Print Friendly, PDF & Email

 

 

 

 

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-04-%d0%b2-2-46-08

Elşad Abdullayev: “Asif Mərzilini də adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyekti hesab edirəm” Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili haqda kifayət qədər bilgiyə sahibdir. Bunu onlar arasında gedən söhbətin əks olunduğu videonu izlədikdə, eyni zamanda ABU rektorunun müxtəlif vaxtlarda Asif Mərzili haqda mətbuata ünvanladığı müraciətlərlə tanış olduqda aydın şəkildə görmək mümkündür. Məhz elə bu səbəbdən də ilk öncə sözügedən videogörüntüdə müzakirə olunan önəmli məqamlara toxunmaq, daha sonra isə Elşad Abdullayevin müraciətlərindəki mühüm məsələlərlə bağlı sizləri bilgiləndirmək istərdik.
Beləliklə, ABU rektorunun sualları qarşısında aciz duruma düşən Asif Mərzili söhbət əsnasında Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması məsələsində bu və digər formada iştirakçı, eyni zamanda hadisədən məlumatlı olduğunu büruzə verib. Elə buna görə də, o, sabiq rektorun onun ünvanına səsləndirdiyi xoşagəlməz ifadələrə əhəmiyyət verməməyə və bu yolla çulunu sudan quru çıxarmağa cəhd göstərib. Lakin Asif Mərzilinin bu taktikası Elşad Abdullayevə təsir etməyib. Çünki ABU rektoru qarşısındakı şəxsi əməlli-başlı incələyib, onun haqda bütün zəruri informasiyaları toplayıb. Yəni Asif Mərzilinin zəif yerini bildiyi üçün onun üzərinə yeriməkdən çəkinməyib.
Videodan aydın şəkildə görünür ki, başqa vaxt cəsarətdən, mərdlikdən dəm vuran “Təzadlar” qəzetinin baş redaktoru Elşad Abdullayevin qarşısında çarəsiz duruma düşüb. Niyə? Çünki səhvi var və ABU rektoru onun əməllərindən yetərincə məlumatlıdır. Məsələn, bu ilin yanvar ayında Elşad Abdullayev əksər kütləvi informasiya vasitələrinə kifayət qədər önəmli məlumatlar göndərib və orada bir çox qaranlıq məqamlara aydınlıq gətirilib. Belə ki, “Təzadlar”la bağlı ümumiyyətlə danışmaq istəmirəm, ona görə yox ki, bu qəzetin rəhbərini jurnalistikaya xəyanətdə, ümumvətəndaşlıq mövqeyinin satılmasında suçlayıram, qətiyyən” deyən ABU rektoru qeyd edib ki, Asif Mərzili onun arasında bağlanan sazişə əməl etməyib: “Asif Mərzili ilə bir cayıl anlaşmamız vardır ki, əgər mən onun bir “zapisini”, videosunu internetdə nümayiş etdirsəm, o, bir də əlinə qələm almayacaq, jurnalistikadan gedəcək, adını dəyişəcək. Təəssüflər olsun ki, video qoyulsa belə, Asif Mərzili əhdini pozdu, heç bir anlaşma olmamış kimi utanmadan-qızarmadan şər-böhtan yazmaqda davam edir”.
Hələ bu harasıdır. Elə zənn etməyin ki, Elşad Abdullayevin Asif Mərzili ilə bağlı dediyi fikirlər bununla bitir. Təbii, yox. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektorunun bu ilin oktyabr ayının 26-da avropaninsesi.com saytında yer alan müsahibəsində daha ilginc məqamlara toxunulub. Məsələn, “MTN generalları Akif Çovdarov, Hilal Əsədov bizi “Təzadlar” qəzeti vasitəsi ilə xalqın gözü qarşısında leqal təhdid edirdilər” deyən Elşad Abdullayev 2013-cü ildən indiyədək hüquq professoru olaraq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəsini mediada və sosial şəbəkələrdə gizli videogörüntüləri ictimailəşdirməklə ifşa etdiyini bildirib: “Lakin bizim təqdim etdiyimiz maddi sübutların obyektiv və qərəzsiz olmasına baxmayaraq, hazıra qədər qardaşım Mahir Abdullayevin oğurlanmasında əsas günahkarlar məhkəmə məsuliyyətinə cəlb olunmayıblar. Bu günə qədər Mahir Abdullayevin oğurlanması cinayətinin icraçısı MTN generalı Akif Çovdarov və general Hilal Əsədov məhkəmə məsuliyyətinə cəlb olunmayıb. Müntəzəm olaraq mediada çap etdirdiyim obyektiv xarakterli maddi sübutlar Azərbaycanda MTN-in gücündən istifadə edərək adam oğurluğu ilə məşgul olan MTN-in mütəşəkkl cinayətkar şəbəkəsini ifşa etmək ücün kifayət edir.
Adam oğurluğu cinayətləri ilə məşğul olanlar dünyanın ən şərəfsiz məxluqlarıdır. Xalqın faciəsi üzərində öz xoşbəxtliklərini qurmaq istəyirlər. Lakin həyat göstərir ki, onlar gec-tez layiq olduqları cəzanı alırlar”. MTN generalı Akif Çovdarovun onu “Təzadlar” qəzeti və onun baş redaktoru Məmmədov Asif Millət oğlu vasitəsi ilə təhdid etdiyini vurğulayan ABU rektorunun sözlərinə görə, onun başlıca məqsədi qardaşı, MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayətini ört-basdır etmək idi: “Akif Çovdarov məni tez-tez MTN-nə öz iş otağına cağırırdı. Jurnalist Asif Mərzilinin əleyhimə yazdığı saxta və həqiqətə uyğun olmayan nağıllarını mənə özü bir-bir oxuyurdu. Asif Mərzilinin əleyhimə yazdığı qərəzli məqalələrin sayı mindən cox idi, həmin məqalələr artıq 5 cildlik olmuşdur. Elə gün olurdu Akif Çovdarovun sifarişi ilə Asif Mərzili qərəzli olaraq saxta müəlliflərin adı ilə əleyhimə 5-7 həqiqətə uyğun olmayan yazılar çap edirdi.
Bu zaman Asif Mərzili cinayətin iştirakçısı Zümrüd Məmmədova adlı jurnalistin adı ilə də saxta məqalələr yazırdı. Akif Çovdarov həmin məqalələri elə həvəslə, emosiya ilə oxuyurdu ki, adi adam da başa düşə bilərdi ki, bu məqalələri özü yazdırıb. Bəzən üzünə baxmadan əzbərdən deyirdi məqaləni, heç oxumurdu, bu sahədə qabaqcıl təcrübəyə malik idi. Onun otağından çıxanda mənə sağ tərəfdəki həbsxana “reşotka”sını göstərib deyirdi ki, sizdən əvvəl kecmiş təhsil naziri Misir Mərdanovu burada həbsdə saxlamışam. Biz deyən pulları verməsən, nə qardaşını görəcəksən, nə də ki, özünü. Hər gün də açıq telefon nömrəsi ilə qardaşıma işgəncə verirdilər, telefonu qulağıma qoyurdular. Sonradan öyrəndim ki, həmin mobil telefon Akif Çovdarova məxsusdur. Asif Mərzilini də Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyekti hesab edirəm…” Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

P.S. Ardı var və daha sensasion xarakterli bilgilər hələ qabaqdadır. “Gündəlik Bakı” Baxış sayı: 2226 Tarix:13-11-2015

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25582
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir