Print Friendly, PDF & Email

Sərdar ƏLİBƏYLİ,ps-nota.com-in Baş redaktoru
“OVUNMAZ, TÜKƏNMƏZ BİR DƏRD İÇİNDƏ …” !!!
“OTURUB AĞLASAM DƏLİ DEYƏLLƏR,
OTURUM KƏDƏRLİ BİR YAZI YAZIM” – DEDİM 
“Femida 007” qəzetinin baş redaktoru  Eyyub Kərimov
ƏYYUB KƏRİMİN ÖLÜM XƏBƏRİ BİTİRDİ MƏNİ.  İÇİM PARAM-PARÇA, ÇÖLÜM DİDİK-DİDİK. QANINA QƏLTAN EDİLƏRƏK, QARANLIQLAR İÇİNDƏ GÖZLƏRDƏN, KÖNÜLLƏRDƏN İRAQ DÜŞMÜŞ KİMSƏSİZ BİR KÜÇƏDƏ, SAHİBSİZ BİR EVDƏ, QANINI YALAYB, HƏYATLA ÖLÜMÜN SINIRINDA, İNİLTİLƏR İÇİNDƏ CAN VERƏN İNSANIN HALIDI HALIM. HAYQIRMAĞA SƏSİM, BAĞIRMAĞA NƏFƏSİM YETMİR, SÜRÜNMƏYƏ DƏ HEYİM YOX, ZATƏN İÇİNDƏ OLDUĞUM QARANLIĞIN, KİMSƏSİZLİYİN, TƏKLİYİN VƏ TƏNHALIĞIN  SONU DA YOXDU, HAYQIRSAM SƏSİMİ, BAĞIRSAM NƏFƏSİMİ, SÜRÜNSƏM İNİLTİMİ KİM EŞİDƏCƏK Kİ?! XƏBƏRİ 
İLK ALDĞIMDA, NƏDƏNSƏ, BU GÜNLƏRDƏ DOSTLARDAN BİRİNƏ “BELƏLƏRİNİN AQİBƏTİ NECƏ OLUR, GÖRÜR VƏ BİLİRSİNİZ” DEYİLMƏSİ VƏ DEYƏNLƏR DÜŞDÜ…
BİLMİRƏM BU DA BİR TƏSADÜFDÜMÜ, YOXSA QANUNAUYĞULUQ,YA DA TALEYİN İRONİYASIDIMI Kİ, BU GÜN HƏM DƏ AZƏRBAYCANDA AZAD SÖZÜN GÜLLƏLƏNDİYİ, AZAD SÖZ SAHİBLƏRİNİN QƏTLİNƏ FƏRMAN VERİLDİYİ, AZADLIĞIN ÖZÜNÜN EDAM OLUNDUĞU – ELMAR HÜSEYNOVUN ÖLÜMÜNƏ HÖKM VERİLƏN VƏ ONUN ÖLDÜRÜLDÜYÜ GÜNDÜ. GÜNÜN ÖZÜ DƏ FACİƏLİ YANĞINLA, AZƏRBAYCAN İNSANLARNININ DİRİGÖZLU, LAQYELİK VƏ BİGANƏLİK CƏHƏNNƏMİNDƏ YANIB, KÜLƏ DÖNMƏ FƏLAKƏTİ İLƏ TARİXƏ DÜŞDÜ.  “ONUN KİMİLƏRİN AQİBƏTİNİ GÖRÜB …”, HƏR AN, HƏR YERDƏ, BU MƏMLƏKƏTİN HƏR ADDIMINDA ÖLÜM MƏLƏYİ İLƏ QOL-BOYUN OLANLARA YAZIQ!!!
Jurnalist ELMAR HÜSEYNOV
NÖVBƏDƏ KİMDİR VƏ YA KİMLƏRDİR SUALININ DÖZÜLMƏZ AĞRISI, ÇƏKİLMƏZ DƏRDİ ÖLDÜRÜR MƏNİ …
“ƏZRAYILA “CAN” DEYİB, FƏLƏKLƏ OYNAYAN” BİR MİLLƏTİN ÖVLADI OLMAQ NƏ YAMAN ÇƏTİN İŞMİŞ, İLAHI …

 

Çingiz Mustafayev ANS TV

Sərdar ƏLİBƏYLİ, Baş redaktor, 13.03.2018

ps-nota.com