Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Növbəti əfv imitasiyası: Prezidentin bu əfv sərəncamı siyasi məhbuslara şamil edilmədi !!!

Nəhayət ki, çoxdan gözlənilən əfv sərəncamı imzalandı. Prezdenti 24 may 2018-ci il tarixli Sərəncamı ilə  ümumilikdə 634 nəfərə şamil olunsa da gözləntilərin əksinə olaraq bu dəfə də siyasi məhbuslar azad olunmadı. Şəxsən mən heç zaman bu əfv sərəncamlarından siyasi məhbuslar üçün nəsə gəzləməmişəm, problemin bu yolla həllinə ümid etməmişəm. Hesab edirəm ki, siyasi məhbuslar qeyd- şərtsiz azad olunmalıdırlar.

Xəbəriniz varmı əvvəlki əfv sərəncamları ilə müqayisədə bu dəfəki sərəncam ifrat formada yalan və imitasiya üzərində quruldu. Hər dəfə seçkiləri saxtalaşdırmaq üçün müəyyən üsüllardan istifadə edən hakimiyyət eyni yanaşmanı siyasi məhbuslarla da bağlı tətbiq etdi. Bilirsinizmi necə?

Adları əfv sərəncamına salınan 12 siyasi məhbusdan 4 nəfərin (Nardaran məhbusları; Qasımov Əliağa, Qurbanov Ələkbər, Cabbarov Hilal və Quliyev Məmmədhənifə- red.) azadlığa çıxmasına cəmi 7 gün qalıb (!?). Təsəvvür edirsinizmi bu nə deməkdir? Heç bir təqsiri olmayan, 2 il 6 aydır şərlənib həbs olunan, 1 həftə sonra azadlığa çıxacaq adamın adını əfv sərəncamına daxil edirlər və adını qoyurlar ki, humanistlik edib səni vaxtından qabaq azadlığa buraxırıq. Adları əfv sərəncamında olan digərlərindən 1 nəfərin azadlığa çıxmasına 4 ay, 1 nəfərin 6 ay, 2 nəfərin isə 8 ay qalıb. 2 şəxs- Elnur Fərəcov və Saday Şəkərli isə ağır xəstə olduqlarına görə onsuz da azadlığa buraxılmalı idi. Bir nəfərlə bağlı isə məlumatlar qeyri- dəqiqdir.

Görürsünüzmü yerli və beynəlxalq ictimaiyyəti necə aldatmağa çalışırlar?

Bu əfv sərəncamı nəinki Azərbaycanda siyasi məhbus probleminin həlli yönümündə hansısa addım oldu, ümumiyyətlə siyasi məhbuslara şamil edilmədi.

Hakimiyyət bu addımı ilə bir daha sübut edir ki, güclü təzyiq və tələb olmayınca o, siyasi məhbus problemini həll etməyəcək. Xalqımız ayağa qalxıb zindanlarda girov saxlanılan öz ləyaqətli övladlarının azadlığına nail olmalıdır…

 

 

 

 

 

 

Ulduz, Fransa, Paris, 26.05.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com