Nəsimi Polis rəisi  Natiq Ağayev  Zakir Qaralovu   “KPZ” adlanan müvəqqəti saxlanma təcridxanasına salmış və zəng edib Baş Prokuror Murad Babayevə bu barədə məlumat vermişdi – Aslan İsmayılov

1992-ci ildə Nəsimi polisinin rəisi olan Natiq Ağayev (sonralar təqib olunduğuna görə ölkəni tərk etmişdi) Zakir Qaralovu sərxoş vəziyyətdə polis idarəsinə gəlib artıq-əskik danışdığına görə o vaxtlar “KPZ” adlanan müvəqqəti saxlanma təcridxanasına salmış və zəng edib Baş Prokuror Murad Babayevə bu barədə məlumat vermişdi…

 

 

 

 

 

 

“Əziz Həmvətənlərim!

Sizə söz vermişdim ki, rəhmətə gedən valideynlərimi təhqir edənləri müdafiə edib, haqqımı tələb etdiyimə görə məni şərləyib həbs etdirmək istəyən Baş Prokuror Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənim sədri Ramiz Rzayevlə birgə işləmişəm, onları yaxşı tanıyıram və bacardığım qədər Sizə də tanıtdıracam.

İndi isə Sizə hələlik Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov haqqında bildiklərimi çatdırıram. Bunlardan fərqli olaraq şər-böhtan yox, baş vermişləri deyirəm. Burada Sizə çatdırdıqlarımı Prokurorluq sistemində işləyənlərin hamısı yaxşı bilirlər.

1989-cu ildə Baş Prokurorluğa gələndə Zakir Qaralov ümumi nəzarət şöbəsində işləyir, istehsalat, satış sahələrinə nəzarət edir və pul qazanmaqda ad çıxarmışdı. Onun o vaxtlar, səhv etmirəmsə, Yerli Sənaye (o sahədə işləyənlərin əksəriyyəti “sexovik” adlanırdı və əsasən kölgə iqtisadiyyatına rəhbərlik edirdilər) naziri işləyən Əhməd Mustafayevlə yaxın münasibətləri var idi. Əhməd Mustafayev isə sonralar Baş Prokuror olan İsmət Qayıbovla quda idilər. Ayaz Mütəllibovla yaxın münasibəti olan Ə.Mustafayevin İ.Qayıbovun Baş Prokuror olmasında xidməti olmuşdu. İ.Qayıbov Baş Prokuror olan kimi Ə.Mustafayev Z.Qaralovun Nəsimi rayon prokuroru təyin olunmasını xahiş etdi, çünki kölgə iqtisadiyatının əsas dayaqları həmin rayonda cəmləşmişdi. Az sonra rəhmətlik İ.Qayıbov Z.Qaralovu Nəsimi rayon Prokuroru təyin etdi. O vaxtlar prokurorluqda işləyənlərin əksəriyyəti Z.Qaralovun hansı vəkillə prokurorluğu idarə etdiyini gözəl bilirdilər. Məhz buna görə sonralar Baş Prokuror olmuş Murad Babayev prokurorluğun kollegiya iclaslarından birində demişdi: “Obyekti şərikinə işlədənləri bilirdim, Prokurorluğu şərikinə işlədəni isə birinci dəfə eşitdim”.

Təxminən 1991-1992-ci illərdə Z.Qaralovun dostu, o vaxtlar rayon prokuroru işləyən şəxsin (tanıdığımdan adını çəkmirəm) Rəbbani adlı oğlu polis nəfərinə bıçaqla ağır xəsarət yetirmişdi. Nəsimi rayonunda istintaq şöbəsinin rəisi işləyən Cavanşir adlı şəxs həmin cinayət işinin materiallarını istintaq aparılması üçün Nəsimi rayon prokurorluğuna göndərir. Prokurorluqda Benyamin Rüstəmov adlı müstəntiq Z.Qaralovun göstərişi ilə onun katibəsinin çap makinasında məhkəmə tibb ekspertizasının rəyini saxtalaşdırıb, yekun hissəsində “ağır xəsarət” sözünü “yüngül xəsarət” sözü ilə əvəz edib cinayət işinə xitam verirlər. Saxtalaşdırmanı da çox savadsız edirlər, rəyin yekun hissəsini dəyişənlər onun təsviri hissəsində zədənin ətraflı təsviri olduğunu bilmədiyindən orada da saxtakarlıq etməyi unudurlar. AXC hakimiyyəti dövründə Bakı Şəhər Prokuroru təyin edilən Çingiz Qəniyev cinayət işini tələb edib saxtakarlığı sübut edir, yenidən ölümə sui-qəsdlə cinayət işi qaldırır. Bundan başqa cinayət işinin saxtalaşdırılmasında iştirak edən Z.Qaralov prokurorluq orqanlarından xaric edilir, onun və müstəntiq B.Rüstəmov haqqında isə cinayət işi qaldırılır. Baş Prokuror M.Babayev işi tələb edib istintaq aparılmasını o vaxtlar mühüm işlər müstəntiqi işləyən, baş verənləri mənə danışan, şəxsən tanıdığım Samit Əliyevə tapşırır. Sonralar isə hansı səbəbdənsə həmin cinayət işinə xitam verildi və Z.Qaralov az sonra prokurorluğa bərpa olundu.

1992-ci ildə Nəsimi polisinin rəisi olan Natiq Ağayev (sonralar təqib olunduğuna görə ölkəni tərk etmişdi) Zakir Qaralovu sərxoş vəziyyətdə polis idarəsinə gəlib artıq-əskik danışdığına görə o vaxtlar “KPZ” adlanan müvəqqəti saxlanma təcridxanasına salmış və zəng edib Baş Prokuror Murad Babayevə bu barədə məlumat vermişdi…

Artıq mən Prezident Aparatında işləyəndə Z.Qaralov Sabunçu rayon prokuroru olarkən bir neçə dəfə mənə zəng edib Bakıxanovda mənə pulsuz torpaq sahəsi almaq üçün pasportumun sürətini göndərməyimi xahiş etmişdi. Təklifini qəbul etmədiyimdən incimişdi də. İşdən azad olunduqdan sonra Gəncədə prokuror işləyən Z.Qaralov mənə öyüd-nəsihət verərkən aldığı cavabı da çoxları bilir. Həmin vaxtdan bizim münasibətimiz korlandı. 2000-ci ildə Azərbaycan Respublikası Baş Prokuroru təyin edilən Z.Qaralovun ilk imza atdığı sənəd təsisçisi olduğum “Monitor” jurnalının baş redaktoru rəhmətlik Elmar Hüseynov və haqqımda Vergilər Nazirliyinin bir vərəqə məktubu əsasında cinayət işi qaldırdığı qərar olmuşdu. Həmin qərardan sonra E.Hüseynovun və qaynım Şahlar Məmmədovun həbsinə nail oldu.

“Akkord” şirkətinin şəxsən Z.Qaralova məxsus olduğu və Beynəlxalq Bankdan devalvasiyadan öncə 1.3 milyard manat kredit alıb bir qəpik də ödəməməsi barədə isə dəfələrlə mətbuat yazdığından (şərhdə) ona qayıtmaq istəmirəm. Əlavə onu bildirim ki, orada işləyən idarə, şöbə rəisləri həftələrlə, xidməti otağında “Akkord”un problemləri həll olunduğundan Zakir Qaralova konkret işləri məruzə edə bilmirdilər. Görünür bu səbəbdən korrupsiyanın tüğyan etdiyi bir ölkədə Prokurorluq 200-300 manata görə həbs edilən həkim və müəllimlərlə bağlı bəyanat yaymaqla kifayətlənir.

Sizi yormamağım üçün hələlik bu qədər kifayətdir ki, kimin Azərbaycan adlı məmləkətin Baş Prokuroru olduğunu biləsiniz.”

#paylaş

 Aslan İsmayılov, Facebook səhifəsindən

Ulduz, Paris, 23.10.2017

info@avropaninsesi.com

 

 

 

 

 

 

Print Friendly, PDF & Email