Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Bakı 11 aprel seçki saxtakarlığına qarşı etiraz mitinqi başlayıb. Mitinqin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyndir.

Mitinq dövlət himninin səslənməsi ilə başlayıb.

AXCP sədrindən sonra Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış edib. O, 11 aprel seçkisinin hakimiyyət üçün uğursuz olduğunu deyib. “İlham Əliyevin təyin etdiyi növbədənkənar seçki oyunu uğursuz başa çatdı. Öz havalarına özləri də oynaya bilmədi…

Bizim mitinqlərimizdə insanların az olduğunu deyirlər. Seçkidə hakimiyyət 50 mindən artıq müşahidəçi qeydə aldırmışdı. Həmin 50 min müşahidəçi 450 nəfər müşahidəçinin qarşısında diz çökməyə məcbur oldu. Çünki dünya 450 beynəlxalq müşahidəçinin vermiş olduğu rəyi qəbul etdi”, – deyə G.Aslanlı bildirib.

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli əsasən aprelin 11-də keçirilmiş prezident seçkilərindən danışıb.

“Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub. Bütün dünya İlham Əlieyvin saxta seçkilər nəticəsində hakimiyyətinin davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracaqları bir iş yoxdur, hamının əvəzini bizdən çıxmaq istəyirlər. Bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artığını etdilər. Hazırda AXCP-nin təşkilat şöbəsinin müdiri Vaqif Qurbanov başda olmaqla 8 nəfər inzibati qaydada həbs olunub, 100-lərlə fəal polis idarələrinə aparılıb, hədələnib. İnsanların bu mitinqə gəlməsini önləməkm üçün hər şey ediblər. Amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər”.

Əli Kərimli seçkiləri boykot edənlərə təşəkkür edib.

Aksiya davam edir. İndiyə qədər AXCP sədri Əli Kərimli, Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı, yazar Zümrüd Yağmur, Vidadi Mirkamil, AXCP gənclər təşkilatının sədri Emil Səlimov, Müsavat Başqanı Arif Hacılı çıxış ediblər.