Print Friendly, PDF & Email

 

 

 

 

 

Bu gün Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin bir qrupu Faransaya səfər ediblər.

Səfər “Cümhuriyyət-100” çərçivəsində həyata keçirilib.

Cümhuriyyətin qurucularından olan Əlmərdan Bəy Topçubaşovun məzarını ziyarət edənlər arasında Müsavat başqanı Arif Hacılı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavinləri Razim Əmiraslanlı, Səxavət Soltanlı, başqan müşaviri Cahangir Əmirxanlını mühacirətdə olan müsavatçılardan ibarət bir qrup müşayət edib.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

Arif Hacılı adlı şəxsin şəkli.

 

 

Qeyd edək ki, Müsavat rəhbərliyi dünən Almaniyanın Frankfurt şəhərində MüsavatAKM-in təşkilatçılığı ilə keçirilən “Cümhuriyyət-100” çərçivəsində möhtəşəm tədbirdə iştirak ediblər.

Proqramda Mayın 24-də Türkiyə paytaxtı Ankarada Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə bayram tədbiri, ADR-in banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının ziyarət edilməsi, Mayın 26-da Tbilsidə bayram tədbiri, ADR-in ilk baş naziri Fətəlixan Xoyskinin məzarının ziyarət edilməsi var.

 

Könül Alı