Print Friendly, PDF & Email

 

 

 

 

Daha ətraflı bax: Əvvəli ötən saylarımızda, 1-ci – 18-ci hissələr…

 

images

 

 

 

 

 

 

 

6.1.MAHİR  ABDULLAYEVİN  OĞURLANMASINDA  BU  VƏ  YA  DİGƏR  FORMADA  ROL  ALAN  ŞƏXSLƏR

—————————————————–

Bundan başqa Elşad Abdullayev qardaşının işilə bağlı Daxili Işlər nazirinin müavinləri Vilayət Eyvazov və mərhum Zahid Dünyamalıyevin adlarını çəkib.

Daha ətraflı bax Sxem:

 

 

MAHİR ABDULLAYEVİN OGURLANMASININ KRİMNALİSTİK – HUQUQİ XARAKERİTİKASI (2003 – 2012 – ci illər ). ‘’QAYDASIZ   DÖYÜŞ’’ …

Kriminalistik-hüquqi sxemdən görünür ki, DIN Cinayət Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun adlarını çəkilir. Sxemdən aydın olur ki, adıçəkilən şəxslər bu və ya digər formada Mahir Abdullayevin oğurlanmasında və  yaxud  qeyri  qanuni  girov  saxlanılmasının  ört-bastır  edilməsində rol alıblar. Sabiq rektor qeyd edib ki, bu dəstənin xəzinədarı Arzu Kazımov və onun yaxınları olub.

Diqqəti isə başqa bir fakt cəlb edir, bu siyahıda gizli polis təşkilatlarının rəhbərləriylə birgə, təqdim etdiyi siyahıda gözlənilmədən həm də Daxili İşlər Nazirlnin iki muavininin, Zahid Dünyamalıyevin (keçmiş) və Vilayət Eyvazovun (indiki) da adları çəklilir. Başqa sözlə desək, E. Abdullayev ciddi olaraq, iddia edir ki, MTN-nin və DİN-nin MTN-nin Anti-terror və DİN-nin  Baş Mütəşəkkil Cinayətkarlığa  Qarşı  Mübarizə İdarəsi ilə birgə onun qardaşını əvvəl oğurlamış, sonra gizlədərək bu fakt üzərində açıq alver etmişlər.

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin  apardığı təhqiqatlar, eləcədə  zərərçəkmişin  komitəyə  təqdim  etdiyi video-görüntülər  və  digər  materiallar  bir   daha  göstərir  ki, Elşad  Abdullayevin  söylədikləri  heçdə  əsassız  deyil.  Belə  ki,  ötən il noyabrın 16-da  yayılan videolentdən  məlum  olmuşdur  ki,   Elşad Abdullayevin Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə  2007-ci ilin iyulunda  görüşü olmuş  və  həmin  görüşdə söhbət Elşad Abdullayevin 2003-cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevdən getmişdir.  Bu video və audio yazılar hələ  Azərbaycan Respublikasının  Baş Prokurorluğunun  nəzdində  Müstəqil  İstintaq Komitəsi yaradılmamışdan  öncə prokurorluq  və  güc  strukturlarına, xüsusi ilə MTNnə  Elşad  Abdullayev  tərəfindən  rəsmi  şəkildə  təqdim  olunmuşdur.

ardı var …