İsrailin Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnımüsabiqəsi başa çatıb.

Niderland təmsilçisi yarışmanın qalibi seçilib.

Niderland təmsilçisi Dunkan Lourens “Arcade” mahnısı ilə yarışmanın birincisi olub. O, səsvermə zamanı 492 xal toplayıb.

Yarışmada ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya ifaçısı tutub.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub. Qeyd edək ki, finalda 26 ölkə ifaçısı mübarizə aparıb.

Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

 

 

 

 

 

Print Friendly, PDF & Email