1417508676_1417507021_habil-bayraqBaş Proku10923584_1510036509221106_7122176139410881928_nrorluq bu məsələni mütləq araşdırmalıdır Elşad Abdullayevlə Asif Mərzili arasındakı videonun stenoqramı Asif Mərzili: “Hörmətli Eldar Mahmudov, xahiş edirəm bizim Elşad Abdullayevlə bir yerdə fəaliyyətimizi yenidən araşdırın. MTN səviyyəsinə qədər çıxsın. Razısınız bununla?” 6 il bundan öncə Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili arasında dörd saatlıq söhbət olmuşdu. Həmin söhbət Elşad Abdullayev tərəfindən gizli şəkildə lentə alınmışdı. Həmin videoda “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin cinayətkar şəbəkə ilə əlaqədə olması ifşa edilir. Elşad Abdullayev oğurlanmış qardaşı Mahir Abdullayev barədə silsilə yazılar dərc edən Asif Mərzilinin bu işdə əlinin olduğunu sübuta yetirməyə çalışır. Lakin Asif Mərzili həmişəki kimi müxtəlif bəhanələr gətirərək sabiq rektoru bu işdə əlinin olmadığına inandırmağa çalışırdı. Elşad Abdullayevi inandırmaq mümkün olsa da, hüquq-mühafizə orqanlarını aldatmaq mümkün deyil. Ona görə də, ölkənin hüquq-mühafizə orqanları, əsasən də prokurorluq sözügedən videoda qeyd olunan məqamları obyektiv şəkildə araşdırsa, o zaman bir çox məsələlərə aydınlıq gətirilə bilər. Odur ki, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli və Asif Mərzilinin kimlərlə əlaqədə olmasına aydınlıq gətirilməlidir. Həmin videonun stenoqramını hissə-hissə müvafiq qurumların diqqətinə çatdırırıq. Asif Mərzili: Səhər gördüm yenə “Müasir Müsavat” döşədi, o biri gün yenə. Sonra o biri qəzetlər. Elşad Abdullayev: Xoşun gəlmədi də “Müasir Müsavat” səndən yazanda. Bəs nə oldu, sən yazanda yaxşıdır, camaat yazanda yox. Demokratiyadır da hamı yaza bilər. Hamı bir-birindən yaza bilər. Asif Mərzili: Bütün bunlardan sonra həmin qəzetlər başladı ki, nə üçün qəzetdə Mahir Abdullayevin adı çəkilir? Bizi başladılar ittiham etməyə. Səhəri gün görürəm ki, “Müasir Müsavat”da sicilləmə yarım səhifəlik yazı. Elşad Abdullayev: Sən indiyə qədər bir şeyi dərk edə bilmirsən ki, sənin beş il yarımlıq fəaliyyətin istintaqı çaşdırmaq, cəmiyyəti çaşdırmaq, zərərçəkmişi aldatmaq məqsədi daşıyır. Asif Mərzili: Hansı istintaqı? Elşad Abdulllayev: Zümrüd gətirib qoymuşdu bura. Asif Mərzili: Mən Zümrüdəm? Mənim adım Zümrüddür? Elşad Abdullayev: Dalınca Çinarə gətirib qoymuşdu bura. Çinarə dedi ki, Elşad müəllim, mənim o yazılardan məlumatım yoxdur. Hər yazıya 200-300 dollar pul verirlər. Asif Mərzili: Kim verir? Elşad Abdullayev: Baş redaktor Asif Mərzili:Yəni mən? Elşad Abdullayev: Elə çıxır. Asif Mərzili: Elə çıxır yox, zəng edim Çinarəyə? Qoy zəng edim görüm Çinarə məndən nə vaxt pul alıb? Elşad Abdullayev: Ay kişi mənim ehtiyacım yoxdur. Asif Mərzili: Elşad müəllim xahiş edirəm siz hüquqşünassınız, elmlər doktorusunuz, akademiksiniz. Elşad Abdullayev: Sən bir qəzetlə işləyirsən. Burada jurnalistika fakültəsi var. 700 tələbəsi var. Elə bir qəzet yoxdur ki, onlar əməkdaşlıq etməsinlər. Asif Mərzili: Sizdən iki uşaq gəlib bizdə yazı yazırlar. Elşad Abdullayev: Guya bizim jurnalistikadan başımız çıxmır. Söhbət burada insan taleyindən gedir. Sən elə bil insan taleyi ilə futbol topu oynayırsan. Mən Zümrüdü heç vaxt tanımamışam. Hadisəyə qədər tanımamışam. Asif Mərzili: Rza bəyin bu telefonda müsahibəsi var. Deyir 2003-cü ildə gəldik Zümrüd Elşad Abdullayevlə getdik filan yerə neynədik. Hətta orada müsahibə götürən adam soruşur ki, Asif Mərzili adında adam tanıyırsınız? O da soruşur ki, kimdir Asif Mərzili? Deyir “Təzadlar” qəzeti. Soruşur nə qəzeti? Heç qəzetin adını tanımır. Deyir Elşad Abdullayevin vəkili ərizə yazıb ki, bəs siz birləşib pul istəmisiniz Mahirə görə. Elşad müəllim orada elə sözlər deyirlər ki, sizə qarşı. Biz onu məhkəmədə üzə çıxarmırıq. Elşad Abdullayev: Asif müəllim burada söz zərərçəkmişin sözüdür. Asif Mərzili: Camaat qlobal problemləri həll edir. Biz düşmüşük nəyin üstünə. Elşad Abdullayev: Bu Azərbaycan dövlətçiliyi üçün qlobal problemdir. Adam oğurluğu cinayətidir. Asif Mərzili: Mən növbəti nömrədə yazım ki, Elşad Abdullayevlə bağlı məsələdə mənə qarşı itttiham irəli sürülür ki, mən guya bilirəm. Hörmətli Eldar Mahmudov, xahiş edirəm bizim Elşad Abdullayevlə bir yerdə fəaliyyətimizi yenidən araşdırın. MTN səviyyəsinə qədər çıxsın. Razısınız bununla? Gedib sabahkı nömrədə yazaq. Mahir Abdullayevlə bağlı araşdırma aparılsın. Bu adam hardadır? Niyə yoxa çıxıb. Bu prosesi MTN təzələsin. Razısınız, ya yox? Mən bundan başqa nə deyim. (Ardı var)
“Gündəlik Bakı” Baxış sayı: 1617 Tarix:11-11-2015

Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=25346
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

 

 

Print Friendly, PDF & Email