Print Friendly, PDF & Email

 

 

 

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-04-%d0%b2-2-46-08

 

10923584_1510036509221106_7122176139410881928_n

 

Capture d’écran 2015-10-26 à 20.26.44

“Təzadlar” qəzetini MTN-nin “sarı mətbuat xidməti” hesab edirəm”. Elşad Abdullayev: “Akif Çovdarov Asif Mərzilinin simasında açıq-aşkar olaraq leqal qaydada adam oğurluğu cinayətinin iştirakçısıdır” “Təzadlar” qəzetinin baş redaktorunda Mahir Abdullayev barəsində faktlar və sənədlər var” Bildiyiniz kimi, bir neçə gün əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov artıq həbs edilib. Məsələ ilə bağlı verilən məlumatlarda deyilir ki, ev dustağı olan Akif Çovdarov bu günlərdə saxlanılıb. Lent.az-ın əldə etdiyi informasiyaya görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Akif Çovdarovun evində axtarış aparıblar. Digər bir məlumata görə, o, Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbail Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.
“Akif Çovdarov mənə bildirdi ki, əgər pulu verə bilmirsənsə, ABU-nu keçirt Nizami Süleymanovun adına” Deyilənlərə görə, məhz bundan sonra onunla yaxın münasibətlərdə olduğu iddia edilən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bir xeyli əndişələnməyə başlayıb. Çünki Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevlə Asif Mərzili arasında gedən danışıqları əks etdirən videogörüntünün stenoqramından, eləcə də ABU rektorunun bir neçə gün öncə avropaninsesi.com saytında yer alan müsahibəsindən belə məlum olur ki, “Təzadlar” qəzetinin baş redaktoru bəzi məsələlərdə, əsasən də Milli təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması işində məhz Akif Çovdarovun göstərişlərini icra edib.
Belə ki, Asif Mərzilinin Azərbaycanda adam oğurluğu ilə məşğul olan kriminal dəstə ilə əlaqəsinin olduğuna işarə edən və “MTN generalları Akif Çovdarov, Hilal Əsədov bizi “Təzadlar” qəzeti vasitəsi ilə xalqın gözü qarşısında leqal təhdid edirdilər” deyən Elşad Abdullayev açıq-aşkar şəkildə Asif Mərzilini adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyekti hesab etdiyini bəyan edib. Ötən sayımızdan da bildiyiniz kimi, ABU rektoru avropaninsesi.com saytına müsahibəsində qardaşı Mahir Abdallayevin geri qaytarılması üçün Akif Çovdarovun ondan 10 milyon dollar tələb etdiyini, o isə 2,8 milyon dollar tapıb verdiyini vurğulayıb: “Bundan qəzəblənən Akif Çovdarov məni Novxanıya gizli bağ evinə dolanbac yollarla dəvət etdi. Onun bağ evinə gələndə məni onun xaricdə oxuyan oğlu və 20 il mənimlə birgə işləyən Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru Nizami Süleymanov qarşıladı. Mən çaşıb qalmışdım. Nizamidən soruşdum ki, sən hara-bura hara…!!!???
Professor Nizami Süleymanov da bildirdi ki, Akif Çovdarov mənim qohumumdur, mamam oğludur. Bundan sonra Akif Çovdarov mənə bildirdi ki, əgər pulu verə bilmirsənsə, ABU-nu keçirt Nizami Süleymanovun adına. Yaxud da sabah gəl, gedək Azərbaycan Beynəlxalq Bankından və ya “AzBank”dan sənin adına pul götürək, amma pul qalacaq orada. Bununla da səninlə hesablaşacağıq. Sən də qovuşarsan qardaşına. Bu problemi məndən başqa heç kim həll edə bilməz, hec kimə inanma, kim gəldi yanına, qov getsin. Hec bir yanda hec nə danışma!!! Məni dəhşət götürmüşdü, ölkənin təhlükəsizliyinə Konstitusiya ilə cavabdeh şəxs 14 ölkənin fəxri professoru ilə bir işğalçı ordunun generalı kimi danışır”.
“Asif Millət oğlu Məmmədov adam oğurluğu ilə məşğul olan qanlı bandanın dili ilə danışan “cəfakeş qəzetçi”dir” Hələ bu, harasıdır. ABU rektorunun sözlərinə görə, Asif Mərzili ilə yaxın münasibətdə olan Akif Çovdarov sosial təhlükəli ağır cinayətləri adiləşdirmək və ört-basdır etmək məqsədi ilə cinayətkar şəbəkəni deyil, zərərçəkmişi “sarı qəzetlər” (burda söhbət əsasən “Təzadlar”dan gedir-red.) vasitəsi ilə təzyiq altında saxlayıb: “Akif Çovdarov Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat kimi ağır cinayətləri adiləşdirmək və ört-basdır etmək məqsədi ilə bizim əleyhimizə “sarı qəzetlər” vasitəsi ilə həqiqətə uyğun olmayan yalan məlumatlar tirajlayırdı. İstintaqın gedişini səhv istiqamətə yönəldirdi. O, belə bir sosial təhlükəli cinayətləri adiləşdirmək ücün bizim əleyhimizə saxta “fabrikovat” olunmuş cinayətlər açmaqla zərərçəkmişi təzyiq altında saxlayıb cinayətkarların şərtlərini qəbul etdirirdi. 16 fevral 2014-cü il tarixində KİV-də mənim həbsimlə bağlı verilmiş məlumat real həqiqətə uyğun gəlməyən, həqiqəti əks etdirməyən uydurma xəbərlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216, 296 və 297-ci maddələrinə görə bilə-bilə yalan məlumat vermə cinayət hesab edilir. Belə yalan məlumatları yayan “sarı qəzetçilər”dən biri “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov (Asif Mərzili-red.) və vəkil Ramiz Zeynalov adlı şəxsdir. Onlar jurnalist pərdəsi altında adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin sifarişini yerinə yetirirlər. Vəkil Ramiz Zeynalov mənim tələbə yoldaşımdır, mənim onunla və Asif Mərzili ilə heç bir ədavətim olmayıb. Ramiz Zeynalov bir neçə dəfə məhkəmə məsuliyyətinə cəlb olunub. Məndə olan məlumata görə, 1970-ci illərdə Ramiz Zeynalov ilk dəfə Moskva Dövlət Universitetinin (MDU) hüquq fakültəsində oxuyan zaman valyuta (dollar) alverinə görə SSRİ KQB-si tərəfindən məhkəməyə verilib və buna görədə MDU-nun hüquq fakültəsindən xaric olunub. Sonralar yenə də sovet KQB-si tərəfindən BDU-nun hüquq fakültəsinə qəbul olunub.
Hazıra qədər də onların sifarişlərini yerinə yetirir”. Həqiqətə uyğun olmayan məlumatların məhz Akif Çovdarovun göstərişi ilə Asif Mərzili və Ramiz Zeynalov vasitəsi ilə kütləvi informasiya vasitələrinə ötürüldüyünü iddia edən Elşad Abdullayev “Təzadlar” qəzetini MTN generalı Akif Çovdarovun Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın mətbuat xidməti hesab etdiyini bildirib: “Təzadlar” və qəzetin baş redaktoru Asif Millət oğlu Məmmədov (Asif Mərzili-red.) məqsədli və qərəzli olaraq Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın maraqları çərçivəsində qanlı bandanın dili ilə danışan “cəfakeş qəzetçi”dir. Onun bütün yazıları əsas cinayətkarı gizlətmək, cəmiyyəti caşdırmaq, zərərçəkmişi təzyiq altında saxlayıb susdurmaqdır. Onun yazıları həqiqətə uyğun deyil. Asif Mərzili vasitəsi ilə MTN mənimlə oğru-kriminal dillə danışır.
MTN baş vermiş cinayəti həll etmək və mənə cavab vermək əvəzinə qəzetçi Asif Mərzili vasitəsi ilə cavab verir. “Təzadlar” qəzetini MTN-nin “sarı mətbuat xidməti” hesab edirəm. MTN ağır cinayətləri adiləşdirmək məqsədi ilə mütəşəkkil cinayətkar təşkilata qarşı deyil, zərərçəkmişin üstünə gedir. O, zərərçəkmişə qarşı müxtəlif kriminal təzyiq metodlarından istifadə edir. MTN “Təzadlar” qəzeti vasitəsi ilə mənimlə “oğru” dilində danışır. Dünyanın heç bir yerində görünməyib ki, xüsusi xidmət orqanları adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərsin. Bəli, MTN generalı Akif Çovdarov Asif Mərzilinin simasında açıq-aşkar olaraq leqal qaydada adam oğurluğu cinayətinin iştirakçısıdır”.
ABU rektoru qeyd edir ki, “Təzadlar” qəzeti “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 4, 10, 47, 58, 60, və 61-ci maddələrinin tələblərinə məhəl qoymur, Cinayət Məcəlləsinin 34, 61, 110, 144, 307, 308 və 309-cu maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə davam edir: “Onun eyni zamanda, Mahir Abdullayevin oğurlanması haqqında bilə-bilə müntəzəm olaraq yalan məlumatlar yazdığına görə Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyət daşıması hüquqi faktdır”. Asif Mərzili “Təzadlar” qəzetini Elşad Abdullayevin ixtiyarına vermək istəyib Bu arada, onu da nəzərinizə çatdıraq ki, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi bir müddət əvvəl Elşad Abdullayevlə Asif Mərzilinin baş redaktoru olduğu “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli arasında olan telefon danışığının lent yazısını yayımlayıb. Həmin səs yazısından aydın şəkildə görünür ki, Elçin Məmmədli telefon danışığında dəfələrlə ABU rektoruna bildirir ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilidə Mahir Abdullayev barəsində faktlar və sənədlər var. Elçin Məmmədli təkidlə həmin sənəd və faktları Elşad Abdullayevə vermək, onunla görüşmək istədiyini qeyd edir. Söhbət əsnasında Elçin Məmmədli vurğulayır ki, Asif Mərzili “Təzadlar” qəzetini Elşad Abdullayevin ixtiyarına vermək istəyir.
Lakin ABU rektoru bu təklifdən imtina edir. Maraqlıdır, görəsən Asif Mərzili Mahir Abdullayevin oğurlanması ilə bağlı hansı bilgi və sənədlərə sahibdir? Ona bu barədə faktların kim(lər) tərəfindən verilməsi də ilginc suallardan biridir. Məhz elə bu səbəbdən də Baş Prokurorluq, həmçinin digər hüquq-mühafizə orqanları “Təzadlar” qəzetinin baş redaktoru ilə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, adı adam oğurluğunda hallanan general-mayor Akif Çovdarovu üzləşdirməli, Asif Mərzilini də istintaqa cəlb etməlidirlər. Çünki Elşad Abdullayevin iddiasına görə, Asif Mərzili onun qardaşı Mahir Abdullayevin məsələsi ilə bağlı bir sıra qaranlıq məqamlardan xəbərdardır… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S.

Bu haqda sonra. (Ardı var) “Gündəlik Bakı” Baxış sayı: 385 Tarix:17-11-2015

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25798
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir