Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 ünvanında yaşayan iş adamı Hüseynov Bəybala Qaraş oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub.

Bəybala Hüseynovun Prezident Ilham Əliyev cənablarına və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya ünvanladığı açıq müraciəti olduğu kimi təqdim edirik:

”Çox hörmətli cənab Prezident İlham Əliyev! Yazaraq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Baş Prokurorluğun əməkdaşı olan oğlum Hüseynov Emin Bəybala oğlu 18 avqust 2017-ci il tarixində sifarişli qətlin qurbanı olmuşdur. Bu günə qədər Sizə, Mehriban Xanım Əliyevaya və eləcə də bir-çox dövlət qurumalrına saysız-hesabsız müraciətlər etmişəm. İnanıram ki, Sizi və Mehriban Xanım Əliyevanı bu barədə məlumatlandırmamışlar.

OĞLUNUN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ BİLDİYİ ŞƏXSLƏR TƏRƏFİNDƏN TƏHDİD VƏ TƏQİBƏ  MƏRUZ QALAN İŞ ADAMI PREZİDENTƏ YENİDƏN MÜRACİƏT ETDİ!

Məlumatınız olsa idi, bilirdim ki, Siz bu acıya biganə qalmazdınız. Odur ki, müraciətimi media vasitəsi ilə Sizə çatdırmaq məcburiyyətində qaldım. Müraciətlərim bir çox saytlarda dərc olundu. Bundan sonra müraciətimi dərc edən media nümayəndələri təhdid və təqiblərə məruz qaldılar. Mənim iş yerlərimdə gizlin çəkilişlər aparılır. Əldə etdiyim məlumatlara görə, mənə böhtan ataraq, həbs etdirmək və başqa addımlar atmaq fikrindədirlər. Odur ki, bu məsələni diqqətdə saxlamağınızı Sizdən artıq dərəcədə Xahiş edirəm.” 

P.S. Məlumat üçün bildirək ki, bir neçə gün bundan öncə Bəybala Hüseynov media nümayəndələrinə də, iş yerinin şəkili qara rəngli ”Land Cruiser” 10 HF 005 dövlət qeydiyyat nişanlı avtomobili ilə çəkərək ərazidən uzaqlaşmışdırlar. Onu da qeyd edək ki, həmin ”Cip” tipli avtomobildən çəkilən obyektin şəkili rekert saytlardan birində şər-böhtan xarakterli ”məlumat” kimi dərc olunmuşdur.

GundemXeber.Az

Print Friendly, PDF & Email