Print Friendly, PDF & Email

 

 

 

 

 

632CB82B-558A-4F30-840A-6FEE6E8DFEBC_mw1024_mh1024_s

 

 

 

 

 

 

 

 

 

 

Daha ətraflıbax: Əvvəli 1-ci hissədə…

 2.2.MTN  ZABİTİ  AKİF  ÇOVDAROVUN  QOHUMU QULU CƏFƏROVNUN  MAHİR  ABDULLAYEVLƏ  BORC  MƏSƏLƏSİ

Mahir Abdullayevin oğurlanmasında diqqət çəkən xeyli məqam var. Bu məqamlardan biri bilavasitə  onun oğurlanmasına görə, MTN-in generalı Akif Çovdarovu ittiham etməsi ilə əlaqədardır.

Sözügedən sənəd Bakı şəhəri, Binəqədi rayon sakini Qulu Əli oğlu Cəfərovun izahatıdır. Bu izahat Mahir Abdullayevin Qulu Cəfərova borc pul verməsi barəsindədir. İzahatdan aydın olur ki, Qulu Cəfərov iş adamıdır və o, Rusiyanın Sverdlovsk vilayətindən cinayət ortagı KQB generalı Akif Çovdarovun taxta-şalbanını gətirib satmaqla məşğuldur.

Qulu Cəfərov həmin izahatında yazır: “Yazıb bildirirəm ki, mən 72 min  beş yüz dollar pul  almışam. Sverdlovsk diyarından taxta gətirərkın məbləğ 120 min dollar olmuşdu.  Hal-hazırda Abdullayevə Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram.  Narazılıq etmirəm. Halal pulunu qaytarıram”. İzahatdan aydın olur ki, bu sənəd 2002-ci ilin oktyabr ayında tərtib edilib. Hazıra qədərdə ödənilməyibdi.

Göründüyü ki, Mahir Abdullayevlə Qulu Cəfərov arasında borc pul söhbəti olub. Qulu Cəfərov borcun bir hissəsini ödədiyini, lakin Mahir Abdullayevə 300 min dollar məbləğındə borcunun qaldığını bildirir.

Burada bir maraqlı məqama diqqət yetirmək lazim gəlir. İş burasındadır ki, belə bir izahatın mövcud olması Mahirin oğurlanmasında iştirakına görə MTN generalı Akif Çovdarovun ittiham edilməsinin təsadüfi olmadığını göstərir. Başqa sözlə, bu izahat Mahirin oğurlanan vaxta qədər general Akif Çovdarovla münasibətləri, onların Sverdlovskda bir yerdə olması, sonradan MTN generalının Mahir Abdullayevi təhdid etməsi və digər məsələlər heç də fantaziya məhsulu deyil.

Gəlin, sabiq rektorun ittihamlarına diqqət yetirək. Əvvəlcə onu da qeyd edək ki, Elşad Abdullayev bu ittihamları sadəcə səsləndirməklə kifayətlənməyib. O, eyni zamanda MTN generalı Akif Çovdarovun ünvanına səsləndirdiyi ittihamlara fotoşəkillər də əlavə edib. Hansı ki, bu fotolarda oğurlanan və taleyindən bu günə qədər məlumat olmayan Mahir Abdullayevla MTN-də hazırda mühüm post tutan general Akif Çovdarovla birlikdə görünür. ABU-nun sabiq rektoru Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən Rusiya Federasiyasının Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpəgöz” kimi tanınan və hazırda isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (KQB) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur: “Yalnız, bir ovuc dövlət quldurunun oyuncaq rejimlərində belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, ogru dünyasında “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında ali vəzifə tuta bilər, bunu bir huquqşünas kimi başa düşmək olmur. Bu isə dövlətçiliyin hüquqi böhran vəziyyətində olduğunu bir daha müəyyən edir”.

Elşad Abdullayevin bildirib ki, Akif Covdarov Mahiri oğurlamağa bir necə dəfə cəhd edib: “İlk dəfə olaraq 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikdirərək Rusiya Federasiyasının Sverdlovski Vilayətinə gətizdirib. Akif Çovdarov Mahirə Sverdlovskdakı taxta-şalban zavodunu təklif edir. İkinci dəfə Akif Çovdarovun işcisi, mügənni Mətanət İsgəndərli Rusiya Federasiyasının Sverdlovsk şəhərində konsert vermək adı ilə Mahiri ora dəvət edir. Həmin ərəfədə banda istəyib ki, Mahiri orada saxlasınlar”.

Elşad Abdullayevin mətbuatda dərc etdirdiyi fotolardan aydın olur ki, Mahir Abdullayev ilə Akif Covdarov bir- birilərini yaxından tanıyıblar. Onlar hətta Sverdlovskda «Sobol» otelinin qarşısında birgə şəkil də çəkdiriblər. Bu fotolardan birində Akif Çovdarov, Mahir Abdullayev və Qəbələli Namiq əks olunub. Bu məqamla bağlı Elşad Abdullayev bildirib ki, ilk vaxtlar bu fotoda qeyd olunan Akif Çovdarov və Namiq Qəbələli Mahirlə birlikdə Rusiyada olmalarını danıb: “Akif Çovdarov Mahiri tanımadığını söylədi, lakin foto-faktlar və video-faktlar əksini təsdiq edir. Onlar və mügənni Mətanət İsgəndərli komandası ilə birlikdə qeyd olunan oteldə birlikdə yaşayıblar. Akif Çovdarov həmin dövrlərdə Bakı şəhəri , Binəqədi rayonunun kecmiş polis rəisi, rəhmətlik əslən Kəlbəcərli Ələmdar Tağıyevin adı ilə Rusiyada yaşayıbdır, Bakıya ölmüş adamın pasportu ilə gəlib-gedib.

Foto-faktlar təsdiq edir ki, o, Sverdlovsk vilayətində milyyonlarla dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olub, bütün Azərbaycanı taxta-şalbanla təmin edib və digər biznes əməliyyatları ilə məşğuldur, hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə kommersiya fəaliyyətlə məşğul olmağı qadağan edir.  Daha sonar, Elşad Abdullayev digər fotolar barədə danışıb. O, qeyd edib ki, həmin fotolarda  Mahir və Akif Covdarov Verxuturye şəhərinin Kilsə meydanında Rusiyanın dövlət rəmzi qarşısında birgə foto çəkdirib. Başqa bir foto isə Akif Covdarovun taxta-şalban zavodunda çəkilib.

Fotolardan birində Mahir Abdullayevin qoltuğunda qovluq var. Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin qoltuğunda sənədlər Akif Çovdarovun taxta-şalban zavodunun Mahirə satılması haqqındadır: “Həmin sənədlərə görə, Mahir Akif Çovdarova küllü miqdarda pul ödəyibdir. Mahir Sverdlovsk vilayətində olanda Moskvada “KQB”-də çalışan dostu Nicat Sverdlovski vilayətinin FKİ- nin əməkdaşlarından xahiş edir ki, Mahirə yardım etsinlər, onlar da gəlib yardım edirlər. Buna görə də Akif Çovdarov RF FKİ-in əməkdaşlarından çəkindiyi ücün Mahiri Sverdlovsk vilayətində oğurlaya bilmir”.

Elşad Abdullayev son açıqlamasında bizim yuxarıda söhbət açdığımız izahat barədə də danışıb. O, həmin izahat barədə bunları deyib: “Akif Çovdarovun qohumu və yerlisi Qulu Cəfərovun əl yazmasına görə, onların Mahirə  300 min ABŞ dolları borcları vardır. Mahir Akif Çovdarovla Qulu Çəfərovun vasitəsi ilə tanış olmuşdur. Gürcüstanlı Qulu Cəfərov Akif Çovdarovun həm yerlisi, həm qohumu, həm də biznes və cinayət ortağıdır.

 

Bundan sonra, Akif Çovdarov Bakı şəhərində bir necə dəfə də Mahiri oğurlamağa cəhd edir. Oğurluq planına görə cinayətin “nakolşiki” MTN-in l müavini Hilal Əsədovun yaxın qohumu özünü KQB-in polkovniki kimi təqdim edən Sənan İbrahimov hər gün dalbadal 5 dəfə səhər tezdən Mahirin Binəqədi rayonunda yerləşən Sevinc kafesinə saat 08-09 radələrində gəlir. Oğurluq günüdə , o, sübh çağı diqqəti özündən yayındırmaq məqsədi ilə “Sevinc” kafesində oturub, halbuki, cox yaxşı bilirdi ki, kafe saat 18:00-dan işləyir, həmin vaxt mühafizəçidən başqa heç kim kafedə olmur.

Şahidlərin təsdiqinə görə, Mahir oğurlanana qədər Akif Çovdarov bir neçə nəfərlə  Azərbaycan Beynəlxalq Universitetində Mahirin iş otağında sarı qış dəri poltosunda “razborkada” olmuşdur. O, Mahiri “Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı məqaləsi ilə təhdid edib 2 milyon pul tələb etmişdir.

Akif Çovdarovun müğənni Mətanət İsgəndərlinin əli ilə Mahiri Rusiyanın Sverdlovsk vilayətinə aldadıb gətirib, orada saxlamaq niyyəti baş tutmayanda yenə də mügənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 il tarixində Bakı şəhəri Nizami küçüsi 4, mənzil 8-də səhər saat 10-00 və 16:20 radələrində şəxsən ‘’paqonlu’’ bandasının əli ilə oğurlatmışdır”.

Elşad Abdullayev qeyd edir ki, Akif Çovdarov əsas cinayətkarı gizlətmək və sabiq rektoru susdurmaq ücün coxsaylı bir sıra kriminal KİV-n təzyiqindən, Sədinin adından telefon təhdidlərindən, fırıldaqçı falçı-baxıcılardan, paqonlu əcinnələrin kriminal təzyiq tədbirlərindən bacarıqla ogru qaydalarından istifadə edib: ”Başlıca təzyiqlərindən biri də MTN-in ATM-in rəhbəri işləyən zaman PİA-nin müdiri Ramiz Mehdiyevin yaxın qohumu KQB polkovniki Fikrət Əliyevi MTN naziri Eldar Mahmudovun imzası ilə ‘’Təqdimatı’’ əsasında Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edir/ O, Azərbaycan Beynəlxalq Universitetini ələ kecirmək məqsədi ilə daxildən inzibati-amirlik metodları ilə dağıtdı. Azərbaycan Konstitusiyası ilə vətəndaşını qorumağa borclu olan MTN-in şanlı əməkdaşı Akif Çovdarov vətəndaşına qarşı dövlət terrorunu həyata kecirirdi.

Xatırlatmaq istəyirəm ki, bu HESABAT 19 avqust 2013 il tarixində . Lakin, yaxşı deyirlər sirkə nə qədər tünd olarsa öz qabını catladar. AR—in Prezidenti İlham Əliyevin 17 oktyabr 2015 il tariixli ‘’MTN işi’’ haqqında Xüsusi Sərəncamı ilə adam ogurluguna, quldurluq və soygunçuluga görə MTN generalıAkif Çovdarov və onun bandası həbs olundu. Ancaq, MTN işi haqqında yaradılan AR-sı Baş Prokurorunun l müavini Rüstəm Usubovun rəhbərliyi iləyaradılan İstintaq Komissiyası Prezidentin sərəncamından 4 aydan cox kecməsinə baxmayaraq Mahir Abdullayevin ogurlanması cinayətinin üstünü ört-basdır etməklə məşguldur.

Elşad Abdullayev 17 dekabr 2015 il tarixində avropaninsesi.com saytında Qulu Cəfərovun Mahir Abdullayevdən borc alması izahatının daha geniş mahiyyətini “ MTN ‘’SUSSURLUGU’’-85: Akif Çovdarovun Mahirə 300 min borcu olduguna görə ogurladıbdır …Qulu Cəfərov kimdir?-foto ’’.

Daha ətraflı bax:

http://avropaninsesi.org/mtn-sussurlugu-85-h%C9%99bs-olunan-mtn-generali-akif-covdarovun-mahir%C9%99-300-min-borcu-olduguna-gor%C9%99-ogurladibdir-qulu-c%C9%99f%C9%99rov-kimdir-foto/

ardı var …

 

 

 

 

Ulduz, Paris, 28 yanvar 2016

info@avropaninsesi.com