Print Friendly, PDF & Email
images (7)
1.AvropaParlamenti.DSC002751-300x169
Capture d’écran 2016-02-21 à 22.51.14

 

Capture d’écran 2016-03-01 à 14.42.42

 

 

 

 

 

08C57E21-F13A-4F44-9584-FF9FEEB43736_w640_r1_sCapture d’écran 2016-02-23 à 00.25.51
Capture d’écran 2016-02-24 à 16.31.16Capture d’écran 2015-12-26 à 01.05.23
Capture d’écran 2016-02-12 à 22.31.30Capture d’écran 2016-02-12 à 22.32.25
Capture d’écran 2016-02-12 à 22.30.38Capture d’écran 2016-02-12 à 22.35.00
Capture d’écran 2016-02-12 à 22.36.05Capture d’écran 2016-02-12 à 22.36.38
Capture d’écran 2016-02-12 à 22.37.09Capture d’écran 2016-02-12 à 22.37.54
images (1)images (3)
images (8)images

 

Capture d’écran 2016-02-12 à 22.32.56
10447083_1489488768027645_9109494994024806416_n (1)11401368_1612630292319068_4363099198270131301_n (1)11902235_1635897159992381_366480859675158403_n632CB82B-558A-4F30-840A-6FEE6E8DFEBC_mw1024_mh1024_s
Capture d’écran 2016-02-21 à 22.57.10

 

ÜMUMİ  MƏLUMAT. Hesabatın hazırlanmasında məqsəd Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti Mahir İslam oğlu Abdullayevin 2003- cü il oktyabr ayının 13- də naməlum şəkildə oğurlanması, bu prosesin həyata keçirilmə vəziyyəti, mexanizmi, onu doğuran səbəbləri araşdırmaq, eyni zamanda, baş vermiş cinayət işini təhqiqatını aparan Hüquq Mühafizə Orqanlarının  indiyə qədər bu və ya digər səbəblərdən ortaya çıxarmadığı bir cox məqamlara aydınlıq gətirməkdir.

GİRİŞ. Hesabatın hazırlanmasında 2003- cü ildən indiyə qədər Mahir Abdullayevlə bağlı onun yaxınları, ailə üzvləri tərəfindən müxtəlif dövlət orqanlarına edilmiş müraciətlər, toplanmış dəlil- sübutlardan, şahid ifadələrindən, istintaq materiallarından, eləcə də itkin düşmış qardaşının geri qaytarılması müqabilində ondan pul, rüşvət və digər şeylər tələb edən şəxslərlə bağlı Elşad Abdullayev tərəfindən lentə alınmış çoxsaylı gizli video, audio çəkilişlərdən və s.- dən istifadə olunub.

Hesabat sənədini hazırlayan İctimai Təhqiqat Komissiyası (İTQ) Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən yaradılıb. İTQ- nin məqsədi cinayət işini araşdıran hüquq mühafizə orqanlarından fərqli olaraq bu istiqamətdə obyektiv ictimai tədqiqat aparıb bütün bəşəriyyətin lənətlədiyi və qınadığı ən ağır cinayətlərdən olan adam oğurluğu cinayəti ilə bağlı bir sıra faktları ortaya qoymaq və onlara aydınlıq gətirmək, ictimai diqqəti problemə yönəltmək, Mahir Abdullayevin taleyi ilə bağlı qeyri- müəyyənliyi aradan qaldırmaqdır.

         Capture d’écran 2015-11-12 à 11.59.15

Mahir məlumat . MAHİR  ABDULLAYEV  KİM  OLUB ? Mahir İslam oğlu Abdullayev 1962- ci ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olub. 1984- cü ildə Azərbaycan Pedoqoji İnstitunu, 2001- ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini məzunu olmuşdu. O, sıravi müəllimlik vəzifəsindən professor elmi dərəcəsinə, eləcə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliyinin mayoru rütbəsinə qədər yüksəlib. Mahir Abdullayev vətəninə, millətinə, dövlətinə sadiq, sadə ömür yolu sürüb. Fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Azərbaycan tarixi” kafedrasında çalışmış, dövrü mətbuatda 100-ə yaxın elmi yazısı  və 7 kitabı dərc olunub. “Beynəlxalq həyat” jurnalının təsisçi-redaktoru və rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində  onlarla  məqalələri  dərc   olunub. Ölkə həyatının ictimai-siyasi həyatında aktiv iştirak edib, üzvü olduğu Yeni Azərbaycan Partiyasının Binəqədi rayonunda ilk özək təşkilatının sədri, YAP- ın 1-ci və 2-ci Qurultaylarının nümayəndəsi olub. Aktiv və nümunəvi ictimai- siyasi fəaliyyətinə görə YAP- ın Fəxri Fərmanı ilə təltif olunub.

 Ziyalı ailəsində doğulan, ziyalı həyatı sürən, peşə fəaliyyətinə sadiq olan, kimsə ilə ədavəti və düşmənçiliyi olmayan, fəaliyyəti dövründə məhkumluq həyatı yaşamayan,ailəli, 2 övlad atası  Mahir Abdullayev 2003- cü ilin 13 oktyabr tarixində dövlətin gücündən istifadə edən cinayətkar şəbəkə tərəfndən gözlənilməz şəkildə oğurlanır. Təəssüflə qeyd etmək lazımdır ki, həmin hadisədən 10 il keçməsinə baxmayaraq və ailə üzvülərinin əlindən gələni etməsinə baxmayaraq Mahir Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib.

Ötən müddət ərzində bu istiqamətdə müxtəlif dövlət orqanlarına onun yaxınları, xüsusən, qardaşı Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq professor Elşad Abdullayev tərəfindən çox saylı müraciətlər,  yüzlərlə  şəkayətlər  edilsə də müsbət nəticə əldə olunmayıb.

Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi qaldırılsa da və Prezidentin göstərişi  ilə 2012-ci ilin oktyabr 4-də Azərbaycan Respublikası Baş Prokurorlugu yanında Elmar Camalovun rəhbərliyiilə Müstəqil İstintaq Komissiyası (MİK) yaradılmasına  baxmayaraq onun tapılması və cinayətkarların aşkarlanıb cəzalandırılması ilə bağlı hər hansı nəticə əldə etmək mümkün olmayıb.

Mahir Abdullayevin oğurlanması ilə bağlı 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin adam oğurluğu ilə bağlı cinayət işi açılsa da sonradan bu maddə CM- nin 120-ci maddəsinə,  adam öldürmə maddəsinə tövsiv edilib. İndiyə qədər bu cinyət işi ilə bağlı 12 müstəntiq və 20  yaxın  üzvü  olan  MİK  işə cəlb olunsa da konkret olaraq heç kim həbs edilməyib, hətta şübhəli şəxs qismində belə istintağa cəlb olunmayıb.

  1. Milli Təhlükəsizlik Nazirliyində (MTN)  OLAN  YÜZLƏRLƏ VİCDANLI  ƏMƏKDAŞDAN  BİRİNİ  YOX,  NƏYƏ GÖRƏ,  MƏHZ, MAHİR ABDULLAYEVİN OGURLANMASINDA GÜNAHKAR BİLİNƏN PREZİDENTİN 17 OKTYABR 2015 İL TARİXLİ XÜSUSİ SƏRƏNCAMI İLƏ ADAM OGURLUGUNA, OGURLUQ VƏ SOYGUNÇULUGA GÖRƏ HƏBS OLUNAN AKİF ÇOVDAROVUN CİNAYƏT ORTAGI  MTN POLKOVNİK LEYTENANT  RƏSUL  RƏSULOVUN  MÜSTƏQİİSTİNTAQ  KOMİSSİYASININ  TƏRKİBİNƏ  SALINMASI   HAZIRA QƏDƏR BAŞA DÜŞÜLƏN  DEYİLDİ…!?

MTN-də olan yüzlərlə vicdanlı əməkdaşdan birini yox nəyə görə məhz  polkovnik-leytenant  Rəsul Rəsulovun Müstəqil İstinatq Komissiyasının tərkibinə salınması başa düşülən deyildi. Bu həmin Rəsul Rəsulov idi ki, 2009-cu ilin fevral-mart aylarında  zərərçəkmiş  Elşad  Abdullayevin iş otağında ondan  videoçəkilişləri və audio kassetləri protokolla qəbul etmişdi və rəisi Akif Çovdarovla onların araşdırılması ilə “məşğul olmuşdu”. Hər iki MTN –nin vəzifəli şəxsi Mahirin ogurlanması faktını bilə-bilə ört basdır etdikləri ücün cinayət məsuliyyətinə cəlb olumalıdırlar. Hətta, zərərçəkmişin  vəkili  Adil İsmayılovun    vasitəsi ilə MTN-nin polkovnik-leytenant  Rəsul Rəsulovun cinayətləri haqqında Müstəqil İstintaq Komissiyasına müraciət edildi  və onun MİK-in işində iştirak etməsinə etiraz olundu.

Belə ki, MTN-nin  digər əməkdaşı,  kapitan  Rəsul  Rəsulov   (tel.051-250-64-24)  hələ

1.1.-28.02.2009-cu  il  tarixdə  Rövşanə  Əliyevanın  görüntüləri ( 24.03.2005-ci il tarix  saat  20.30  radələrində  Arzu  Firudin  oğlu  Kazımov  barəsində)  əks  olunan video- diski ­­;

-28.02.2009-cu  il  tarixdə  Zaur  Arzu  oğlu  Kazımovun  görüntüləri (Arzu  Firudin  oğlu  Kazımovun  oğlu)  əks  olunan  video-diski ;

1.2.-25.02.2009-cu  il  tarixdə  Rğvşanə  Əliyevanın  görüntüləri  (12.05.2005-ci  il  tarixdə  saat  20.23  radələrində  Arzu  Firudin  oğlu  Kazımov  barəsində)  əks  olunan  video-diski və

1.3.-02.03.2009-cu  il  tarixdə  Nərimanov  Rayon  Məhkəməsinin  sədri  Hacı  Ağababa  Babayevin  danışıq  səsini  (1.05.07.2007.,2.07.07.2007.,08.07.2007.,09.07.2007ci  il  tarixlərdə  Daxili  İşlər  Naziri  Ramil  Usubovun  və  müavini  Vilayət  Eyvazovun  hakim  Hacı  Ağababa  Babayevdən  Mahirə  sanksiya  verməsi  üçün  təyzik  edilməsi  haqqında)  maqnitofon  kassetlərinizərər  çəkmiş  Abdullayev  Elşad  İslam  oğlundan  rəsmi  şəkildə  təhfil  almasına  baxmayaraq  Azərbaycan  Respublikası  Prezidentinin  göstərişinə  əsasən  Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  nəzdində   Mahir  İslam  oğlu  Abdullayevinoğurlanması  ilə  bağlı  Müstəqil  Əməliyyat  İstintaq  qrupunun  yaradılmasına  qədər  heç  bir  tədbir  görülməmişdir.

Qeyd  etmək  lazımdır  ki, Azərbaycan Respublkası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı polkovnik-leytenant  Rəsul Rəsulova videodisklərin   Elşad  Abdullayev  tərəfindən  təqdim olunmasını əks etdirən videogöüntülərdən bir fraqmenti  13 mart 2013 il tarixində AR Prezidenti İlham Əliyevə və surəti KİV-lərə göndərilmişdir.

Bundan  əlavə,  Mahir  İslam  oğlu  Abdullayevin  hüquqlarının  Müdafiə  Komitəsinin  İçtimai  Təhqiqat  Qrupunun  apardığı  araşdırmalara  əsasən  məlum  olmuşdur  ki,  Mahir  Abdullayevin  oğurlanmasını  və  qanunsuz  olaraq  saxlanılmasını  subut  edən  video-disklər  və  audio-disklər  Abdullayev  Elşad  İslam  oğlu  tərəfindən  tək  polkovnik-leytenant   Rəsul  Rəsulova  verilməmişdir.  Eləcədə  04.03.2009-cu  il  tarixdə    zərərçəkmiş  şəxs  Abdullayev  Elşad  İslam  oğlu tərəfindən   8  ədəd  video-disk  və  2  ədəd  audio-disk  MTN-nin  zabiti   kapitan  Kamal  Rəsulzadəyə  təhfil  verilmişdir.

2.MAHİR  ABDULLAYEV  OĞURLANANA  QƏDƏR…

Mahir Abdullayev oğurlandığı günə qədər Azərbaycan Beynəlxalq Universitetində və Milli Təhlükəsizlik Nazırliyinin Akademiyasında müəllim işləyib, MTN-nin zabiti olub. Onun iş yerində yoldaşları ilə hər hansı konflikti olmayıb.  Oğurlanmamışdan  öncə, son vaxtlarda MTN-nin  zabiti Akif Çovdarov, Qulu  Cəfərov (Akif Çovdarovun qohumu və işçisi)  və Sənan  İbrahimovla (MTN-in l müavini general Hilal Əsədovun qohumu və işçisi) . Hər  ikisi  Mahirin tələbə  yoldaşı   olub. Onun 1 şəxslərlə ilə sıx əlaqələri və iş birliyi, tez-tez görüşləri və təmasları olub. Hətta, Elşad Abdullayev  qardaşının oğurlandığı vaxtdan, az öncə, onun Akif Çovdarovla birlikdə Rusiyanın Sverdlovski  Vilayətinin  Verxoturye  şəhərində taxta-şalban biznesi ilə bağlı səfərlərinə dair bir cox foto şəkil əldə edib və onu KİV-də və social şəbəkələrdə ictimailəşdirib.

Mahir Abdullayev, eyni zamanda, tanınmış müğənni Mətanət İsgəndərli ilə yaxın münasibətlərdə olub. Tez-tez görüşləri və müxtəlif bölgələrə birgə səfərləri olub. Hətta, bu münasibətlər o səviyyəyə qədər qalxıb ki, Mətanət İsgəndərlinin 2003-cü ilin ortalarında Rusiyanın Sverdlovski şəhərində keçirilən görüşünün əsas təşkilatçılarından biri də adam ogurluguna görə həbs olunan Akif Çovdarov olub.

Mahir Abdullayevin hakimiyyətdaxili müəyyən vəzifəli şəxslərlə də çox yaxın münasibətləri olub. Hətta bu münasibətlər və hakimiyyətin özündə ona münasibət o səviyyədə olub ki, Prezidentin 2003- cü il seçki qabağı görüşlərinin birinin əsas təşkilatçılıq işi də ona etibar edilib və epizodların birində onun dövlət başçısının özü, yaxın ətrafı və təhlükəsizlik əməkdaşları ilə bir kadrda fotosu var. Xatırladaq ki, M. Abdullayev 2003- cü ildə dövlət başçısının respublika stadionunda seçki öncəsi keçiriləcək görüşündə iştirak etmək üçün evdən çıxmış və həmin gün dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar şəbəkə tərəfindən oğurlanmışdır.

2.1.MAHİR  ABDULLAYEV  NECƏ  OĞURLANIB ?

Yuxarıda qeyd olunduğu kimi Mahir İslam oğlu Abdullayev 2003-cü ildə dövlət başçısının respublika stadionunda seçki ilə bağlı keçiriləcək görüşdə iştirak etmək üçün səhər saatlarında evdən çıxmış və mütəşəkkil cinayətkar şəbəkə tərəfindən oğurlanmışdır. Onun oğurlandığı gün və ondan əvvəlki günlərdə sürəkli əlaqədə və təmasda olduğu şəxslər var. Həmin şəxslər arasında əsas simalardan biri müğənni Mətanət İsgəndərlidir.

Aparılan araşdırmalardan, toplanmış sənədlərdən və MTN-yi tərəfindən aşkara çıxarılmış anten telefon siqnallarından məlum olur ki,  oğurlandığı gün Mahir Abdullayev sürəkli mügənni Mətanət İsgəndərli ilə danışıb. O, müğənni ilə oğurlandığı gün deyil, ondan öncəki günlərdə sürəkli və davamlı şəkildə telefon danışıqları olub.

2003-cü ilin 13 oktyabr günü sabiq prorektorun hərəkət trayektoriyasını əks etdirən hazırlanan sxemdə maraqlı faktlar var. Sözü gedən sxemi və bununla bağlı sənədləri Elşad Abdullayev Mahir Abdullayevin oğurlanması üzrə istintaq yeni başlayarkən əldə edib və sənədləri ona MTN-nin əməkdaşları 2003-cü ildə noyabrın sonlarında verib. Sənədi ötürən MTN-nin əməkdaşları sonradan istintaqa ifadə verərək faktı – yəni sözügedən sənədləri hüquq professor Elşad Adbullayevə verdiklərini təsdiq ediblər.

Bu sxem əsasında hazırlanmış sənəd Mahir Abdullayevin oğurlanmazdan öncə müğənni Mətanət İsgəndərlinin evində olmasını bird aha təsdiq edir. Yada salaq ki, keçmiş ABU rektoru hüquq professor Elşad Abdullayev bir neçə dəfə MTN əməkdaşı olan qardaşı Mahir Abdullayevin oğurlandığı gün zorən 6 saat müddətində müğənni Mətanət İsgəndərlinin evində olduğunu bildirib.

Yeri gəlmişkən qeyd edək ki, bir çox şahidlər və bu prosesdən məlumatalı olan insanlar da Mahir Abdullayevin mügənni Mətanət İsgəndərlinin evindən oğurlandığını təsdiq ediblər, cinayətin baş vermə məkanı mügənni Mətanət İsgəndərlinin evi olubdu. Mahir Abdullayev Mətanət İsgəndərli ilə oğurlanandan bir neçə il öncə tanış olub. Onların arasında yaxın münasibətlər Mahir Abdullayev oğurlanan günə qədər davam edib. Elşad Abdullayev bildirib ki, qardaşından külli miqdarda pul tələb edən şəxslər onun faktiki olaraq girov götürülməsi üçün Mətanət İsgəndərlidən istifadə edib və müğənni də bu prosesdə bilərəkdən iştirak edib.

Aparılan təhqiqatlar və Mahir Abdullayevin ailə üzvləri təsdiq edirlər ki, 2003-cü il oktyabrın 13-də səhər saatlarında Mahir Abdullayev müğənni Mətanət İsgəndərlinin evinə çağırılıb. Müğənninin evində təxminən zorla 6 saat həbsdə qalandan sonra Mahir Mətanət İsgəndərlinin qızı və oglu, yaxın qohumları və onunla işləyən şəxslərlə bərabər Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Həmin ərəfəflərdə ogurlugun təşkilatcısı KQB-in l müavini Hilal Əsədov Bak Şəhər Baş Polis İdarəsində Mütəşəkkil Cinayətkarlga qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıbdı. Lakin,  məlum  olmayan  səbəblərdən  onlardan aralanaraq Mahir  bir  başa  Daxili İşlər Nazirliyinin Baş   Mütəşəkkil  Cinayətkarlığa  Qarşı  Mübarizə  İdarəsinə  gətirilib. Bir neçə saat sonra müğənninin qohumları və işçiləri BŞBPİ-dən buraxılsalar da Mahir Abdullayev 22 gün BMCQMİ-də saxlanıb. Daha sonar, o, MTN-in istintaq təcridxanasına köçürülüb. Bundan sonra isə Mahir Abdullayevdən heç bir xəbər almaq mümkün olmayıb.

ElşadAbdullayevlə  aparılan  söhbətlər  zamanı  o  da  məlum  olmuşdur  ki,   Mahir Abdullayev oğurlanan gün Mətanət İsgəndərlinin evinə israrlı və davamlı telefon zənglərindən sonra aldadılaraq gətirilibdi. Bu səbəbdən, o, qardaşının oğurlanacağından müğənni Mətanət İsgəndərlinin öncədən xəbərdar olduğunu bildirmişdir.

2.2. MTN  ZABİTİ  AKİF  ÇOVDAROVUN  QOHUMUNUN  MAHİR  ABDULLAYEVLƏ  BORC  MƏSƏLƏSİ…

 

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-29-%d0%b2-1-00-11

 

Capture d’écran 2015-11-22 à 03.19.22Capture d’écran 2015-10-29 à 17.48.18

Capture d’écran 2015-10-27 à 16.25.32

141836971411

Capture d’écran 2015-12-17 à 14.44.21

collage

téléchargement

13239923_1563559900610569_7302023046943046799_n

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-12-12-%d0%b2-13-35-48

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-11-27-%d0%b2-21-02-53

 

Capture d’écran 2016-02-21 à 22.59.29

 

elshadialaüprof@gmail.com

27 yanvar 2016

ardı var …