Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Mühacirətə hazırlaşan ziyalının harayı: “Xaincə öldürülən xəyalımdan gedirəm!”

Azərbaycan ictimaiyyəti ölkəmizdən xaricə qaçan mühacirlərin hakimiyyətə qarşı qeyri-ənənəvi mübarizəsini müzakirə etdiyi bir vaxtda haqsızlıq ücbatından qürbətə üz tutanlarımızın da sayı durmadan artır. Özü də “hicrət”ə gedənlər sadəcə bir tikə çörəyə möhtac olanlar da deyil. Hakimiyyət pilləsində yer tutan, az-çox qazanmaq imkanı olan vətəndaşlar da, intellektual gücüylə millətə yol göstərməyə çalışan ziyalılarımız da qarşılaşdıqları haqsızlıqdan, ictimai problemlərin nə zamansa həllinə olan inamsızlıqlarından vətəndən qaçmaq hazırlığındadır.

Redaksiyamız məktub göndərən vətəndaşlarımızdan biri də belələrindəndir. Yazdığına görə, az-çox iş imkanları olmsına baxmayaraq, ölkədəki ədalətsizlikləri görə-görə yaşaya bilmir. Artıq o da mühacirət haqqında düşünür. Hətta bu münasibətlə şeir belə yazıb.

“Mühacir marşı” adlanan şeirin müəllifin iç dünyasının səmimi etirafı olduğunu nəzərə alıb başbilənlərimizi incik saldıqları vətəndaşların düşüncələriylə tanış etmək istəyirik:

 

Mühacir marşı !
 
Qınama ki gedirsən..!
Soy-kökümdən ayrılıb, satılan vətənimdən,
Cansız ümidlərimin sızlayan fəryadından,
Nifrətimə bürünüb, məçuluma gedirəm,
Amma bunu unutma, Şərəfimlə gedirəm!
“Ziyalının”, “alimin”, “şəriətin” şərindən,
 “Buna da şükür” deyən köckünün şəhərindən,
Çeynənən yalanları təkrar-təkrar söyləyən
Sifətlərin aldığı,
Rənglərin çalarına nifrətimdən gedirəm
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Səcdəsiylə aləmin Rəbbinə kələk gələn,
Yalvararaq:
“övladım vəzifəyə düzəlib rüşvət alaydı”, deyən
Möminin Tanrısına duasından gedirəm,
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Haqqı-nahaqqa satan, qaraya ağ tək baxan,
Qorxusundan oğlunun xatirəsini satan,
Bir millətin qaranlıq yarınından gedirəm!
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Palaza bürünməyib ellə sürünməyirsən,
Haram yeyib, adıma sağlıqlar deməyirsən,
Qonşu oğlu Qalibtək, “el pulu” yeməyirsən
Düşünən vəlilərin ikrahından gedirəm!
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Mağazada uşağın əlindən tez-tez vuran,
“Yoxdur!”- söyləməkdən bezib, son pula kəndir alan,
Yazdığı son məktuba düşən göz yaşı qalan,
Yoxsulun mirasının qəhərindən gedirəm,
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Zahidin kəsilməyən hənalı barmağından,
Orucun həp gördüyüm buqəlamun halından,
Zəiflərin obyekti olduğu qanunundan,
Yorğun düşən ruhumun ağrısından gedirəm!
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Gözünü pul bürüyən ruhların cənnətindən,
Satılan ləyaqətin şeytanla xəlvətindən,
Fühuşu bəsləyənin iblisə nifrətindən,
Bezib fəryadlar edən öz cismimdən gedirəm!
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Utanmayan şairlərin yersiz təriflərindən,
“Yeyiblər, toxlar”- deyən xalqın zəlalətindən,
“Bir kişi odur” deyən merin fərasətindən,
Sonunu görmədiyim cəhalətdən gedirəm
Amma bunu unutma, Şərəfimlə gedirəm!
Rüşvətxorun xalq icində yaradılan şanından,
Yetimlərin malı olan məmurun cahalından,
İtirilən dəyərlərin, məzlum-yazıq halından,
Bitmiş ruhla bilmədiyim bir əcələ gedirəm!
Amma bunu unutma, Şərəfimlə gedirəm!

 

Bax:

http://ovqat.com/manset/18607-muhacirt-hazrlaan-ziyalnn-haray-xainc-olduruln-xyalmdan-gedirm.html