Print Friendly, PDF & Email

 

 

 

 https://youtu.be/XN8DnneQi74

 

 

 

 

 

Almaniyada siyasi mühacir olan ailələr Facebook sosial səbəkəsidə Azərbaycan hökumətini və növbədənkənar Prezident  seckini tənqid ediblər. Söhbət Kalkan Mətanət xanım(5 usaq anasi) və Halilova Amina xanımdan (3 usaq anasi) gedir. Tənqidi fikirlərinə görə onlardan hec bir əsas olmadan qisas almaq məqsədi ilə axtaris elan olunub. Qeyd edək ki, bu xanimlarin gohumlarin evinə bir neçə mülki geyimli polis gəlib ve bu xanimlarin axtarisa elan olundugunu bildiriblar.

Kalkan Metanet və Halilova Amina xanım Avropaninsesi.com saytının redaksiyasına müraciət ediblar, onlar son illər ölkədə müstəqil və müxalif fikirli insanlara təzyiqlər olduğunu, qanunsuz həbslər aparıldığını bildirərək, buna son qoyulmasını tələb ediblər…!

Rəsmi qurumlar bu xanimlarin axtaris səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyib.

Mühacirətdə olan  siyasi fəallara qarşı edilən repressiya dalğası, indi də Kalkan Mətanət xanıma (5 uşaq anasi) və Xəlilova Əminə xanıma  (3 uşaq anasi) qarşı da yönəlib. 

Xatırladaq ki, sosial şəbəkələrdəki səhifələrində Azərbaycan iqtidarını tənqid eden mühacirlərə qarşı  təzyiqlər olmuşdu.

Sonuncu belə hal hazırda Niderlandda yaşayan videobloger Orduxan Teymurxanın ailəsində yaşanıb. Onun yeznəsi Məhəbbət Əliyev, eləcə də bacıları blogerdən imtina etsələr də, övladları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada həbs edilib.

Fransada yaşayan Məhəmməd Mirzəlinin ailə üzvləri də təzyiqə məruz qaldıqlarını deyiblər. Onun da yeznəsi həbs edilib. Ondan əvvəl isə atası saxlanılmışdı.

Meydan TV-nin direktoru Emin Milli, yazar Günel Mövlud və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları, jurnalist Sevinc Osmanqızının bacısı da vaxtilə təzyiqlərə məruz qalıb.

Prezident İlham Əliyev isə o fikirdədir ki, hansısa insana pis yanaşmaq olar, onunla rəqabət aparmaq olar, amma məsələyə ailə üzvlərini qarışdıranda, bu, həmin insanların hansı mənəvi dəyərlərə malik olduğunu göstərir!?

Bu barədə fikirlər rejissor Vaqif Mustafayevin sabiq prezident Heydər Əliyev haqda çəkdiyi sənədli filmdə yer alıb.

İlham Əliyev 15 ildir Azərbaycanın prezidentidir. Lakin, Beynəlxalq Təşkilatlar onun hakimiyyəti dövründə tənqidi səslərin boğulduğunu, şəxslərin və yaxınlarının siyasi təqiblərə məruz qaldığını bildirir.