yagubovg@mail.ru

Dünya Sair və Yazıcılar İttifaqının sədri şair Qaraxan Əkbəroglu (Viyana) Avropaninsesi.com saytına növbəti şeirini göndərdi:

       

        QALMIŞIQ

 

         Yer üzündə çoxalıbdır alçaqlar,

         Getdikcə azalır namus, qeyrət- ar.

         Adam paltarında gəzir şeytanlar,

         Biz onları başımıza almışıq,

         Ona görə bu günlərə qalmışıq.

 

         Tülkülər şah olub, aslanlar nökər,

         Çox evlərdə qadınlar olubdu ər.

         Ləyaqət itibsə, şərəf də gedər,

         Yalanlara biz şapalaq çalmışıq,

         Ona görə bu günlərə qalmışıq.

 

         Hakim dəllal olub, molla qumarbaz,

         Yaxşı təbib, əsil loğman qalıb az.

         Bu münvalla tanrı bizə yar olmaz,

         Yetimdən, yesirdən qarğış almışıq,

         Ona görə bu günlərə qalmışıq.

 

         Acın varsa hacın qəbul olarmı,

         Zəvvarlar içində bir insan varmı.

         Şeytan da şeytana heç daş atarmı,

         Şeytanlar içində yuva salmışıq,

         Ona görə bu günlərə qalmışıq.

 

  

         Qardaş deyib aramıza dolublar,

         Arvadları bizə aşna olublar.

         Asta- asta torpaqları alıblar,

         Biz vətəni bax bu hala salmışıq,

         Ona görə bu günlərə qalmışıq.

 

         Yaz Qaraxan, bəlkə kimsə dərs ala,

         Kişilər əlinə bir silah ala.

         Bu qədər dərdimiz bəs ola- ola,

         Niyə mahnı qoşub, gülüb, çalmışıq,

         Ona görə bu günlərə qalmışıq.

        

        

 

 

 

Print Friendly, PDF & Email