Bu gün, avqustun 17-də Fransanın Rene şəhərində bir qrup siyasi mühacir Azərbaycandakı siyasi məhbusların azad olunması tələbilə etiraz aksiyası keçirib.

Bu haqda Hefteaz.info-a tədbirin təşkilatçılarından biri Sarvan Davudoğlu məlumat verib.

Aksiyanın qətnaməsində siyasi məhbusların azad edilməsi, repressiyaların dayandırılması və işgəncələrin durdurulması tələb edilir. Aksiya Fransa mediasında da işıqlandırılıb.

“Əliyev rejiminin Azərbaycanda apardığı avtoritar siyasət, mübarizə aparan insanlara qarşı repressiyalar bu gün Azərbaycan xalqının öz sözünü deməyə imkan vermir. Lakin bu təzyiqlərə baxmayaraq Azərbaycan xalqı diktator rejimə qarşı öz mübarizəsini davam etdirilir. Biz Azərbaycanda demokratik cəmiyyətin qurulacağına və siyasi məhbusların azad olunmasına nail olacağıq!”- deyə, Sarvan Davudoğlu bildirib.

olacağıq!”- deyə, Sarvan Davudoğlu bildirib.

 

 

 

 

Print Friendly, PDF & Email