərəəkmişin  nümayəndəsinə  təqdim  olunmuşdur.
Azərbaycan  Respublikası  CPM-nin  102.6.8-ci  maddəsinə  uyğun  olaraq  cinayət  işinin  materialları  ilə  taışlıq  zamanı  məlum  olmuşdur  ki,  cinayət  işi   heç  bir  əsas  olmadan  qaldırılmış  və  hətta  qaldırıldığı  halda,  hesab  edirik  ki,  iş  üzrə  istintaq  natamam  aparıldığından  əlavə  istintaq  aparılmasına  və  aşağıda  qeyd  etdiyimiz  xüsusatlar  üzrə  əlavə  araşdırmalara  ehtiyac  var.
Belə  ki,  cinayət  işinin  materiallarından  görünür  ki,  16  noyabr  2003-cü  il    tarixdə  Abdullayev  Elşad  İslam  oğlu  qardaşları  Elsəvər,  Eldəniz  və  İsmayıl  Abdullayevlır  və  qaynı  Əhmədov  Mustafa  Kürdəmir  Rayon  polis  Şöbəsinin  əməkdaşları  tərəfindən  qanunsuz  olaraq  saxlanbılaraq  polis  şöbəsinə  aparılmışlar.  lakin  istintaq  zamanı  təqsirləndiriləşəxs  Abdullayev  Mübariz  Əslan  oğlunun  cinayəti  törədərkən  polis  əməkdaşları  tərəfindən  istiqamətləndirilməsi  faktı  araşdırılmamış  və  buna  hüquqi  qiymət  verilməmişdir.
Cinayət  işinin  46-cı  vərəqində  telefon  danışıqlarının  siyahısından  görünür  ki,  16  noyabr  2003-cü  il  tarixdə  3843304    telefon   nömrəsindən  gün  ərzində  çoxsaylı  danışıqlar  aparılmışdır.   lakin  bu  te3lefon  danışıqlarının  kiminlə  aparılması  araşdırılmamış  və  həmin  şəxslər  dindirilməmişdir.
Cinayət  işinin  46-cı  vərəqində  qeyd  olunur  ki.  3843304  telefon  nömrəsinin  sahibi  haciqabul  rayonu,  vaqif  küçəsi  52  alov  ünvanınvda  qeydiyyatda  olan  Arif  Hüseynovdur,  amma  həmin  şəxs  haqqında  heç  bir  araşdırılma  aparılmamış  və  dindirilməmişdir.
Elşad  Abdullayevin  dəfələrlə  bildirməsinə  baxmayaraq  ki,  Abdullayev  Mübariz  Əslan  oğlu  heç  vaxt  ona  zəng  edib  hədə  qorxu  gələrək  pul  tələb  etməyib,  əksinə  kürdəmir  rayon  polis  ıöbəsinin  rəis  müavini  Tağıyev  Qabil  Səttar  oğlu  telefonla  onunla  danışş və  mahir  abdullayevin  geri  qaytarılması  müqabilində  ondan  50 000  manat  pul  istəmişdir,  lakin  buna  baxmayaraq  bu  quraşdırılmış  cinayət  işində  elşad  Abdullayev  zərəəkmiş  şəxs  qismində  tanınmışdır.
Faktla  bağlı  zərəəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər
1.Kürdəmir  rayon  polis  Şöbəsinin  rəisi  Şıxəliyev  Mirəli  Hacıalı  oğlu
2.Kürdəmir  rayon  polis  şöbəsinin  rəis  müavini  tağıyev  Qabil  Səttar  oğlu
3.Kürdəmir  rayon  polis  Şöbəsinin  Cinayət  Axtarış  bölməsinin  əməkdaşı  Xəlilov  rahim  Səıdi  oğlu
4.Kürdəmir  rayon  polis  Şöbəsinin  baş  müstəntiqi  əliyev  anar  əlövsət  oğlu
5.Azərbaycan  respublikası  baş  Prokurorluğu  nəzdində  müstəqil  istintaq-əməliyyat  qrupunun  rəhbəri.  baş  ədliyyə  müşaviri  Elmar  Camalov
6.Azərbaycan  Respublikası  baş  Prokurorluğu  nəzdində  müstəqil  istintaq  əməliyyat  qrupunun  üzvü.  2-ci  dərəcəli  hüquqşunas  hidayət  Nurəlibəyov
7.Müdafiəçi  Qeybulla  Cavadov
8.Lənkəran  Ağır  Cinayətlər  Məıhkəməsinin  hakimi  Oruc  Cəlilov
15.4.07.06.2013-cü il tarixdə  Abdullayev  Elşad  islam  oğlunun  qardaşı  oğlu  Abdullayev  Elvin  Eldəniz  oğlunun  polad9001hotmail.com  elektron  poçtuna  daxil  olmuş  018-19663A-42130  qeydiyyat  nömrəli  məktubda  qeyd  olunur  ki,  Sizin  Azərbaycan   Respublikası  DİN-nə  ünvanladığınınz  elektron  müraciətiniz  DİN-nin  Baş  pasport  Qeydiyyat  və  miqrasiya  İdarəsində  baxılmışdır.
Məlumat  üçün  bildirirk  ki,  Ölkədən   getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında  14.06.1994-cü  il  tarixli  Qanunun  1-ci  maddəsinin  2-ci  bəndinə  həmçinin  DİN-nin  müvafiq  əmrinin  tələblərinə  əsasən  vətandaş  cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndiriləşəxs  qismində   tanındıqda,  məhrum  edildikdə  və  ya  barəsində  tibbi    xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  – müvafiq  olaraq  barəsində  cinayət  təqibi  üzrə  icraaat  başa  çatanadək,  cəzasını   çəkib  qurtaranadək  və  ya  cəzadan   azad  edilənədək  və  yaxud  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edilənədək  vətandaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  müvəqqəti  olaraq    məhdudlaşdırıla  bilər.
Məlumat  üçün  bildiririk  ki,  Giriş – çıxış  və  Qeydiyyat  idarələrarası  Avtomatlaşdırılma  Sistemindəı  Kürdəmir  Rayon  Polis  Şöbəsi  tərəfindən  AR  CPM-nin244.1-ci  maddəsi  ilə  başlanmış  cinayət  işinin  istintaqı  ilə  əlaqədar  1956-cı  il  təvvəllüdlü  Kürdəmir  şəhəri  M.Əsədov  küçəsi  ev  48-də  qeydiyyatda  olan  Abdullayev  Eldəniz  İslam  oğlunun  ölkədən  getməyinə  məhdudiyyət  qoyulmuşdur.  Kürdəmir  Rayon  Polis  Şöbəsinin  müvafiq  məlumatına  əsasən  istintaq  zərurəti  ilə  əlaqədar  həmin  məhdudiyyət  hal  hazırda  qüvvədədir.  Göstərilənləırə  əsasən  ümumvətandaş  pasportu  almaq  üçün  Eldəniz  Abdullayevin  vəsatəti  rədd edilmiş  və  bu  barədə  müvafiq  məlumat  verilmişdir.
Faktla  bağlı  zərəəkmişin  nümayəndəsinin  hüquqlarının  məhdudlaşdırılmasında    aşağıdakılar  qanun  pozuntusuna  yol  vermişdirlər
1.Kürdəmir  Rayon  polis  Şöbəsinin  rəisi
2.Kürdəmir  Rayon  Prokuroru
 15.5.105157  saylı  cinayət  işi  üzrə  zərəəkmiş şəxs  qismində  tanınmış  Abdullayev  Elşad  islam  oğlunun  qardaşı  Abdullayev  İsmayıl  islam   oğlu  ilə   bağlı  respublikadan  getmək,  respublikaya  gəlmək   Konstitusiya  hüquqları  kobud  şəkildə  pozulmuş,  bununla  bərabəİsmayıl  Abdullayevin  adında   olan  mülkə  həbs  qoyulmuş,    digəri,  1962-ci  ildə  vlideynləri  tərəfindən  alınmış  və  bu  gün   onun  adına  keçirilmiş   Bakı  şəhəri  Yasamal  rayonu,  S.Dadaşov  küçəsində  istifadədə    olunan  0.02671  ha  torpaq  sahəsində  yerləşən  2  mərtəbəli,  4  otaqlı,  daşınmaz  əmlakın  reyestrində  36  nömrəli  reyestr  kitabının  3353  nömrəli  vərəqində  qeydiyyata  alınmış,   81.,3  kv.m  yaşayış, – kv.m  qeyri  yaşayış,  57.3  kv.m  köməkçi  sahədən  ibarət  20  nömrəli  fərdi  yaşayış  evi  paylı  mülkiyyət  hüququ   üzrə  mülkin  isə  naməlum  şəkildə  yeni  sahibləri  peyda  olunmuş,  bu  azmış  kimi  hətta  onlar  qeyri  müstəqil   məhkəmələr  vasitəsilə  İsmayıl  abdullayevin  adına  olan   seriya  MH  00226718  qeydiyyat  nömrəli  kupşçanı   ləğv  etdirmişdirlər.
 
15.6.105157  saylı  cinayət  işi  üzrə  zərəəkmiş şəxs  qismində  tanınmış  Abdullayev  Elşad  islam  oğlunun  yeznəsi  Qədirov  Sədrəddin  Gülbaba  oğlu  ilə   bağlı  respublikadan  getmək,  respublikaya  gəlmək   Konstitusiya  hüquqları  kobud  şəkildə  pozulmuş,  bununla  bərabəİsmayıl  Abdullayevin  adında   olan  mülkə  həbs  qoyulmuşdur.
15.7.Zərəəkmişin  sahibi  olduğu  Azərbaycan  beynəlxalq  universiteti  bağlanmışdır. təhsil  Nazirliyinin  ədalətsiz  əmri    idarəetmə  orqan  kimi  mərkəzi  dövlət  idarəetmə  orqanlarının  normativ-hüquqi  aktlarını  pozduğuna  gəörə  konstitusiyanın  147,  148  və  149-cu  maddələrini  kobudcasına  pozmuşdur.  Belə   olan  halda  mübahisənin  məhkəmə  aidiyyatı  yoxdur.  Əsas  qanunumuzun  147-ci  maddəsinə  görə,  Azərbaycan  Respublikasının  Baş  Nazirinin  11.10.1997-ci  il  sərancamı  öz  hüquqi  qüvvəsini  avtomatik  saxlamalıdır.  Azərbaycan  beynəlxalq  universiteti  2007-ci  il  tarixdən  Təhsil  nazirliyi  tərəfindən  Dövlət  Akkreditasiya  qeydiyyatından  keşmişdir.  Dövlət  akkreditasiya  qeydiyyatı  ali  Təhsil  müəssisəsinin  ən  yüksək  hüququnun  tanınması  olan  Dövlət  nişanı  olmaqla  bərabər,  normativ   hüquqi  sənəddir.  Bu  sənədə  Dövlət  Akkreditasiyası  haqqında  50  səhifəlik  arayışa  26  elm  xadimi  imza  atmışdır.  Təhsil  nazirliyinin  ABU-nə lisenziya  verilməməsi  haqqında  çıxardığı  ədalətsiz  rəy  Dövklət  Akkreditasiyasının  50  səhifəlik  arayışı  ilə  daban-dabana  ziddir.  Bu  ədalətsiz  rəy,  ABU-nin  beynəlxalq  hüquqi  vəziyyətini  müəyyən  edən  Beynəlxalq  Akkreditasiya  qeydiyyatına  ziddir.ABU-ti  Təhsildə  Avropa  keyfiyyəti  nişanına  malikdir.   AR  Konstitusiyasının  151-ci  maddəsinə  görə  ölkənin  daxili   qaydaları    beynəlxalq  hüquq  normalarına  zidd  olduqda  Konstitusiyanın  147-ci  maddəsinə   görə  avtomatik  olaraq  ölkədə,  beynəlxalq  hüquq  normaları  fəaliyyət  göstərir.  Məntiqlə  Təhsil  nazirliyinin  Qanunsuz  əmri  verildiyi  andan  öz   hüquqi  qüvvəsini  itirmiş  olur.  Təhsil  nazirliyi  tərəfindən  ABU-nin  fəaliyyətinin  lisenziya  müddətinin  uzadılmaması  haqqında  qanunsuz  rəy  verilən  zaman,  zərəəkmiş  şəxs   yazılı  ərizə  icazəsi  ilə  05  avqust-05  sentyabr  2010-cu  il  tarixli  rəsmi  məzüniyyətdə  olmuşdur.  lisenziya  komissiyası  avqust  ayında  universitetdə  hansı  yoxlamaları  aparıb  bilinmir.  Komissiyanın  işində  rektorun  iştirakı  zəruridir.  rektorun  və  universitetin   heç  bir  nümayəndəsinin  iştirakı  təmin  edilməyən  iclasda  qəbul  edilən  bu  rəyin  verilməsi  qanuna  ziddir.
 
15.8.ELŞAD  ABDULLAYEV  VƏ  UYDURMA  QARA  RASPLANTASİYA  MƏSƏLƏSİ
———————————————————————————-
Ümumiyyətlə  biz  əvvəl ki,  hesabatlarımızda da  qeyd  etmişik  ki,  prokurorluq  və  güc  strukturları  bütün vasitələrdən  yararlanaraq  E.Abdullayevi  susdurmağa  çalışır.  Artıq  bu  məmləkətdə  uşağa  da  ayandı  ki,  bu  sadalanan cinayətlərlə,  xüsusilə  “Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  biznesi”  ilə   E.Abdullayevin  heç bir  bağlantısı  yoxdur.  Respublikada  yaşayan,  ən  azından  gündəlik  istər  xarici,  istərsədə  yerli  mətbuatı  izləyən  vətandaşlarımıza  gözəl  məlumdur  ki,  respublikada  adları  çəkilən  bizneslərin  monopoliyası  kimlərə  məxsusdur.  Nəin  ki, “Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  biznesi”,  eləcədə  qanunsuz   “tütün  və  ağac  məmulatları”nın,  “spirtli  içkiləri”n, “təhsil  sisteminin”,  hətta  kartofun belə  biznesinin  sahibləri  var  ki,  bunlar  hamısı  çox  yüksək  vəzifələrdə  təmsil  olmaqla,  öz  bizneslərinin  toxunulmazlığını  təmin  edirlər. Bu  biznesə  izn  olmadan  girmək, özüvə  ölüm  hökmü  çıxartmaq  kimi  bir  şeydir. Hətta  ara-sıra  mətbuatdan  bizə  məlum  olur  ki,  oliqarxlardan  biri  digəri  ilə  ölüm-dirim  savaşına  qalxıb.  Bax  bu  bizim  elə  söylədiyimiz  hər  hansı  bir  biznesin  monopoliyasını  ələ  almaq  məqsədilə  başlanan  savaşdır. Bir  sözlə  E.Abdullayevin    nəin ki, “Qanunsuz orqan köçürülməsi”  və  yaxud  “saxta  dərman  devriyyəsi”  bizneslərinə, ümumiyyətlə  adlarını  sadaladığım  heç  bir  sahəyə  girməyə  şansı  olmayıb.  Çün  ki,   onun  masştabı  bu  bizneslərin  aparılması  tələblərinə  cavab  vermirdi. Elşad  Abdullayev  qardaşı  Mahir  Abdullayevin  naməlum  şəraitdə  oğurlanması  faktına  respublikanın  güc  strukturları  tərəfindən  aydınlıq  gətirilməsi  məqsdilə  dövlət  başçısına,  eləcə  də  Avropa  insan  haqları  məhkəməsinə  müraciət  etdikdən  sonra  ömrü  boyu   adı  heç  bir  cinayətdə  hallanmayan  sonuncu  barəsində  prokurorluq  orqanları  onlarla  cinayət  işləri  qaldırdı.  Nəhəng  gül  buketinə  bənzəyən  cinayət  məcəlləsinin  maddələri  o  qədər  fərqli,  rəngarəng  koloriti  özündə  cəmləyib  ki,  hətta  ömrünün  bir  hissəsini  dəmir  barmaqlıqlar  arxasında  keçirməyə  məcbur  olan  ən  qatı  cinayətkarlar  Elşad  Abdullayevə  həsrət  aparmalıdırlar. Qaldırılmış cinayət  işlərinin  hər  birinin  üzərində  dayanmaq  fikirim  yoxdur.  Çün  ki, mənə  ünvanladığınız  sual  birbaşa  güya  Elşad  Abdullayevin   qanunsuz orqan köçürülməsində günahlandırılan mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmaqda təqsirləndirilməsi  ilə  və  eyni  zamanda  (“Ukrayna prokurorluğu Elşad Abdullayevlə bağlı qərarı Azərbaycana göndərdi”  BÖLÜM: ÖlkəYAYIM TARİXİ: 6 Avqust 2013 17:41) İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılmasının   müəyyən edilməsi   ilə  bağlıdır. Sizin  diqqətinizi  bir  daha  kütləvi  informasiya  vasitələrində  dərc  olunmuş  informasiyalara  cəlb  etmək  istəyirik. Bizim  indi  söyləyəcəklərimiz  əslində bir  neçə  il  öncə  yerli  mətbuatda  geniş  təbliq  olmuşdur. Maraqlısı  budur  ki, bu  gün  E.Abdullayev  və  onun  rəhbəri  olduğu  klinika  barəsində  həqiqətə  uyğun  olmayan  şayələr  sifariş  əsasında  KİV-də  dərc  olunduğu  bir  vaxtda,  nədənsə  elə  həmin  KİV-nin  nümayəndələri  bir  kəlmə  olsun  belə  nəvaxtsa  elə  öz  əməkdaşlarının  böyük  əziyyət  tələb  edən  araşdırmalarının  nəticələri  barədə  bir  kəlmə  olsun  belə  yazmırlar. Nəisə. Bu barədə ilk sensasiyalı xəbər hələ ötən il mətbuat səhifələrinə düŞür. Ukraynanın Daxili İŞlər Nazirliyi qurbanlarını Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə əməliyyat etdirən transmilli orqan mafiyası ifŞa etdiklərini açıqlayırlar. Məlum olur ki, insan orqanlarının satıŞı və “qara transplantologiya” ilə məŞğul olan mütəŞəkkil cinayətkar qruplaşmaya,Türkiyə, Ukrayna və İsrail vətəndaŞları daxildir. Əsasən İsraildən olan varlı pasiyentlər əməliyyat üçün bu mafiyaya 100-200 min dollar ödəyib. Həkimlər isə bu əməliyyat üçün 15-20 min dollar alıb. Donorların əksəriyyəti isə aztəminatlı şəxslər olub. Kiyev bu məlumatı Bakıya ötürürmüşdür.
BU  BARƏDƏ  ƏTRAFLI .
Bu  gün  KİV-də  yayılmış İnformasiya da  göstərilir  ki,  “Kiyev şəhəri Obolon Rayon məhkəməsi    tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə  mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.”
İlk  baxışdan   iki  dövlətin  baş  prokurorluqlarının  ancaq  tərifə  layiq  bir  əməkdaşlıq  səhnəsiin  şahidi  oluruq.  Amma  təssüflər  olsun  ki,  həşey  mətbuat  vasitəsilə  iştimayətə  təqdim  olunduğu  kimi  deyil.
Əslində  əgər  mən  səhf  etmirəmsə  ilk  dəfə   Azərbaycan  Respublikasında  qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılmasına  dair   araşdırmanı  “Yeni  Musavat”  qazetinin reportyorları keçirtmişdirlər.  Belə  ki,  2010-cu  ilin avqust  ayında , “Yeni Müsavat” qəzetinin reportyorları Bakıda orqan mafiyasının izinəşüb. Nizami küçəsi, 100 ünvanındakı “qul bazar”ında Əziz və Sahil adlı orqan mafiyası dəllalları reportyorumuz Türkan Turana böyrəyini, ciyərini satmasını təklif etmiş, onu Mərkəzi Neftçilər Xəstəxanasına aparıb Naimə adlı həkimlə görüşdürmüşdülər.
Bundan başqa xanım əməkdaşımıza Gömrük Komitəsinin sədri Aydın Əliyevin oğluilə100 min manat mükafat müqabilində görüşməsini təşkil edə biləcəklərini də deyiblər.
Bu məlumatlar mətbuatda   dərc ediləndən sonra Azərbaycanın hüquq-mühafizə orqanları açıqlama yayaraq Azərbaycanda orqan mafiyasının olmadığını bəyan etdilər. Çox keçmədi ki, üzə çıxarılan faktlar Ukrayna DİN-in Kibercinayətkarlıq və İnsan Alverinə Qarşı Mübarizə Departamenti tərəfindən təsdiqləndi. Departamentin rəisi Yuri Kuçer rəsmi açıqlama ilə çıxış edərək dedi ki, Kiyevdə transmilli orqan mafiyasının 14 üzvü ifşa olunub, həmin dəstə Azərbaycanla əlaqəlidir. Üstəlik, Y.Kuçer “qara transplantasiya”ların Azərbaycanın bir klinikasında həyata keçirildiyini açıqladı..” Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin KİAMD-nin rəisi Yuri Kuçer Azərbaycanda insan əzalarının “qara transplantologiya”sını həyata keçirən həkimxanaların olmasını təsdiqləyən açıqlama ilə də çıxış etmişdir. Y.Kuçer demişdir ki, bu qara bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları daxildir. Qrupa İsrail vətəndaşı başçılıq edib.
  1. Kuçer bildirmişdir ki, cinayətkarlar uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını ələ alaraq Azərbaycan və Ekvadora aparıb, sonradan transplantasiya etmək üçün orada onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçiriblər. Əsasən İsraildən olan varlı resipiyentlər əməliyyat üçün 100-200 min ABŞ dolları ödəyiblər. Həkimlər isə bu əməliyyat üçün 15-20 min ABŞ dolları alıblar. Departament rəhbəri onu da bildirib ki, bu cinayətkar fəaliyyətə Kiyevin Şalimov adına klinikasının 4 həkimi də cəlb olunub. İnternet vasitəsilə bu işə cəlb olunan insanların əksəriyyəti 18-25 yaşında gənclər olub, onlara 10 min ABŞ dolları müqabilində böyrəklərini satmaq təklif edilirmiş. Y. Kuçer bildirib ki, hazırda bu işlə əlaqədar 50 donor müəyyən olunub, onların əksəriyyəti aztəminatlı şəxsdir. İşlə bağlı 12 Ukrayna vətəndaşı saxlanılıb. Həbs olunanlar arasında digər ölkələrin vətəndaşları da var.
Sonuncu belə açıqlamalardan birini Ukraynanın “Faktı i kommentarii” portalına Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer verib. Portalın yazdığına görə, Ukraynada yalnız meyitlərdən və yaxın qohumlardan böyrək köçürülməsinə icazə verilir. Ona görə də əməliyyatların əksəriyyəti Azərbaycanda aparılıb. Lakin bu yaxınlarda Azərbaycanda qanunvericilik dəyişdirildiyindən son bir neçə qanunsuz əməliyyat Ekvadorda, bir neçə əməliyyat isə Ukraynada məxfi olaraq həyata keçirilib. Bunun üçün donor və resipiyentlərə saxta qohumluq sənədləri düzəldilib. Bu cinayətkar qrupun təşkilatçılığı ilə onlarla donor əməliyyat edilib, daha çox sayda insan isə əməliyyata hazırlanıb. Kiyevdəki Şalimov adına klinikada yeni əməliyyata hazırlıq zamanı qrupun üzvləri saxlanılıb, eyni vaxtda ölkənin bir neçə regionunda 15 axtarış aparılıb, təşkilatçı və qrupun 4 üzvü həbs olunub, digərlərinin hələlik ölkədən çıxışına qadağa qoyulub. Həkimlər şahid qismində dindirilirlər, onların da yaxın vaxtlarda həbs olunacaqları istisna deyil.
Donorlardan biri, İsrail vətəndaşına öz böyrəyini vermiş Mərkəzi Ukraynanın iri şəhərlərindən birində yaşayan 30 yaşİqor bildirib ki, onu Bakıda əməliyyat ediblər: “Bizi Bakıda maşın qarşıladı və şəhərin mərkəzində yerləşən klinikaya gətirdilər. Palatalarımız açıq idi, dəhlizə çıxa bilirdik, amma mərtəbəni tərk edə bilməzdik. Vaxt yetişəndə mənimlə Kiyevdən gələn həkimlər mənə narkoz verdilər. Oyanandan sonra kürəyimdə çapıq gördüm”.
Əməliyyat olunan Vera adlı bir qadın isə bildirib ki, o və əri öz böyrəklərini satıblar. “Ərimi Bakıda əməliyyat etdilər, onun çapığı səliqəlidir, məni isə Şalimov adına klinikada əməliyyat ediblər, çapığım çox eybəcərdir” – deyə Vera vurğulayıb.
Amma  nədənsə  Y.Kuçerin,  eləcə  də  zərəəkmişlərin  heç  birinin  açıqlamarında  nə  E.Abdullayevin,  nədə  onun  sahibi  olduğu  ABU-klinikanın  adları  qətiyyən  hallanmır.
Diqqət  yetirin Ukrayna Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına insan orqanlarının qanunsuz transplantasiyası haqqında işi birgə araşdırmaqla bağlı müraciət edir. Yəni  söhbət  nədən  gedir,  söhbət  ondan  gedir  ki,  Ukrayna  DİN  Azərbaycan  Respublikası  Baş  Prokurorluğundan  hüquqi yardım haqqında ikitərəfli əməkdaşlıq çərçivəsində bu faktın araşdırılması üçün  onlara kömək olunmasını  istəyir. Azərbaycanın  hüquq-mühafizə  orqanları  həmkarlarına  dəstək  olmaq  əvəzinə,  alınmış  məlumata  qısqanclıqla  yanaşaraq,  bunun  əksini  söyliyirlər.
Bu  və  digər  xüsusilə  ağır  cinayətlərin,  misal  üçün  adam  oğurluğunun   respulikada  baş  verməsinə  baxmayaraq  Azərbaycan  Respublikasının  güc  strukturları  böyük  təntənə  ilə  kollegiya  keçirirlər  və  həmin  mahiyyəti  üzrə  əhəmiyyətsiz  kollegiyalarda  birqədər  öncə  qeyd  etdiyimiz  ağır  cinayətlərdə  adları  hallanan  yüksək  rütbəli  zabilər  tərəfindən  vurğulanır ki, onların  təmsil  etdikləri  təşkilat  digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti, həyata keçirilmiş qətiyyətli və profilaktiki tədbirlər nəticəsində əvvəlki hesabat dövrü ilə müqayisədə 201o-cu ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş filan  sayda cinayətin filan faizinin açılması təmin edilməklə bu göstərici filan  faiz yaxşılaşıb.
Maraqlısı  budur  ki,  həmin  zaman  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu  istər  KİV-dən  gələn  məlumatlara,  istərsə  də  Ukrayna  həmkarlarının    “Azərbaycan  Respublikasında  “ insan orqanlarının qanunsuz transplantasiyası” nı  həyata  keçirən  həkimxanalar  var”  kimi  açıqlamalarına  çübhə  ilə  yanaşırlar. Misal  üçün    ( Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Trend-in məlumatına görə), bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib.
” – Qaralov bildirib.
Bundan  əvvəl bəzi KİV-də guya Azərbaycanda Ukrayna və İsrail vətəndaşlarının insan orqanlarının “qara transplantasiyası”nı həyata keçirən tibb müəssisələri haqqında məlumat yayılmışdı.
Azərbaycan Baş Prokurorluğu bu məsələyə aydınlıq gətirilməsi üçün qurumun Beynəlxalq Əlaqələr İdarəsinə Ukrayna Baş Prokurorluğunun müvafiq strukturları ilə əlaqə saxlamaqla bağlı tapşırıq vermişdi.
Əgər bizim həkimlər belə cinayətlər törədiblərsə, onlar mütləq cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – Baş prokuror bildirib.
(Məqaləəllifi ilə əlaqə ünvanı:  agency@trend.az .Bir daha  diqqət  yetirin  baş  prokuror  ciddi  bir  məlumata  şübhə  ilə  yanaşır,  hətta  bir  anlıq  “güya”  sözünü  işlətməkdən  belə  çəkinmir. Baş  prokuror  demək  olar  ki,  alınmış  bir  məlumatı  qismən  də olsa  belə  təkzib  edir. Bura  da  əsas  məsələ  ondan  ibarətdir  ki,  Istər  KİV-də  gedən  informasiyada,  istərsədə  Ukrayna  DİN-dən alınan  məlumatda  qətiyyən  ABU-nun  adı  hallanmır.  Amma  bu  barədə  bir  qədər  sonra.Azərbaycan  rəsmiləri  heç  bir  halda  etiraf  etmək istəmirlər  ki,  Azərbaycan  bu  cür  qanunsuzluqlar  baş  verir.  Sual  olunur, baş  prokuroru  nə  vadər  edirdi  ki,  heç  bir  araşdırma  aparmadan  alınmış   artıq  konfidensial sayılmayan,  içtimailəşmiş  məlumatlara  şübhə  ilə  yanaşsın.
,.  Misal  üçün  digər  bir  məlumatda  elə  həmin  dövrə  təsadüf  edən  açıqlmalardan  biridə 14  avqust  2010-cu  ildə  olmuşdur.  Baş Prokurorluq orqan alveri məsələsinə reaksiya verərək ölkədə insan daxili orqanlarının qeyri-qanuni transplantasiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar rəsmi açıqlama yayır. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, son günlər bəzi KİV-də Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sını həyata keçirən tibb müəssisələri, bu bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları da daxil olmaqla uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarının pulla ələ alınaraq Azərbaycan və Ekvadora aparılmaqla transplantasiya etmək üçün onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçirilməsi barədə həqiqətə uyğun olmayan informasiyalar dərc olunub.
Açıqlamada qeyd olunur ki, Baş Prokurorluq göstərilənlərlə əlaqədar bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən tibbi klinikalarda insan orqanlarının qanunsuz transplantasiyası (köçürülməsi), həmçinin əməliyyatlar zamanı insanlar arasında ölüm hallarının qeydə alınması barədə yayılan informasiyalara aydınlıq gətirilməsi üçün Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılıb, eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilib.
“Aparılan ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakıda insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib. Maraqlıdır ki, rəsmi açıqlamada Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanıldığı bildirilsə də nəticə barədə heç bir qeyd yoxdur.
Nədənsə  Ukrayna  DİN-nin  Azərbaycan  dövlətinə  təqdim  etdiyi  məlumat  heçkimin,  nə  baş  prokurrorun, nə  onun  rəhbəri  olduğu  baş  prokurorluğun, eləcə  də  DİN-nin  maraq  dairələrinə  daxil  olunmur,  san  ki, Ukraynanın  rəsmi orqanlarının  məlumatları  bunların  kefinə  soğan  doğramışdır.
Elə  bu  səbəblərdən  Azərbaycanın mövqeyi rəsmi Kiyevi şoka salır.  DİN-in departament rəisi Yuri Kuçer: “Transmilli orqan mafiyasının Azərbaycanla bağlılığı var”
UDİNKİAMD-nin rəisi Yuri Kuçer “Yeni Müsavat”a transmilli orqan mafiyası ilə bağlı sensasion açıqlama verir. Y.Kuçer “qara transplantasiya” məsələsi ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusilə Azərbaycan Baş Prokurorluğunun tutduğu mövqeyi heç cür anlaya bilmədiyini  açıqlayır.
Ukrayna DİN-in departament rəisi Azərbaycan  Respublikasının  KİV-nin  əməkdaşlarının suallarına cavab verərkən Azərbaycan Baş Prokurorluğunun bu ölkədə orqan mafiyası ilə bağlı “Azərbaycan Respublikasında ”qara transplantasiya” mövcud deyil” açıqlamasını böyük təəssüf hissi ilə qarşıladıqlarını da həmin  zaman gizlətmir. Yuri Kuçer  jurnalistlərin,  xüsusi  ilə  “Musavat”  qəzetinin  əməkdaşının  “Azərbaycanda belə əməliyyatlar hansı tibb ocaqlarında həyata keçirilib?” sualına “biz Azərbaycan hüquq-mühafizə orqanlarından, Azərbaycan Baş Prokurorluğundan bu məsələdə bizə yardım göstərmələrini gözləyirik”, –  deyə cavab verib.
Y.Kuçer Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bu məsələ ilə bağlı belə bir situasiyanın nəyə görə yaradılmasını ümumiyyətlə anlamadıqlarını da söyləyib. O, Ukraynada həbs olunan dəstədə azərbaycanlıların olub-olmaması ilə bağlı suallara  belə cavab verib: “Hələlik biz Azərbaycan hüquq-mühafizə orqanlarından heç bir reaksiya görmürük. Onlar daha çox buna çalışırlar ki, sözdə sizdə vəziyyətin bu sahədə yaxşı olmasını diqqətə çatdırsınlar”.
“Sizcə, Azərbaycanın hüquq-mühafizə orqanları transmilli orqan mafiyası ilə bağlı niyə belə mövqe tutub” sualı isə Y.Kuçer tərəfindən belə cavablandırıldı: “Mən bu haqda nəsə deməyə çətinlik çəkirəm. Azərbaycanın adının transmilli orqan mafiyası ilə bağlı çəkilməsi ola bilsin ki, sizin hüquq-mühafizə orqanlarına xoş gəlməyib. Təəssüf ki, bu, belədir. Transmilli orqan mafiyasının Azərbaycanla bağlılığı var. Bir daha təkrarlayıram, sizin hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı tutduğu mövqe bizim üçün qaranlıqdır. Azərbaycan Baş Prokurorluğunun bizim keçirdiyimiz əməliyyatdan sonra verdiyi açıqlama da anlaşılan deyil”.
Ukrayna DİN-in departament rəisi konkret ünvan və adların nə vaxt açıqlanacağı ilə bağlı suallara belə cavab verib: “Bu suala bizim əməliyyat-istintaq qrupunun transmilli orqan mafiyası ilə bağəməliyyat tədbirlərini başa çatdırandan sonra cavab verəcəyik. Qeyd edim ki, belə tədbirlər həm də Azərbaycan ərazisində həyata keçiriləcək. Bundan sonra suallarınıza ətraflı cavab verəcəyik”.
Y.Kuçer onu da əlavə edib ki, nəticələr barədə Azərbaycanın hüquq-mühafizə orqanlarının tutduğu mövqedən asılı olmayaraq yaxın zamanlarda açıqlama veriləcək. O, azərbaycanlı həmkarlarından anlaşılan münasibət gözlədiklərini də vurğuladı.
Bəli,  bu  məsələ də  qaranlıq  məqamlar  o,  qədər  çoxdur  ki,  hansı  birini  araşdırmaq  lazım  olduğunu  özün  də  bilmirsən.  Ümumiyyətlə  heç  araşdırmağa  dəyərmi ? Əgər  diqqət  yetirirsinizsə  Azərbaycan  hüquq  mühafizə  orqanları  bütün  imkanlardan  istifadə  edərək  belə  bir  halın  olmadığını  sübut  etməyə  çalışırlar.  Hətta  bu  kimi  qeyri  səmimi   hərəkətləri  ilə  Ukrayna hüquq  mühafizə  orqanlarını  narazı  salırlar. İndi  mən  soruşuram.  Azərbaycan  hüquq-ühafizə  orqanları  kimin  tabeçiliyi  altında  keçirilən  bu  qədər  ciddi  qanun  pozuntularını  ört-basdır  etməyə  çalışırdırlarlar ? Bütün  hallarda  sözsüz  ki,  söhbət  E.Abdullayevdən  və  yaxud  onun  rəhbərliyi  altında  fəaliyyət  göstərən  klinikadan  gedə  bilməzdir. Əgər hüquq  mühafizə  orqanları  həmin  zaman  E.Abdullayevin  “cinayətini”  ört-basdır  edirdilərsə,  ortaya  başqa  bir  sual  çıxır, qardaşı  elə  həmin  hüquq  mühafizə  orqanlarının  əməkdaşları  tərəfindən  oğurlanan,  onları  bu  cinayətdə  suçlayan,  onlar  barəsində  külli  miqdarda  şikayəərizələri  yazan  bir  professoru  hansı  səbəbdən müdafiə  etməlidirlər ?  Ümumiyyətlə  həmin  zaman ,  elə  indinin  özündə  də   heç  kimin  yuxusuna  belə  girə  bilməzdi  ki,  Azərbaycanda  qara  transplantasiya  ilə  məşğul  olan  ABU-nun  rektorudur,  artıq  mən  demirəm  ki,  Ukrayna  hüquq  mühafizə  orqanlarının  verdikləri  məlumatlarda  heç vaxt  E.Abdullayevin  adı  keçməmişdir. Maraqlısı  budur  ki,  bu  gün  kimlərinsə  sifarişi  ilə  KİV-də  E.Abdullayyevin  qara  transplantasiya  olayında  adı  hallandırılarkən, həqiqətən  həmin  zaman  Bakı  şəhərində  adı  “qara  transplantasiya”  əməliyyatlarında  hallanan  həkim haqqında  heçnə  yazılmır,  heç  onu  yada  salan da  yoxdur.
Şəxsən  mənim  arxivimdə  qəzetlər  var  ki,  həmin  qəzetlərin  səhifələrində  verdiyiniz  sual  ilə  bağlə  kifayət  qədər  materiallar  var.  Sözsüz  ki,  bir  vaxtlar  qəzet  səhifələrində  və  elekton  saytlarda  bu  olayla  bağlı  araşdırma  aparan  jurnalist  və  reportyorlara  səmimiyyətcə  desək  minnətdar  olmalıyıq.
Elə  həmin  “Musavat”  və  digər  KİV-də  gedən  məqalələrə  diqqət  yetirsək ,  görərik  ki,  “doktor  Frankenştein”  ləğəbli  Yusif  Erçin  Sönməzin  adı  2010-cu  ilin  avqust  ayında  Azərbaycanda  qanunsuz  orqan  ticarətində  hallanır.
(BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 6 Avqust 2010 09:33)
Məni  düzgün  başa  düşün,  bütün  bu  düdiklərim  şəxsən  mənim  və  yaxud  E.Abdullayevin  beyninin  məhsulu  deyil.  Bütün  bunlar  bir  vaxtlar  onlarla  jurnalistin,  xüsusilə  E.Qədiminin  prinsipiallıq  nümayiş  etdirərək,  apardıqları  araşdırmaların  nəticəsidir.
Qeyd  etdiyim  kimi, 2010-cu  ildə “Musavat”  qəzetinin  reportyorları Bakının Nizami küçəsi 100 ünvanındakı “qul bazarı”nda Sahil və Əziz adlı şəxslərlə tanış olurlar. Həmin şəxslər isə xanım reportyora  10 min dollara ciyərini, 7 minə isə böyrəyini satmağı təklif etmişdilər. Və reportyoru Dövlət Neft Şirkətinin tabeçiliyindəki Mərkəzi Neftçilər Xəstəxanasına apararaq Naimə adlı həkimlə görüşdürürlər. Sonrakı araşdırmalar zamanı isə məlum olur ki, Badamdardakı “Nur” klinikasında Avropa və Türkiyədə Frankenşteyn ləqəbi ilə tanınan doktor Yusuf Erçin Sönməz çalışır. İnsan əzalarının alveri suçu ilə dəfələrlə saxlanılmış Yusuf Erçin Sönməzin İsraildən olan professor Zəki Shapira da sıx əlaqələri üzə çıxır. İnsan əzalarının alqı-satqısı məsələsində ən maraqlı məqam isə belə əməliyyatların bu və ya digər şəkildə İsrail vətəndaşları ilə əlaqəli olmasıdır. Əgər  xatırlayırsınızsa  müsahibənin  əvvəlində  də  qeyd  etdiyim  kimi,  elə Ukraynada  ifşa olunan qrupa da İsrail vətəndaşı başçılıq edib. 
Hesab  edirəm  ki, əgər  qeyd  etsək  ki,  insan  oğurluğu, silah, narkotik, qadın və insan əzalarının alveri dünyada ən gəlirli sahələrdən biridir.. Belə qara bizneslərin qurulması üçün qeyri-demokratik, insan amilinə üstünlük verməyən dövlətlərdə münbit şərait olur. Əgər belə bizneslərin əsası inkişaf etmiş dövlətlərdə qoyulursa, həyata keçirilməsi üçün məkan 2-ci dərəcəli dövlətlər olur. Elə 2010-cu  ilin   aprel  ayında İsrail polisi əməliyyat keçirərək, insan orqanlarının alveri ilə məşğul olan mafiya üzvlərini həbs edir. Bir İsrail generalının başçılıq etdiyi mafiya bir neçə il ərzində böyrəklərini çıxarmaq üçün tora saldıqları adamları gizli əməliyyat olunmaq üçün Azərbaycana göndərirmiş. Bu zaman cinayətkarlar Ukraynada olduğu kimi, qəzetlərdə elanlar yerləşdirərək böyrəyini satmağa hazır olanlara 100 min dollar vəd ediblər. Lakin əməliyyatdan sonra aldadılmış donorlar ən yaxşı halda böyrəklərinin əvəzində 10 min dollar alıblar; bir çox hallarda isə, ümumiyyətlə, heç nə ala bilməyiblər. Məlumata görə, donorların böyrəklərini çıxarmaq üçün mafiya onları Azərbaycana, Ekvadora və Filippinə göndərib. Mafiya isə hər böyrəkdən 120 min dollar qazanıb. Söhbət heç də bir-iki bu cür qanunsuz əməliyyatdan deyil, illər ərzində müntəzəm olaraq həyata keçirilən böyük bir prosesdən gedir.
Həmin vaxt İsrail polisi mafiya üzvlərindən 6-nı saxlayıb. Dəstəyə 62 yaşlı istefada olan briqada generalı Meir Zamir, Aşkelon şəhərindən olan vəkil, 34 yaşlı Netanel Muyal, 77 yaşlı vəkil İliyah Rafaeli başçılıq ediblər. Tutulan mafiya üzvləri isə Kobi Qlob, Şlomi Biton və onun rəfiqəsi Ramle Yafi Şukrun olub. 
2009-cu ildə ABŞ-da, Nyu-Cersi ştatında ifşa olunan “Haham” (yəhudu ruhanisini bu cür çağırırlar – red. ) çetesinə də İsrail əsilli, “Çöpçatan” ləqəbli Levy-İzhak Rosenbaum başçılıq edib. Bu çete orqan alveri və qaçaqmalçılığı ilə məşğul olub. Çetenin 44 üzvü həbs olunub. Məlum olub ki, çete keçmiş sovet ölkələrindən olan şəxslərdən 8-10 min dollara orqanlarını alaraq, ABŞ-da 160 min dollara satırmış. Ən maraqlı məqam isə odur ki, çeteyə başçılıq edən Levy-İzhak Rosenbaumla Bakıda, Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında çalışan Frankenşteyn ləqəbli Yusuf Erçin Sönməzin yəhudi əsilli ortağı, İsrailli professor Zəki Shapiranın münasibətləri də üzə çıxıb. Z.Shapira isə Yusuf Erçin Sönmezin ortağı olmaqla yanaşı, onun 15 illik dostu  olmuşdur.. Bundan başqa, 2005-ci ildə Türkiyənin MASAK – Mali Suçlar Araştırma Kurulu – Çirkli Pulların Qeyri Qanuni Dövriyyəsinə Qarşı Mübarizə Qurumu Yusuf Erçin Sönməzin özünün və onun tanışı “Eskort” kompyuter şirkətinin rəhbəri Halil İbrahim Özərin hesablarına İsraildən müvəkkil banklar vasitəsilə külli miqdarda pulların köçürülməsinə dair araşdırmalara başlayıb. İş məhkəməyə qədər gedərək Yusuf Erçin Sönməzin 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərarın verilməsi ilə nəticələnir. Amma sonradan işin icraatı dayandırılır. Buna baxmayaraq, işin hər an yenilənə biləcəyi də istisna olunmurdu.
Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı mövqeyi də anlaşılmırdı,  elə  bu  gün  də  anlaılmır. . “Quest Net” şirkəti ilə bağlı reportyorların araşdırmalarına dərhal reaksiya verən hüquq-mühafizə orqanları orqan mafiyası ilə bağlı üzə çıxarılmış faktların qarşılığında hərəkətsiz dayanırlar. Bu isə insan əzalarının alveri ilə məşğul olan mafiyanın Azərbaycan bölümünə çox güclü birinin rəhbərlik etməsini deməyə əsas verir. 
Qeyd  etdiyim  kimi,  əgər  həmin  dövrün  mətbuatına  diqqət  yetirsək  görərik  ki, Kosovada qeyri-qanuni orqan transplantasiyasında təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarışa verilmiş türkiyəli həkim Yusuf Erçin Sönməz Türkiyənin İstanbul şəhərində saxlanılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə,  2010-cu ilin avqust ayında Azərbaycanda qanunsuz orqan ticarətində adı hallanan “Doktor Frankenstein” ləqəbli həkimlə yanaşı, daha 6 nəfər də saxlanılıb. Onlara qarşı qeyri-qanuni orqan nəqli ilə məşğul olmaları barədə ittiham irəli sürülür. 
Onlar Moldova, Qazaxıstan, Rusiya və Türkiyədə yoxsul insanları aldadaraq onların orqanlarını satırmışlar. İddiaya görə, belə şəxslərlə 20 min dollara razılaşan orqan mafiyası bir orqanı Kanada, Almaniya, Polşa və İsraildə 100-137 min dollar arasında satırmış. 46 səhifəlik hesabata əsasən mafiya təkcə 2008-ci il ərzində 20-yə yaxın insanın orqanını satıb. 
Türkiyənin Anadolu xəbər agentliyi bildirir ki, Kosovoda qanundankənar orqan transplantasiyası həyata keçirməkdə təqsirli bilinərək barəsində İnterpol tərəfindən axtarış elan edilmiş həkim Yusuf Erçin Sönməz İstanbulda həbs olunub.
Agentlik xəbər verir ki, polis Yusif Sönməzi İstanbulda dindirib. 
Avropa Birliyinin prokuroru Jonathan Ratel Kosovoda ötən həftə dinləmə zamanı bildirib, bəzi xarici ölkələrdən gələn yoxsul adamlar yalan vədlər əsasında böyrəyini satmağa razılaşıb və qeyri-qanuni cərrahiyyə əməliyyatına təhrik ediliblər. 
Ratel Yusif Dönməzi “aparıcı cərrah” kimi təsvir edib. O bildirib ki, cərrahiyyə əməliyyatları Kosovanın paytaxtında özəl klinikada aparılıb.
(BÖLÜM: Gündəm YAYIM TARİXİ: 15 Avqust 2010 09:53)
Elə  həmin  Yusuf Erçin Sönməz İcazəsi olmamasına  baxmayaraq “Nur” klinikasında əməliyyatlarını davam etdirir; klinikanın baş həkimi kimi o da  jurnalistlərin “qara transplantologiya” ilə bağlı suallardan yayınır.
Reportyorların Bakıdakı orqan mafiyası ilə bağlı araşdırmalarından dolayı yaranmış rezonans səngimək bilmir. 13 avqust  2010-cu  il tarixdə  adı Avropa və Türkiyədə “qara transplantologiya” ilə bağlı hallanan doktor Frankenşteyn ləqəbli Yusuf Erçin Sönməz Bakıya gələrək özü haqqında yazılanlara münasibətini açıqlayır. Amma başqa şeylərdən həvəslə danışan Y.E.Sönməz özünün Bakıdakı fəaliyyəti ilə bağlı danışmaqdan yayınır.“Nur” klinikasının vəkili ilə “Trend”də mətbuat konfransı keçirən Y.E.Sönməz özünün səhhətindəki problemlər barədə danışmağa üstünlük verir. Deyir ki, Bakıya gəlməyə həvəsli olmayıb, sadəcə “Yeni Müsavat”ın orqan mafiyası ilə bağlı yazıları onu Bakıya gətirib. Mətbuat konfransında iştirak edən müxbirlərdən birinin sualına cavab olaraq Y.E.Sönməz orqan mafiyası ilə əlaqəsi olmadığını deyib. Bakıya yenicə gəldiyini, Litva, Türkiyə, Almaniyada həkim kimi işləməyə icazəsi olduğunu deyən Y.E.Sönməz Azərbaycanda ona belə bir izn almaq müyəssər olmadığını açıqlayır.
Çox maraqlıdır, əgər Y.E.Sönməzin Azərbaycanda işləməyə izni yoxidisə, Bakıdakı “Nur” klinikasında nə işi var idi ? Axı onun özünün etiraf etdiyi kimi, səhhətində ciddi problemləri olub. Bəlkə o, Azərbaycana, Bakının Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasına müalicəyə gəlibmiş?
Jurnalistlər bu və digər çoxsaylı suallarına cavab almaq üçün “Nur” klinikasının 502 03 02 nömrəli telefonunu yığırlar. Klinika əməkdaşına Y.E.Sönməzlə danışmaq istədiklərini  bildirirlər. Y.E.Sönməzin cərrahi əməliyyatda olduğunu deyən klinika əməkdaşı 2-3 saat sonra əlaqə saxlamaqlarını  xahiş edir.. 3 saat sonra isə dəstəyi qaldıran Təranə adlı digər əməkdaş Yusuf bəyin klinikada olmadığını deyir. Buna görə də mətbuat  nümayəndələrinin  çoxsaylı sualları  ilə  yanaşı Y.E.Sönməzin “Nur” klinikasına müalicəyə gəlib-gəlməməsi ilə bağlı sualları da açıq qalır.
Amma nəzərə alanda ki, Y.E.Sönməz özünün dediyi kimi, dünyada tanınmış tibb ocaqlarının yerləşdiyi Litva, Türkiyə, Almaniya kimi ölkələrdə işləməyə izni olub, onun elə bu ölkələrdə də müalicə olunmaq imkanının olduğunu da söyləmək olar. Deməli, onun “Nur”a müalicəyə gəlmək ehtimalı sıfır  olub. Belə olduqda isə Y.E.Sönməzi Bakıya, “Nur” klinikasına bağlayan nədir? Təsüflər  olsun  ki,  bu  gün kütləvi  informasiya  vasitələrinin  bəzi  nümayəndələri  bu sual ətrafında araşdırmaları davam  etməəvəzinə,  bütün  bu  çirkabı  E.Abdullayevin  adına  yazılmasında  hüquq-mühafizə  orqanlarına  özləri  də  bilməyərəkdən,  bəlkə  də  bilərəkdən  yardımçı  olurlar. 
Çox maraqlı məqamlardan biri də budur ki, Y.E.Sönməzdən əvvəl onun tez-tez baş çəkdiyi “Nur” klinikasının baş həkimi Mehparə Məmmədova da “qara transplantologiya” ilə bağlı jurnalistlərin  suallarına adekvat olmayan cavablar vermişdi. KİV  nümayəndələrinin  onu şantaj etməkdə suçlamaqdan  belə çəkinməmişdir.  Axı nə baş verir? Niyə normal suallara aydın cavablar vermək əvəzinə belə anormal cavablar verilir? Gizlədiləsi, qeyri-qanuni heç nə baş vermirsə, niyə bu qədər aqressiv münasibətlə jurnalistlər  üzləşirlər? Axı onların  yazdıqlarına Ukrayna, Belarus hüquq-mühafizə orqanları reaksiya verərək Bakıdakı özəl klinikaların orqan mafiyasının oylağı olmasını təsdiqləyiblər.

KLİNİKA  BARƏSİNDƏ Bütün  təkziblərə  və  eytirazlra  baxmayaraq, az keçmir ki, Azərbaycanın hüquq-mühafizə orqanları istər  Ukrayna  hüquq-mühafizə  orqanlarının,  istərsə  də  respublikanın  daxilində  media  nümayəndələrinin  təzyiqlərinə  davam  gətirməyib  insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktı ilə bağlı məlumat yayırlar. Artıq  “Nur”  klinikasında  baş  verən  qanunsuzluqları  ört-basdır  etmək  məqsədilə insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsində  güya  günahkar  olan  hüquqi  və  fiziki  şəxslər  də  seçilir. Bu  legendanın  uydurulması  ondan  irəli   gəlmişdir  ki, “Nur”  klinakasını  və  onun  əsl  havadarlarını  xilas  etmək  üçün  ilk  növbədə  dövlət  başçısının,  Ukrayna  həmkarlarının  və  xüsusi  olaraq  kütləvi  informasiya  vasitələrinin  diqqətini cinayətin  əsl  obyektindən  yayındırmaqla,  həmin  diqqəti  özləri  üçün  arzuolunmaz  şəxslər  üzərində  cəmləşdirsinlər. Hesab  edirəm  ki, heç  kim  üçün  təcüblü  olmaz, əgər  desək  ki,   2010-2011-ci  illərdə  hüquq-mühafizə  orqanları  üçün  ən  arzuolunmaz  simalardan  biri  13  oktyabr  2003-cü  ildə  naməlum  şəraitdə  oğurlanmış  MTN-nin  zabiti  Abdullayev  Mahir  İslam  oğlunun  doğma  qardaşı,  ABU-nun  rektoru professor Abdullayev  Elşad  İslam  oğlu  idi.  Sonuncudan  gözəl  namizəd  də  ola  bilməzdi. 
Elə  bu  səbəblərdən  həmin məlumatda qısaca bildirilirdi ki, fəaliyyət göstərən ABU klinikasının vəzifəli Şəxsləri barəsində cinayət işi başlanıb. Məsələni tam araşdırmaq üçün Respublika Prokurorluğu və Daxili İŞlər Nazirliyinin əməkdaŞlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.
(BÖLÜM: ÖlkəYAYIM TARİXİ: 9 İyul 2011 09:17)
Buyurun  bu  da  içtimayyəti  təcübləndirmək  üçün  şok  məlumat.  Kamil Məmmədxanov və  Dilarə  İsmayılova  transmilli çetenin Bakıda cərrahi əməliyyatlar apardığı “ABU” klinikasında çalışırmışlar.
Bakıda orqan mafiyası ilə bağlı 2 həkim saxlanılaraq istintaqa cəlb olunur. Bu barədə KİV həmin  zaman  məlumat  yayırlar.  Məlumatlar  Azərbaycan  içtimayətinə  hüquq-mühafizə  orqanları  tərəfindən  elə  təqdim  edilirdi  ki, ABU-klinikasının  əməkdaşları, istintaqa cəlb edilən həkimlər Kamil Məmmədxanov və  Dilarə  İsmayılova  güya  transmilli orqan mafiyasının  üzvüdürlər və  qeyri  qanuni  cərrahi  əməliyyatlar  onların  rəhbərliyi  altında  Bakıda  “ABU” klinikasında həyata  keçirilib.
İstintaqa cəlb edilən “ABU” klinikasının baş həkimi Dilarə İsmayılovanın müavini olmuş Kamil Məmmədxanova həmin  zaman ittiham elan olunmur. Hüquq-mühafizə  orqanları  tərəfindən  belə  bir  versiya  irəli  sürülür  ki,  Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işinin nəticəsindən asılı olaraq o da qara transplantasiya əməliyyatının rəhbərlərindən biri kimi istintaqa cəlb edilə bilər. Eyni  zamanda  istər  D.İsmayılovanın,  istərsə  də  K.Məmmədxanovun insanların bədən üzvlərinin çıxarılaraq satılmasında birbaşa iştirakının olub-olmaması barədə məlumat verilmir.
Amma  eyni  zamanda   məlumatda bildirilirdi ki, qanunsuz əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş tibb mərkəzində həyata keçirilib. Buna görə də mərkəzin vəzifəli şəxsləri barədə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda orqan mafiyasının Bakıdakı izlərinin araşdırılması üçün Baş Prokurorluq və DİN əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaqın aparılması Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. D.İsmayılovanın müavini olmuş Kamil Məmmədxanovun da bu idarənin əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilmişdir.
Maraqlıdır ki, bu  günə kimi orqan mafiyasının Bakıdakı dayaqları  fonunda  ABU  klinikanın  göstərilməsinə  baxmayaraq,  hüquq-mühafizə orqanları  məlum  olmayan  səbəblərdən  içtimayətə  geniş    məlumat vermirlər, konkret olaraq istintaqa neçə nəfərin cəlb edildiyini, qanunsuz əməliyyatları daha hansı klinikalarda keçirildiyini açıqlamırlar. Həkimlər  K.Məmmədxanov  və  D.İsmayılov  əgət  cinayətkardırlarsa  hansı  səbəblərdən  bu  günə  kimi  həbs  olunmayıblar ? Azərbaycanın Dövlət Neft Şirkətinə tabe olan Mərkəzi Neftçilər Xəstəxanasında reportyora  böyrəyini satmağı təklif edən həkimlə bağlı araşdırma aparılıb-aparılmaması  məlum deyil,  Batamdart  qəsəbəsində  bir  vaxtlar  fəaliyyət  göstərən,  lakin  burada  baş  verən  qanun  pozuntularını  ört-basdır  etmək  məqsədilə  bağlanmış  “Nur”  klinikasının  kimə  məxsus olması  haqqında  məlumat  yoxdur.
Aydınlıq  gətiriləsi  suallar  həddindən  artıq  çoxdur.  Misal  üçün  2011-ci  aprel  ayında  baş  prokurorluğun  mətbut  xidmətinin  rəhbəri  Eldar  Sultanov  APA-nın  sorğusuna  cavab  olaraq  bildirir  ki,   “bəzi  KİV-də  E.Abdullayev  barəsində  cinayət  işinin  başlanmasına  dair  yayılan  məlumatlar  həqiqətə  uyğun  deyil.  Bu  məlumatlar  reallığı  özündə  əks  etdirmir  və  təkzib  olunur. İnsan  orqanlarının  qanunsuz  transplantasiyası  əməliyyatlarının  həyata  keçirilməsi  faktları  ilə  bağlı  ABU-nun  nəzdində  fəaliyyət  göstərmiş  tibb  mərkəzinin  vəzifəli  şəxsləri  barəsində  cinayət  işinin  başlanması  barədə  tərəfimizdən  içtimayyətə  informasiya  verilib..  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər   üzrə  İstintaq  İdarəsində  həmin  iş  üzrə  zəruri  istintaq-əməliyyat  tədbirləri  davam  etdirilir, lakin hazır  ki, vaxtadək  təqsirləndirilən  və  ya  cinyət  məsüliyyətinə  cəlb  edilən  yoxdur.”
Artıq  şantaj,  hədə-qorxu  maşını  işə  salınıb.  Onu  əylətmək  mümkün  deyil.
01.10.12 –TARİXDƏ  SAAT 12:07 RADƏLƏRİNDƏ  “GÜNDEMİNFO”  ELEKTRON  SAYTINDA  “ZAKİR  QARALOV  ELŞAD  ABDULLAYEVİN  CİNAYƏTKAR  ƏMƏLLƏRİNDƏN  DANIŞDI”  BAŞLIĞI  ALTINDA  DƏRC  OLUNAN  MƏQALƏ  VƏ TƏHLİL
Həmin  bəyanat  mətnindən  əsas sözləri  çıxarılmış  mahnıya  bənzəyir. Diqqət  yetirin  bir  vaxtlar  Azərbaycan  Respublikasında  qara  transplantasiyanın  olmamasından  qətiyyətlə  danışan  baş  prokuror  özünün  növbəti  həqiqətə  uyğun  olmayan  müsahibəsini  verir.  Müsahibə  artıq  2012-ci  ildə  “gündəminfo.az”  elektron  saytında  dərc  olunub. Baş  Prokuror   Zakir  Qaralov  professor  Elşad  Abdullayevin  cinayətkar  əməllərindən  danışaraq,   bildirir  ki,  “Klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib”
“Azərbaycan Beynəlxalq Universitetində ciddi korrupsiya faktları aşkar edilib”. APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib: “2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ukraynalı həmkarlarımız tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan ikanın  baş  prokuroruköçürmə əməliyyatı aparılıb. Bu əməliyyatları ukraynalı həkimlər həyata keçiriblər. Biz o zaman Ukrayna tərəfinə lazımı köməklik göstərmişik. Həmin fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb. Ukrayna tərəfinin başladığı cinayət işi ilə bağlı artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Orada adı keçən azərbaycanlı vəzifəli şəxslərlə bağlı cinayət işinin materialları ayrılaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib”.

Z. Qaralov deyib ki, adı çəkilən klinikanın rəhbəri Dilarə İsmayılova istintaqa ifadəsində bütün bu qanunsuz əməlləri məhz Elşad Abdullayevin tapşırığı ilə həyata keçirdiyini deyib: “O, həmçinin qeyd edib ki, qanunsuz orqan transplantasiyalarından əldə etdikləri 100 min ABŞ dollarını Elşad Abdullayevin özünə çatdırıb. Bir daha qeyd edirəm ki, Elşad Abdullayev korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, gəlib bu suallara cavab verməlidir”.

Baş Prokuror ABU-nun lisenziyasının 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən ləğv edildiyini xatırladıb: “Təəssüflər olsun ki, qanunsuz köçürülmələr nəticəsində orada təhsil alan minlərlə tələbələrimiz diplom ala bilməyiblər. Həmin faktlarla bağlı bizə çoxsaylı şikayət daxil olub. Şikayətlər həm saxta diplomların verilməsi, həm qanunsuz köçürülmələr zamanı külli miqdarda rüşvət almaqla bağlı olub. Daxil olan şikayətlər əsasında ABU-nun vəzifəli şəxslərinin bir qismi məsuliyyətə cəlb olunub. Hazırda istintaq gedir. Bu kimi əməlləri olan bir insan bu gün özünü elə göstərir ki, guya o korrupsiyaya qarşı mübariz aparır. Elşad Abdullayev bilməlidir ki, hamı qanun qarşısında bərabərdir. Vaxt çatanda, hər kəs layiq olduğu məsuliyyətə cəlb ediləcək”. 

Z. Qaralov qeyd edib ki, məlum videoçəkilişlə bağlı heç kimin – Elşad Abdullayevin də, Gülər Əhmədovanın da təqsirsizlik prezumpsiyası pozulmamalıdır: “Bununla bağətraflı, obyektiv istintaq aparılacaq”.
Normal  bir  çıxışdır.  Baş  prokuroru  kim  qınaya  bilər  ki,  çıxışına  görə ?  Sadəcə  olaraq  gərək  kimsə  cənab  prokurora  xatırladardır ki,  “Cənab  Baş  Prokuror.  Bir  qədər  də   2010-cu  ilin avqust  ayında , “Yeni Müsavat” qəzetinin reportyorları Bakıda orqan mafiyasının izinəşməsindən, Nizami küçəsi, 100 ünvanındakı “qul bazar”ında Əziz və Sahil adlı orqan mafiyası dəllallarının “Musavat”ın   reportyoru Türkan Turana böyrəyini, ciyərini satmasını təklif etmələrindən, onu Mərkəzi Neftçilər Xəstəxanasına aparıb Naimə adlı həkimlə görüşdürmələrindən,  bütün  dunyada  qəssab  kimi   tanınan,  az  qala  dunya  mafiyasının  üzvü olan,  bütün  beynəlxalq  gizli  polisi  tərəfindən  axtarılan  Erçin  Sönməzin  “Nur”  klinikasında  apardığı  əməliyyatlardan,  bu  günə  kimi  E.Abdullayevə  qarşı  ifadə  vermiş  və  eyni  zamanda  cinayətdə  iştiraklarını  etiraf  edən  hər  iki  həkimin  hansı  səbəblərdən  həbs  edilməməsindən  danşın.  Əks  halda  bütün  bu  söylənilənlər  içtimayyət  tərəfindən  ciddi  qəbul  olunmayacaq. Birdə  ki,  hansı  təqsirsizlik prezumpsiyasından  danışmaq  olar  ki,  əgər  respublikanın  baş  prokurorunun  mətbuatda  dərc  olunan  bəyanatı  “ZAKİR  QARALOV  ELŞAD  ABDULLAYEVİN  CİNAYƏTKAR  ƏMƏLLƏRİNDƏN  DANIŞDI”  başğı  altında  getmişdir.
 
E.ABDULLAYEV  2010-CU  İLİN  AVQUST  AYINDAN  HÜQUQ-MÜHAFİZƏ  ORQANLARI  ÜÇÜN  ARZUOLUNMAZ  İNSAN  İDİ, BU  ZİDDİYYƏTLƏR  ABU  KLİNİKA  İLƏ  BAĞLI  ÖZÜNÜ  ARTIQ   BÜRÜZƏ  VERMİŞDİR. 
E.Abdullayevin  arzuolunmaz insan  olması prosesi İÇTİMAYYƏTİN  BİLDİYİ   kimi  heç də  2010-cu  ilin  avqust   ayından  deyil,  hətta  o  tarixdən  də öncə,  sonuncunun  başına  gətirilən  müsübətlərlə  bağlı  Avropa  İnsan  Haqları  Məhkəməsinə  mraciyyət  etdikdən  dərhal  sonra  başlamışdır,  o  ki,  qaldı  ABU  klinikaya,  ABU  klinika  ilə  bağlı  məsələ  bir  qədər  fərqlidir. Daxili  insan  orqanlarının  qanunsuz  transplantasiyası  olayı  hələ  “Musavt”  qəzetinin  əməkdaşları  tərəfindən  içtimayiləşməmişdən  4-5  ay  öncə  artıq  ABU-nun  özəl  tibb  müəssisəsinə  artıq  dövlət  səviyyəsində  basqılar  start  götürmüşdür.  Misal  üçün  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyinin  Tibb  Yardımının  Təşkili  şöbəsinin  müdir müavini  Ə.Tağıyevin  “Azərbaycan  Beynəlxalq  Universiteti”nin  özəl  tibb  müəssisəsinin  rəhbərliyinə  ünvanladığı  02/19-2480  qeydiyyat  nömrəsi  ilə  10.06.2010-cu   il  tarixli  məktubunda  qeyd  olunurdu  ki,  “Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  mütəxəssisləri  tərəfindən  Bakı  Şəhəri  Nərimanov   rayonu,  Aşıq  Molla  Cümə  küçəsi  16  ünvanında  Azərbaycan  Beynəlxalq  Universitetinin  özəl  tibb  müəssisəsinə  keçirilən  baxış  nəticəsində  bir  sıra  ciddi  nöqsan  və  çatışmamazlıqlar  aşkar  olunmuşdur.  Bununla  əlaqədar  lisenziya  tələblərinə  və  şərtlərinə  riayət  olunmadığından  tibb  müəssisəsinin  (lisenziya  N025897,  qeydiyyat  N0716,  verilmə  tarixi  21.05.2009-cu  il)  fəaliyyəti  07.06.2010-cu  il  tarixli  95-S  nömrəli  Sərancamına  əsasən  07.06.2010-cu  il  tarixdən  dayandırılmışdır.  Sərancamın məzmunu  ilə  Səhiyyə  Nazirliyində  (otaq 202)  tanış  ola  bilərsiniz.”
Ümumiyyətlə  ABU-nin  Tibb  Mərkəzinə  4  lisenziya  verilib.  21.05.2009-cu  il  tarixdə  sonuncu lisenziya  5  il  müddətinə  verilmişdir.  Bu  lisenziyanın  çernili  qurumamış  1 ildən  sonra  AR  Səhiyyə  Nazirliyi  tərəfindən  07.062010-cu  il  tarixdəTM-nin  lisenziya  fəaliyyəti  qanunsuz  olaraq  dayandırılmışdır.  Baxmayaraq  ki,  ABU  TM-nin  Texniki  Bazası banklardan  götürülmüş  milyonlarla  ABŞ  dolları  hesabına alman  mütəxəsislərinin  səyi  nəticəsində  müasir  tibbi  mərkəzə  çevrilmişdir.  Mərkəzdə  kifayət  qədər  iş  yeri  yaradılmış,  tanınmış  mütəxəsislər  fəaliyyət  göstrmişdirlər.  Demək  olar  ki,  ABU  Tibb  Mərkəzi  həmin  dövrdə  respublikada  fəaliyyət  göstərən  .n  qabaqçıl  və  texniki  avadanlıqla  təciz  edilmiş  klinakalardan  biri  olmuşdur.
Çox  vacibdir  qeyd  edək  ki,  bu  hadisədən  hələ  sonra  Baş   Prokuror  jurnalistlər  qarşısında  çıxış  edərkən  respublikada  qara  transplantasiyanın  olmaması  haqqında  danışır. Deməli  belə  çıxır  ki,  artıq  qara  transplantasiyanı  respublikada  mövcudluğunu  ört-basdır  etmək  mümkün  olmayanda?  məlum  olmayan səbəblərdən  ədalətsiz  olaraq  bağlanması sifariş  olunan  E.Abdullayevin  rəhbəri  olduğu  ABU-nun  Tibb  Mərkəzi qurban  verilməsi  üçün  seçilmişdir.
 
ABU  TİBB  MƏRKƏZİNƏ  BU  YEGANƏ  BASQI DEYİL,    BAŞQA  EPİZODLAR  DA  MÖVCUDDUR
ABU  klinikaya  basqıların  mövcud  olmasına  dair  digər  bir  məlumat  09 07 2010-ci  il  tarixdə  saat 10:28 radəıərində  Dəyərlər.orq  saytında  öz  əksini  tapmışdır.
Qeyd  olunan  tarixdə  heç  bir  qabaqcadan  məlumatlandırma  olmadan  naməlum  şəxslər  tərəfindən  ABU  Tibb  Mərkəzinin   söküntüsünə  göstəriş  verilir.ABU   Tibb Mərkəzinin sökülməsinin səbəbini öyrənmək istəyən jurnalistlər “qoçular”ın hədəsi ilə üzləşir.

kıda Nərimanov metrostansiyası yaxınlığında, Molla Cümə küçəsi 16 ünvanında Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzi binasının qabaqcadan xəbərdarlıq eBadilmədən sökülməsi haqda “Qaynar xətt”ə daxil olan şikayətə əsasən hadisə yerinə  jurnalistlər  gəlirlər.. Doğrudan da deyilən ünvanda söküntü işləri aparılırdığının  şahidi  olurlar. Məsələ ilə əlaqədar ABU Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova ANS PRESS-ə şikayətində heç bir əsas göstərilmədən və qabaqcadan xəbərdarlıq edilmədən binanın yan tərəfdən sökülməyə başlandığını bildirdirir. Heç bir tibbi aparatların da daşınmasına imkan verilmir,   baş həkim iş icraçıları tərəfindən təhqir olunur.  

Klinikanın həkimi İranə Vəliyeva da klinikanın hansı əsasla söküldüyünü soruşduğuna görə işçilər tərəfindən nəlayiq söyüşlərlə söyülür. “Eyni  zamanda, tibbi mərkəzinin əməkdaşları Aytən Məmmədova, Quluyeva Samirə və digər işçilər də  binanın nə səbəbdən söküldüyünü öyrənmək istədikləri  halda  naməlum  şəxslər  onlara  da   cavab vermək əvəzinə   sonuncuları  söyürlər.”  İş icraçıları   öz adlarını gizlədirlər..
Jurnalistlər  söküntü işlərini çəkmək və iş icraçılarından məsələ haqqında məlumat almaq istədikləri  halda,  buna peşiman olurlar. Onlara   nəinki söküntünün nə üçün və kim tərəfindən aparıldığını söyləmirlər, hətta üstlərinə  hücum çəkirlər. Fotoqrafları   işə rəhbərlik edən “qoçuların” əlindən güclə alırlar. Sonradan   mətbuat  nümayəndələri  ərazidən uzaqlaşdırılır. “Qoçular” isə “özünüzü yaxşı aparmasanız, qulağınızı burarıq” deyə hədə-qorxu gəlirlər. Ərazidə çəkiliş aparmaqlarına  imkan verməsələr də,  KİV  nümayəndələri   bir neçə foto çəkmək imkanı   əldə  edirlər. Ən əsası isə özünü Nərimanov rayonunun “ağası” hesab edən və  jurnalistləri   təhqir edərək ərazidən qovan insanların şəkilini   jurnalistlər  çəkə  bilirlər.. 

Məsələ ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətilə əlaqə saxlanılır.. Oradan söküntü işlərindən xəbərsiz olduqlarını bildirirlər. (“Deyerler” AIN-ə istinad (www.deyerler.org) )
BƏZİ  ŞAYƏLƏRƏ  ƏSASƏN  GUYA  ADLARINI  ÇƏKDİYİMİZ  HƏKİMLƏR  BAŞ  PROKURORLUQDA  İFADƏ  VERƏRKƏN  QARA  TRANSPLANTASİYA  CİNAYƏTLƏRİNDƏN  ƏLDƏ  OLUNMUŞ  100000  abş  DOLLARINI  Abdullayev  Elşad  İslam  oğluna  vermişdirlər.
Əslində  eşitsəniz  ki, baş  prokurorluq  E.Abdullayevə  nəin  ki, qara  transplantasiya  ilə  bağlı,  hətta  məhşur  terrorçu  təşkilatlarla  əlaqədə  olmasına  dair  ittiham  irəli  sürüb buna  təcüblənməyə  dəyməz. Hesab  edirəm  mənimlə  razılaşarsınız.Bunun  səbəbləri  ondan irəli  gəlir  ki, son  bir  neçə  ildə  yeganə  şəxs  oldu  ki, E.Abdullayev    respublikanın  istər  idarə-etmə  və  qanunverici  orqanlarında,  istərsə də  güc  strukturlarında  ayrı-ayrı  şəxslər    və yaxud  siyasi  partiyalar,  içtimayi  birliklər,  QHT  rəhbərləri,  hüquq  müdafiəçiləri  tərəfindən  vurğulanan,  ehtimal  edilən,  bəzi   hallarda  isə öz  acı  talehlərində qanunsuzluğun  şahidi  çevrilərək  bunu  içtimayyətə  çatdıranlardan  fərqli  olaraq  konkret  faktları  və  görüntü  sübutları nəin ki,  Azərbaycan  içtimayyətinə,  bütün  beynəlxalq  aləmə  təqdim  etmişdir.
Belə  çıxır  ki,  əgər  həqiqətən  sizin  söylədiyiniz  kimi,  istintaqa  cəlb  olunmuş  (əgər  həqiqətən  cəlb  olunublarsa) hər  iki  həkim  baş  prokurorluqda  E.Abdullayevə  külli  miqdarda  pul  veriblərinə  dair  könüllü  şəkildə  ifadə  veriblərsə,  deməli  hər  iki  həkim  cinayətdə  iştirak  etmələrini  etiraf  ediblər.  Belə  olan  halda  lap  tutaq  ki,  hüquq  mühafizə  orqanlarının  əlləri  E.Abdullayevə  Fransada  yaşaması  səbəbindən  çatmır,  bəs  deyin  görüm   hansı  səbəblərdən  öz  cinayətlərini  etiraf  etmiş həkimlərin   məsüliyyətə  cəlb  olunmalarına  dair  prokurorluğun  mətbuat  xidməti  içtimayyətə  məlumat  vermir.  Səhf  etmirəmsə  hər iki  həkim  hal  hazırda  respublikadadırlar,  öz  həkim  praktikalarını  ayrı-ayrı  müəssisəlrdə  davam  etdirirlər.
Hətta  sizin  diqqətinizə   başqa  bir  məqamıda  çatdırmaq  istəyirəm.  Lap  tutaq ki, həqiqətən  ABU  Tibb  Mərkəzində  yuxarıda  adları  çəkilən  həkimlər  tərəfindən  həqiqətən  qanunsuz  olaraq  insan  daxili  orqanlarının  transplantasiyası  keçirilib.  Mən  başa  düşə  bilmirəm  bu  məsələyə  E.Abdullayevin  nə  aidiyyatı  var ?
19  fevral  2007-ci  tarixdə Azərbaycan  Beynəlxalq  Univrsittinin  rktoru  Abdullayev  Elşad  İslam  oğlunun  şəxsi  heyət  üzrə  865 N-li  əmri  ilə
-professor  Abasov  Eldar  şamxal  oğlu  ABU  Stasionar  Mərkəzinin  baş  həkimi,  ərizəsinə  əsasən  “Ortopediya”  şöbəsində həkim  saxlanılmaqla  19  fevral  2007-ci  il  tarixindən  tutduğu  vəzifədən  azad  olunur:
-İsmayılova  Dilarə  Akif  qızı  ABU  Stasionar  Tibb  Mərkəzinin  baş  həkiminin  müavini,  başqa  işə  keçməsi  ilə  əlaqədar  olaraq  19  fevral  2007-ci  il   tarixindən  tutduğu  vəzifədən  azad  olunur:
-İsmayılova  Dilarə  Akif  qızı  19  fevral  2007-ci  il  tarixdən  ABU  Stasionar  Tibb  Mərkəzinin  baş  həkimi  vəzifəsinə  təyin  olunsun.
Əgər  dqqət  yetirirsinizsə Dilarə  xanım  müstəqil  şəkildə  Tibb  Mərkəzinin  baş  həkimi  vəzifəsində  fəaliyyət  göstərib və  sonuncu  əgər  həqiqətən  baş  prokurorluqda  Elşad  Abdullayevə  qarşı ifadə  verirsə  bunu  ancaq  və  ancaq  absurd  adlandırmaq  olar.  Heç  kimə  sirr  deyil  ki,  bu  gün  respublikamızda  canlı  görüntülü  faktlara  prokurorluq  əhəmiyyət  vermədiyi  halda,  Dilarə  xnımın  (əgər  həqiqətən  belə  bir  ifadə  veribsə)  ifadəsinin  nə  kimi  prespektivi  ola  bilər.Birdə  ki,  müsahibənin  əvvəlində  mən qeyd    təşkilatı  necə  yarad Mərkəzini  ökənlərə  qarşı  ilk  çıxanalardan  biri  olub.  İndi  mən  br  sual  vermək  istəyirəm.  Belə  olan halda  u  qadının  aqibəti  necə  olmalı  idi ?  Hamımıza  məlumdur  ki,  E.Abdullayevin  müdafiəsinə  qalxan  hər  bir  şəxsin  aqibəti  necə  olmalıdır.
Nə  qədər  cəfəngiyyat  bir  ittihamdır.  2003-cü  ilin  oktyabr  ayının  13-də  qardaşı  oğurlanmış  bir  şəxs,  respublikanın  bütün  güc  strukturların nəzarətində  istər  özü,  istərsə  də  yaxın  ətrafı  olan  bir  universitet  rektoru  ara  transplantasiya  ilə  məşğul  olacaq  bir təşkilatı  necə  yarada  bilərdi ?  Yenə  qayıdıram  müsahibəmin  əvvəlinə,  onda  belə  çıxır  ki,  2010-cu  ilin  avqust  ayında  baş  prokurorluq  respublikada  qara  transplantasiyanın  mövcudluğunu
təkzib  verən  zaman  E.Abdullayevin  cinayətlərini  ört-basdır  edirmiş ?
Daxili  orqanların qanunsuz donor satışı ilə əlaqədar dünyada,  eləcədə  Azərbaycan  Rspublikasında geniş cinayət şəbəkəsi fəaliyyət göstərib  və  bu  gündə  hesab  edirəm  ki, fəaliyyət  göstərməkdə  davam  edir.. Beynəlxalq aləmdə Azərbaycan korrupsiyalaşş ,özbaşınalıq baş alıb gedən, kriminal bir dövlət kimi tanındığı üçün həmin cinayət şəbəkəsinin Azərbaycana da müdaxilə etmə ehtimalı böyükdür  Ən  azından  bunu  söyləmyə  bizi  vadər  edən  Erçin  Sönməzin  Bakı  şəhərinin  Batamdard  qəsəbəsində  bir  vaxtlar  fəaliyyət  göstərən  “Nur”  klinikasında  çalışmasına  dair  respublika  kütləvi  informasiya  vasitələrində  gedən  məqalələrdir.. . Təssüflər olsun ki, Baş   Prokurorluq məsələni araşdırmaq əvəzinə,faktı ört-basdır edən bəyanatlar yayır.
”Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi”nin direktoru,hüquq müdafiəçisi, hərbi ekspert Ələkbər Məmmədov qeyd etmişdir ki, orqanların qanunsuz donor satışı ilə əlaqədar dünyada geniş cinayət şəbəkəsi fəaliyyət göstərir.
Bundan başqa pullanmış yerli məmur-oliqarxlara da orqanların transplantasiyası lazım ola bilər. Və bu baxımdan, bununla əlaqədar əhalidən gələn siqnallar prezident və aidiyyatı orqanların nəzarəti altında nəticəsindən asılı olmayaraq ciddi yoxlanılıb araşdırılmalıdıBurda deyiblər, “soğan yeməmisən,için niyə göynəyir?”. Tələb edirəm ki, bu məsələyə dövlət səviyyəsində reaksiya verilsin. 
Misal  üçün  13.09.2012-ci  il tarixində hüquq müdafiəçisi Ələkbər Məmmədov  KİV-nin  birində   4 ay öncə Naxçıvana hərbi xidmətə gedən əsgərin meyitinin göndərildiyini bildirir. İ.İbayev ailəsinin Cəbrayıldan qaçqın düşdüyü Biləsuvar rayonunda dəfn edilib. Ölümlə bağlı Müdafiə Nazirliyi rəsmi olaraq əsgərin avtomatdan yaxın məsafədən atəş açıb özünü güllələyərək intihar etdiyini bildirir. Amma əsgər ailəsi əsgərin daxili orqanlarının satılması məqsədilə qətlə yetirildiyini nəzərə çatdırır. Ailə əsgərin ölümünün intihar nəticəsində yox, qətl nəticəsində baş verdiyini bildirirlər.

Meyit torpağa qoyulmazdan öncə yuyularkən İ.İbayevin atası oğlunun daxili orqanlarının olmadığını görür. Bundan sonra ailə meyitin ekskumasiya olunmasını tələb edib. Eyni zamanda, ölkənin hərbi prokurorluğuna müraciət edərək faktın araşdırılmasını istəyir. Ekspertlərin iştirakı, valideyn və qohumların gözü önündə meyitin dəfninin 39-cu günü ekspertiza keçirilib. Amma ekspertlər nə üçünsə “daxili orqanların çürüməsi” kimi rəy veriblər. Ekspertiza keçirilən zaman Biləsuvar polisi qəbirstanlığa yeridilib. Həm də ekspertizadan dərhal sonra polis əməkdaşları qəbrin üstünü sementlə qapatmaq istəyiblər. Amma əsgərin valideynləri, yaxınları buna imkan verməyiblər. Onlar mətbuat konfransında cinayətin üstü açılana kimi neçə dəfə lazım olacaqsa, ekskumasiyaya hazır olduqlarını söyləyiblər. 

Valideynlər ekspertizanın verdiyi rəyi əsassız sayıblar. Onların fikrincə, bütün bu saxta rəylər məhz qətl, daxili orqanların çıxarılması faktını ört-basdır etmək üçündür. Valideynlərə görə, övladının daxili orqanları satılmaq üçün çıxarılıb. Mətbuat konfransında əsgərin anası deyib ki, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Məmməd Quliyev və rayon səfərbərlik idarəsinin başçısı susmaları üçün ailəyəşvət təklif edib. 

Telefon vasitəsilə Fransadan konfransa qatılan Rahim Namazov adlı şəxs vaxtilə Naxçıvan hərbi prokuroru Yaşar Həsənovun sürücüsü olduğunu deyib. R.Namazov əsgərlərin daxili orqanlarının çıxarılması kimi faktın ilk dəfə baş vermədiyini söyləyib. Y.Həsənov bir neçə il öncə kefli halında R.Namazova “dünən yata bilməmişəm, filan əsgər yuxuma girib, böyrəklərimi ver deyirdi, elə bil itdir iy bilir ki, böyrəkləri məndədir”, – deyə bildirib. Eyni zamanda, Gənədə xidmət etmiş Spartak adlı zabitin də belə tale yaşadığını nəzərə çatdırıb. 
Azərbaycanın adının “qara transplantasiya” məsələsində beynəlxalq miqyasda hallandığını deyən R.Namazov baş verənləri bu şəbəkənin əməli kimi dəyərləndirib. 
Mətbuat konfransında həqiqətin üzə çıxması üçün həm əsgərin ölümü, həm də daxili orqanlarının çıxarılması faktı ilə bağlı cinayət işi başlanması önə çəkilib, bu cinayət işinin Müdafiə Nazirliyi və ölkə rəhbərliyinin nəzarətində saxlanması təklif edilib.
Baş  prokurorluq  bu  cinayətin  tördilməsində  professor  E.Abdullayevi  ittiham  edə  bilmədi. Təssüflər  olsun.  Axı  E.Abdullayev  eyni  zamanda  telepat  deyil  ki,  həm  Fransada,  həm  də  Azərbaycanda  olsun.  Təsadüfi  deyil  ki, Ukrayna Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin KİAMD-nin rəisi Yuri Kuçer  bildirmişdir  ki,  bu  internet  vasitəsi  ilə  cəlb  olunan  şəxslərin əksəriyyəti  18-25  yaşında  gənclər  olub.
 Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyinə əsasən insan orqan və toxumalarını şəxsi razılıq olmadan satanlar Cinayət Məcəlləsinin 137.1, 137.2 və 137.3 maddələriylə məsuliyyətə cəlb edilirlər. Vətəndaş bu addımı könüllü şəkildə atsa belə, bu hal qanunvericiliyin tələblərinə cavab verməlidir.
Bir  qədər  öncə  biz  sizinlə  E.Abdullayevə  qarşı  irəli  sürülmüş  həqiqətə  uyğun  olmayan  ittihamlardan  söhbət  apardıq,  konkret  olaraq  E.Abdullayevin  güya  qara  transplantasiya  ilə  məşğul  olan  çəbəkə  ilə     əlaqələrindən,  amma  siz  də  gözəl  bilirsiniz  ki, E.Abdullayevi  bundan  başqa ermənilərlə  də iş  birliyindən  bəs  edəşayələr  az  gəzmir.
Eyni  məzmun,  eyni  səviyyəsiz  ittihamlar.  Bu  heçdə  bizim  üçün  yenilik  deyil  ki,  bu  gün  E.Abdullayevi  ermənilərlə  iş birliyində  ittiham  edənlərin   özlərinin  ermnilərlə  nəin  ki.  iş  birliyi,  hətta  yaxın  qohumluq  əlaqələri  içtimayyətə  məlumdur. Bu  gün  respublikamızda  arzuolunmaz  şəxsləri  nüfuzdan  salmaq  üçün  çox  gözəl  bir  üsul  süçilib. Kimi  rusfay  etmək  istəyirlərsə  onu  ermənilərlə  iş  birliyində  ittiham  edirlər.  Gəlin  bir  qədər  geri  qayıdıb  professora  qarşı  ermənilərlə  bağlı  öz  reputasiyasını  şübhə  altına  qoyan  bəzi  KİV-də  gedən  məqalələrə  diqqət  yetirək.  Yazırdırlar  ki.  güya  E.Abdullayev  Rusiya  Federasiyasının  Moskva  şəhərində  milliyətcə erməni  olan  şəxslərdən  torpaq  sahələri,  nə  bilim  hansısa  mülkləri almış,  hətta  bu  mülklərin  birinin  ərazisində  ABUnun  Moskva  filialını  yaratmışdır.  Professorun  bir  yaxını  və  vəkalətnam üzrə  nümayhəndsi  kimi,  şahidi  oldum  ki, həmin  zaman  onu  yaxınları,  qardaş  və  bacıları  bu  çirkin  məlumatlara  emosiyalarını  gizlədə  bilməyərək,  necə   reaksiya  verdilər,   əsəbiləşdilər ,  hətta  bəzi  hallarda  tqirə  ramiz  sözlər  belə  işlətməkdən  belə  vaz  keçmədilər. Hesab  edirəm  ki.  həmin  zaman  qohum-əqrəbə  bu  kimi  səviyyəsiz .  əsassız  şayələrə  bu  cür  reaksiya  verməməli  idilər.  Gəlin  bu  məsələyə  başqa  bir  mövqydən  baxaq.  Lap tutaq  ki,  professor  həqiqətən  Moskva  şəhərində  milliyyətcə  erməni  olan  hansısa  şəxslərdən  mülk  alıb.  Burada  professoru  rusvay  edə  biləcək  hansı  amil  var ?  Mən  başa  düşə  bilmirəm.  Bu  gün  Bakı  şəhərində  yüzlərlə  həmvətənlimiz  məlum  Sumqayıt  hadisələrindən  sonra  ermənilərlə  evlərini  barter  etmişlər,  ermənilərdən  onların  evlərini  satın  almşdırlar.  Hətta  elə  Azərbaycan  vətandaşlarfı  olmuşdur  ki, öz  evlərində  milliyyətcə  erməni  olan  şəxsləri  elə  həmin  erməni  milliyyətindən  olan  şəxslər  tərəfindən  yaxınları  işgəncə  ilə  öldürülmüş  azərbaycanlılardan  gizlətmişdirflər.  İndi  bəyəm  biz  həmin  azərbaycanlıları  ittiham  etməliyik.  Başqa  bir  misal  gətirirəm,  bəyəm  biz  dəbdə  olan  hansısa  bir  avtomaşını  və  yaxud  geyim-bəzəəşyalarını  alan  zaman  maraqlanırıq  ki,  həmin  əşyanı  istehsal  edən,  nə  bilim  icad  edəşəxsin  milliyyəti  nədir ?  Nə  qədər  absurd  fikirlərdir.
Bəli  həmin  zaman  səslənən  fikirlər  arasında  E.Abdullayevin  ünvanına  daha  ciddi  ittihamlar  söylənilmişdir.  Misal  üçün  bəziləri  bildirmişdirlər  ki.  güya  E.Abdullayev  erməni  milliyyətindən  olan  şəxslərlə  görüşüb  onlara  Yerevanda  hansısa bir  kilsənin  təmiri  üçün  pul  verib.  Əslində  bu  fikirləri  söyliyən  insanların özlərinin  mənsubiyyətinə  şübhə  ilə  yanaşmaq  lazımdır. Və onu  da  bilirəm  ki,  artıq  E.Abdullayev  şəxsən  mənə, e ləcə  də  rəsmi  nümayəndəsi  olan vəkil  Adil  İsmayllova müvafiq  tapşırıqlar  vermişdir  ki,  özünü  tanınmış  vəkil  kimi  içtimayyətə  siriyan  Ramiz  Zeynalova  qaşı  məhkəmə  dava  açılsın.  Buyursun  sübut  etsin,  görək  E.Abdullayev  hansı  kilsələrin  təmirinə  pul  ayırıb.  O  ki,  qaldı  ki.  E.Abdullayevə  hansı  vəzifəli şəxslər  meçid  tikməyə  imkan  vermiyiblər,  bu  barədə  içtimayyətə  geniş  məlumat  veriləcək.
Mən  nəyə  görə  önc
Qeyd etdim  ki,  mənə  verilən  sualların  predmeti  olan  ittihamların  hamısının  qaynağı  Mahir  Abdullayevin  oğurlanmasını  ört-basdır  etmək  istəyənlərdir.  Elə  qara  transplantasiya  məsələsini  ortaya  atanlarda  bir  nöqtədən  idarə  olunurlar.
Unutmaq  lazım  deyil  ki, “məŞhurlar” arasında ermənilər də var. Əsir və itgin düŞmüŞ, girov götürülmüŞ vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı araŞdırmalar və şahid ifadələri də təsdiqləyir ki, ermənilər girovlardan cavan və sağlam olanları seçirlər. Onları naməlum istiqamətə aparıblar və bir daha geri qayıtmayıblar. Onların bir hissəsinin meyitlərinin təhvil verilməsi zamanı da bir çoxunda ürək, dalaq, qaraciyərin olmadığı, hətta əsirlərin bəzilərinin daxili orqanlarının tamamilə çıxarılaraq yerinə dəmir-dümür doldurulması faktları qeydə alınıb.
Baxmayaraq ki, transplantasiya və donorluq əslində ölüm ayağında olan bir xəstəni diriltməyə xidmət edir. Burada söhbət hətta başqası üçün ölməkdən getmir, başqasını yaşatmağa hazır olmaqdan gedir. Bunu başa düşmək üçün görünür əsl insan olmaq lazımdır.
Kiminsə  nəvaxtsa  yazdığı  cümlələri  mənimsəmək  fikrimiz  yoxdur  və  hesabat  boyu  gətirdiyimiz  misallara, qeyd  etdiyimiz  məqalələrə  və  araşdırmalara  görə həmin  yazarlara,  reportyorlara,  hüquq  müdafiəçilərinə  öz  minnətdarlığımızı  bildiririk.
  1. Bəlkə 16.BU  HADİSƏ HACI  MƏMMƏDOV  CİNAYƏTİNİ KÖLGƏDƏ  QOYACAQ
Ortada bir cinayət var, ailə başçısı oğurlanıb. İnsanın itməsi bir müamma olaraq qalmaqdadır. Hadisələrin detallarının aydınlaşdırılmasına başlamamışdan əvvəl huquq muhafizə orqanları, məlum olmayan səbəblərdən onlarla bir cəbhə boyu addımlamağa çalışan bəzi dırnaq arası qazet maqnatları, siyasətçi-işbazlar, bu günə kimi bir nəfəri olsa belə ədalətsiz muhakimədən qutarmayan vəkillər, saxta ekspertlər, ayrı-ayrı klanlara xidmət edən edən millət vəkilləri bilərəkdən içtimayətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, güya heç kim oğurlanmayıb, heç kim öldürülməyib, ümumiətlə bu olay içtimayətin muzakirə məsələsinə çevrilməli deyil. Amma bütün təzyiqlərə baxmayaraq bu hadisə son dövrlərdə adam oğurluğu ilə baglı baş verən və açılmayan cinayət hadisələrinin birinə çevrilib. Mahir Abdullayevin Hüquqlarını Mudafiə Komitəsinin üzvü Vidadi İsqəndərlinin sözləri ilə desək : “Əslində bu çox maraqlı hadisədir. Mən huquqşunas və prokurorluğun sabiq əməkdaşı olaraq hesab edirəm ki, Mahir Abdullayev işi XX! əsrin ən dəhşətli cinayətidir. Bəlkə də bu hadisə Hacı Məmmədov  cinayətini kölgədə qoyacaq. “ Nə qədər acınacaqlı olsa bunu demək məcburiyətindəyik ki, istər zərəəkmiş, istərsədə son zamanlar yeni yaradılmış Mahir Abdullayevin Huquqlarını Mudafiə Komitəsi tərəfindən prokurorluq orqanlarına, içtimayətə təqdim olunmuş onlarla subut xarakteri daşıyan materiallarda respublikanın güc strukturlarının, məhkəmə və prokurorluq orqanlarının əməkdaşlarının adları keçir. Bəlkə də respublikanın içtimai təhlükəsizlik və yaxud sırf təhlükəsizliyi baxımından özəyini təşkil edən bu təşkilatları əyinlərinə mundir geymiş ayrı-ayrı şəxslərin bilərəkdən və yaxud məcburiyət qarşısında bu işə məsuliyyətsizcəsinə, bəzi konkret epizodlarda isə cinayətkarcasınə laqeyd münasibətləri ucbatından ittiham etmək duzgun olmazdı. Lakin reallıq ondan ibarətdir ki, biz nə qədər istəsək belə bu təşkilatların nüfuzlarını bu işdə açıq aydın passivlik numayiş etdirdiklərindən sığortalaya bilmirik. Nədən? Bu günə kimi bu təşkilatlardan heç birisi əməkdaşlarından birisini olsa belə konkret Mahir olayı ilə bağlı buraxdıqları səhfə, itirdikləri qiymətli zamana görə, etdikləri cinayətlərə əsasən cəzalandırmamışdırlar, əksinə Mahir məsələsi ilə bağlı qaldırılmış cinayət işinin istintaqında adları keçən bəzi zabitlər orden və medallara təltif olunmaları uçün dövlət başçısı qarşısında məsələlər qaldırılmış və yaxud da şan şöhrətlə teqaudə göndərilmişdirlər. Bu dövləti və xalqı  aldatmaq deyilmi? Razılaşaq ki, məhz elə bu kimi neqativ səbəblərdən  DİN-nin, MTN-nin, prokurorluq orqanlarının mutəxəsislərinin cəlb olunduğu əməliyyat axtarış tədbirləri hələ də bir nəticə verməyib. Razılaşaq ki, elə bu kimi tuğyan edən özbaşınaliqlar ucbatından on ildir ki,  Mahirin ogurlanması və yaxud istintaqın qeyd etdiyi kimi öldürülməsi faktı ilə bağlı bir nəfər olsun belə şübhəli şəxs qismində saxlanılmayıb. Belə olan halda razılaşın ki, bir Azərbaycanlı ailə başçısını oğurlayaraq, onun himayəsində olanları gözu yaşlı qoyanlar , bir nəslilə qarşı repressiv metodlardan istifadə edərək özgəsinin illərlə əldə etdiyi malını, mulkunu almaq istəyənlər qarşısında nəinki, zərəəkmiş, onun numayəndələri, eyni zamanda siz də acizsiniz. Baxmayaraq ki, 2003-cü il oktyabrın 13-də baş verən hadisənin ustündən xeyli vaxt keçib həqiqəti söyləməkdən çəkinirsiniz. Bu nəqədər davam edəcək? Həqiqətənmi siz inanırsınız ki, zaman keçdikcə, vaxt otdükcə zərəəkmişin israrlı muqaviməti, tələbləri heçə enəcək, yaraları sağalacaq və yaxud qardaş qardaşın başından, bacı qardaşından, övlad atasından keçəcək?
Əgər biz Mahirin vaxti ilə çalışğı təşkilatın, onun yerlərdə olan nufuzunu nəzərə alsaq, bu təşkilatla bərabər digər, xüsusilə DİN-nin, Baş prokurorluğun da astronomik imkanlarınin olması halını da yuxarıda qeyd etdiyimiz detallara əlavə etsək, həmin zaman axtarışlara laqeyd yanaşıldığını çəkinmədən vurğulamaq olar. Əgər belə deyilsə istər istəməz ortaya sual çıxır. M.Abdullayevin axtarışları nə uçün bir nəticə vermir? Həmçinin bunun üzərinə yaxın keçmişimizdə Hacı Məmmədovun “daha dəhşətli cinayətkar dəstə hələ də azadlıqdadır“ səsləndirdiyi fikirləri əlavə etsək mənzərə aydınlaşar.
 17.Azərbaycan  Respublikasının  Prezidenti  Zati-Aliləri  İlham  Heydər   oğlu  Əliyevə  respublikanın  tanınmış  ziyalıları  tərəfindən  müraciət.
Hesabat  dövründə  Mahir  Abdullayevin  Hüquqlarının  Müdafiə  komitəsinin  İçtimai  təhqiqat  qrupu  tərəfindən  müəyyən  edilmişdir  ki,  2009-cu  ildə   respublikanın  bir  sıra  tanınmış  ziyalısı,   xüsusilə
1.Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindəŞöhrət  Ordeni  ilə  təltif  edilmiş  91-dən  biri  Professor  İskəndər  Quliyev
2.Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindəŞöhrət  ordeni  ilə  təltif  edilmiş  Şamil  Şahməmmədov
3.Azərbaycan  Respublikası  Prezidentinin  təqaüdünə  layiq  görülmüş  akademik  Hüseyn  Əhmədov
4.Azərbaycan  respublikasının  Prezidenti  tərəfindən  Tərəqqi  Medalı  ilə  təltif  edilmiş  Əməkdar  Müəllim  Hacı  Əyyub  Əzizov
5.Azərbaycan  respublikasının  Prezidenti  tərəfindən  istiqlal  ordeni  ilə  təltif  edilmiş  Xalq  rəssamı  Ömər  eldarov
6.Azərbaycan  respublikasının  Xalq  rəssamı  Arif  Əziz
7.Azərbaycan  respublikasının  Prezidenti  tərəfindəŞöhrərt  Ordeni  ilə  təltif  edilmiş,  Xalq  Yazıçısı.  Yazıçılar  İttifaqının  katibi,  Hüquq  elmləri  Doktoru  Çingiz  Abdullayev
8.Professor,  Şair  Ənvəəhməd
9.Filologiya  Elmləri  Doktoru.  Professor  Mahirə  quliyeva
10.Tarix  Elmləri  Doktoru.  Professor  hacı  İsmayıl  Məmmədov
11.Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindəŞərəf  Ordeni  ilə  təltif  edilmiş  Xalq  Şairi  Zəlimxan  Yaqub
12.Azərbaycan  Respublikasının  Millət  Vəkili,  Xalq  Şairi  Sabir  Rüstəmxanlı
13.Tənzilə  Rüstəmxanlı
13  oktyabr  203  cü  il  tarixində  oğurlanmış  Mahir  islam  oğlu  Abdullayevin  qardaşı  zərəəkmiş  Abdullayev  Elşad  İslam  oğlunun  hələ  məcburiyyət  qarşısında  Azərbaycan  Respublikasını  tərk  etməmişdən  öncə  Azərbaycan  respublikasının  Prezidenti  İlham  Heydər  oğlu  Əliyevə  müraciət  etmişdirlər.
Həmin  müraciətdı  qeyd  olunurdu.
Möhtərəm  Cənab  Prezident !
Ümumilli  Liderimiz  HeydəƏliyev  demişdir ; “Dövlət  iki  halda  sarsıla  bilər;  günahkar  cəzasız  qalanda  və  günahsıza  cəza  veriləndə……..Mən  hər  bir  azərbaycanlının  qarantıyam !….Oğrunu  qəhramana  çevirmək  öz  xalqına  xəyanət  deməkdir !”.  Hazırda  söhbət  ali  cinayətdən  getmir.  Daha  sosial  təhlükəli  kriminaldan,  dövlətin  əsaslarını  sarsıdan  terrordan  gedir.  Heydəəliyev  adına  Beynəlxalq  strateji  Araşdırmalar  Mərkəzinin   rəhbəri,  Hüuqu  Elmləri  Doktoru,  Priofessor,  Rusiya  Federasiyası  Hüquq   Elmləri  Akademiyasının  üzvü  Abdullayev  elşad  İslam  oğlu  Sizin  ünvanınınza  14.11.2009,  30.03.2009,  20.04.2009,  15.05.2009,  25.05.2009,  08.06.2009,  30.11.2009,  05.01.2010,  22.01.2010  və  03.11.2010-cu  il   tarixli  şikayət  məktubları  ilə  müraciət  etmişdir.  Həmin  şikayət  məktublarında  şərəfli  bir  nəslin  başına  gələn  faciələr  və  müsibətlər  maddi  sübutlar  və  dəlillərdə  ildən  çox  zaman  keçsə  də  mütəşəkkil  cinayətkar  qrupu  öz  cinayətkar  əməllərini  davam  etdirir.  Dözülməz  xəyanətə  məruz  qalmış   Abdullayevlər  nəslinə  və  bu  nəslin  hər  bir  nümayəndəsinə  kriminal  təzyiqlərini  günbəgün,  ayba  ay  artırırlar.  Cinayətkar  dəstənin  havadarları  yüksək  müvqe  tutduqlarına  görə  canilərin  faş  edilməsinə,   peşəkar  əməliyyatçıların  fəaliyyətinə  süni  və  saxta  maneələr  yaradırlar,  çün   ki.  Mütəşəkkil  cinayətkarların  patronları  yüksək  mövqeli   və  ali  rütbəli  əsayiş  və  təhlükəsizlik  nümayəndəlidirlər.  Söhbət  təə  bir  nəslin  və  yaxud   bir  ailənin  taleyindən  getmir.  Bizi  narahat  edən  günbə-gün  çiçəklənən  respublikamızın.  Tərəqqiyə  və  təkamülə  doğru  yenilməz  addımlarla  irəliləyən  dövlətimizin  və  millətimizin  gələcəyinə  silinməz  ləkələr  yaxan  bir  qrup  cinayətkarın  şeytan  əməllərindən,  iblis  niyyətlərindən  bəhrələnən  maskalanmış  kabuslardı.  Söhbət  adi  cinayətdən  getmir,  olduqca  təhlükəli  kriminaldan,  qüdrətli  və  bəxtiyar  dövlətimizin  əsaslarını  sarsıda  biləcək  mənəvi.  Psixoloji  və  cismani  terrordan   gedir. Bu  cür  amansız  terrorun  aradan  qaldırılmasında  şəxsən  Sizdən  başqa  gümanımız  yoxdur.  Cinayətə  və  xəyanətə  Sizin  dərin  nifrətiniz  və  münasibətiniz  hacı  Məmmədov  şaykasının  ifşa  edilməsində  hər  kəsə  əyan   oldu.  Bütün  xalqımız  bilir  ki,  həmin  dəstənin  faş  edilməsi  şəxsən  Sizin  qətiyyətiniz  və  qüdrətiniz  hesabına  baş  tuta  bildi.
Sizdın  ricamız  budur  ki,  daha  geniş  və  ətraflı  məlumat  vermək  üçün  bizləri  qəbul  edəsiniz.  Bizim  dərdimiz  şəxsi  kədərdən  çox,  iştimai  bəladır !  Cəsarətimizi  və  ərkimizi  üzürlü  hesab  edin.  Diləyimiz  budur  ki,  qoy  həmişə  şərafətli  və  işgüzar  fəaliyyətinizdə  tədbir  Sizdən,  təqdir  allahdan  olsun !”
Lakin  təssüflər  olsun  ki.  Bu  günə  kimi.  Bu  tük  ürpədici  müraciət  məktubuna  əsasən  yuxarıda  adları  qeyd  oluna  ziyalılar   Cənab   prezident  tərəfindən   qəbul  edilməmişdirlər,  nədə  ki,  məktuba  heç  bir  cavab   verilməmişdir.

Ardı…

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının 19 avqust 2013-cü il tarixli Hesabatı (187 səhifə),  Son bölüm -MTN İşi
Bax:
http://avropaninsesi.com/mtn-sussurlugu-454-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai-t/
P.S:

Daha ətraflı izlə Avropaninsesi.com:  

 Mahir Abdullayev; Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin Hesabatı;  Mahir Abdullayevin dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmasına dair cinayət işi ilə baglı İctimai Təhqiqqat Komissiyasının Hesabatı – AAMBŞ;  Azərbaycan Beynəlxalq Universiteti ; ABU; Azərbaycan Prezidentinin Mahir Abdullayevin işinə dair   Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyası haqqında 03 0ktyabr 2012-ci il tarixli Sərəncamı; Müstəqil İstintaq Komissiyası – MİK  Azərbaycan Prezidenti İlham Əliyevin MTN İşi haqqnda 17 oktyabr 2016-cı il tarixli xüsusi Sərəncam;  Akif Çovdraov –MTN İşi; keçmiş MTN naziri Eldar Mahmudov; Hilal Əsədov; Rəsul Rəsulov; MTN zabiti İlqar Abbasov; MirSahib Məcidov – Qarbaçov;  
Elçin Məmmədli;  Ramiz Mehdiyev;  Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyev;  Ramizqeyt İşi;  Gülərqeyt Işi; Gülər Əhmədova; Sevinc Babayeva; Sevinc Babayevanın oglu Ayxan Məmmədov;  Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqları – reket jurnalistləri; Mətbuat  Şurası: Reket jurnalistlərin qara siyahısı; Reket jurnalist Asif Mərzili;  Zümrüd Məmmədova;  “Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyev; 
DİN-in Naziri Ramil Usubov Arzu Kazımov; Zahid Dünyamalıyev;   Nərimanov Rayon Məhkəməsinin sədri Agababa Babayev; DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyev; mügənni Mətanət Isəəndərli;  Ələddin Əsədov Sənan İbrahimov; Qulu Cəfərov;  Hacı Məmmədov – Polis İşi;
 info@avropaninsesi.com

 

Снимок экрана 2017-04-26 в 15.16.50

 

 

 

 

 

Print Friendly, PDF & Email