1502896_701120139963280_7627080360048600254_o

 

10658999_1516044865310945_4129115533372813253_o

 

Tanınmış hüquq müdafiəçisi Oktya Gülalıyev “Siyasi girovlar” haqqında 29 iyun 2016 il tarixli yazısını paylaşdı:  “… Azərbaycanda “analoqu olmayan inkişaf” hökm sürdükcə müxtəlif sahələrdə xeyli “yeni ugurlar” əldə olunmaqdadır. Bu “yeniliklər”- dən biri də ölkədə yeni- yeni əcaib, ağlasığmaz, qanuna zidd hadisələrin baş verməsi və ictimai- siyasi gündəmə yeni terminlərin daxil olmasıdır. Məsələn, biz terrorçuların hər hansı bir binanı, bankı, təyyarəni ələ keçirmək üçün dinc günahsız insanları girov götürüb onlardan istifadə etdiklərini bilirdik. Ən azından bu hadisələri xarici kinolarda tez- tez görürdük. Amma son zamanlar həmin kinolarda yer alan səhnələri biz başqa bir formada Azərbaycan reallığında görməkdəyik. Belə ki, Azərbaycan hakimiyyəti öz rəqiblərini susdurmaq və onlara təzyiq etmək üçün həmin şəxslərin qohumlarını girov kimi həbs edib həbsxanalarda saxlayır.

İndiyə qədər AXCP sədri Əli Kərimliyə görə onun qaynı Elnur Seyidovu, Elşad Abdullayevin məlum videolarına görə onun qardaşı oğlu Mübariz Abdullayevi, eləcə də Günel Mövludun qardaşlarını, Emin Millinin qaynını, Natiq Adilovun qardaşı Muradı, Qənimət Zahidin qohumlarını və digərlərini girov götürüb. Yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları həmin şəxsləri çox haqlı olaraq “siyasi girov” adlandırır.
Bu gün “siyasi girov”- ların sıyahısında olan 2 nəfər- “Azərbaycan saatı” verilişinin müəllifi Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovun hər biri (Qənimət bəyin qardaşı oğlu və əmisi oğlu olduqları üçün) heç bir dəlil- subut olmadan, şərlənərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanın sərvətlərini, xalqın pulunu avropalı diplomatlara hədiyyə edib bunun qarşılığında onlardan öz vətəndaşına qarşı həyata keçirdiyi repressiyalara göz yummasını istəyən hakimiyyətdən bundan artığını gözləmək mənasızdır.
Yuxarıda adları qeyd olunan şəxslər dövlət səviyyəsində həyata keçirilən siyasi terrorun qurbanlarıdır. Vaxt gələcək onlar bəraət, onları terror edənlər isə layiqli cəzalarını alacaqlar. Buna kimsənin şübhəsi olmasın.
Kürü diplomatiyası, Dubay mülkləri, ofşar hesablar, Panama şirkətləri, rüşvət alan avropalı deputatlar ifşa olunduqları kimi dinc, günahsız insanlara qarşı siyasi terror həyata keçirənlər də ifşa olunub layiqli cəzalarını alacaqlar!
O gün uzaqda deyil! ” …

 

1278131_1516046158644149_1721921854681786963_o

 

885957_1624975321084565_7829359599498202584_o

 

10929566_1545450552370376_5391724851515342355_n

Ulduz, Fransa, Paris,02.07.2016

www.avropaninsesi.com

info@avropaninsesi.com

 

 

 

 

Print Friendly, PDF & Email