1443590954_elcin (1)
Təzadların əməkdaşı Elşad Abdullayevlə telefonda nələr danışdı ? Asif Mərzili qəzeti ABU rektorunun ixtiyarına vermək istəyib.

ahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi “Azadlıq.TV”-yə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli arasında olan telefon danışığının lent yazısını təqdim edib. E. Məmmədli telefon danışığında dəfələrlə E. Abdullayevə bildirir ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilidə Mahir Abdullayev barəsində faktlar və sənədlər var. E. Məmmədli təkidlə həmin sənəd və faktları E. Abdullayevə vermək və onunla görüşmək istədiyini bildirir. Söhbət əsnasında E. Məmmədli qeyd edir ki, A. Mərzili “Təzadlar” qəzetini E. Abdullayevin ixtiyarına vermək istəyir. Lakin E. Abdullayev bu təklifdən imtina edir. E. Məmmədli həmçinin bildirir ki, E. Abdullayevin vurulmasında hakimiyyətdə təmsil olunan yüksək vəzifəli məmurların da marağı var.

Müdafiə Komitəsi hesab edir ki, A. Mərzili və E. Məmmədli Mahir Abdullayevin oğurlanması ilə bağlı Baş Prokurorluqda aparılan istintaqa cəlb edilməlidir. Komitə aşağıdakkı suallara cavab verilməsini istəyir:

A. Mərzilli və E. Məmmədli hası məqsədlə E.Abdullayevlə görüşmək istəyirdilər?
Həmin şəxslərdə Mahir Abdullayevin oğurlanması ilə bağlı hansı sənədlər və faktlar mövcuddur.
E. Məmmədlinin qeyd etdiyi sənəd və faktlar hansı səbəblər üzündən bu günə qədər prokurorluğa və ictimaiyyətə təqdim edilməyib.
Qeyd edilən sənəd və faktların bu günə qədər prokurorluğa və ictimaiyyətə təqdim edilməməsi cinayətin ört-basdır edilməsinə xidmət etmirmi?
E. Abdullayevin vurulmasında maraqlı olan qüvvələr kimlərdir?
Qəzetinin səhifələrində E. Abdullayev və onun yaxın ətrafı barəsində çoxsaylı yoxlanılmamış məqalələrin dərc etdiyi halda hansı səbəblərdən yuxarıda qeyd edilən sənəd və faktlar bu günə qədər “Təzadlar” qəzetində dərc edilməmişdir.
Baş Prokurorluğun qeyd edilən sənəd və faktlardan məlumatı varmı?

Müdafiə Komitəsi bildiri ki, səs yazısını onlara  E. Abdullayev təqdim edib.

 

Oxunub: 1908

 

Baxış sayı: 539 Tarix:18-11-2015

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25763
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Print Friendly, PDF & Email