Oqtay Gülalıyev yenidən əməliyyat olundu

Oqtay Gülalıyev 3-cü dəfə əməliyyat olunub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

O, əməliyyatın 3 saatdan çox çəkdiyini qeyd edib:

“Həkim Mehdi Sasaninin sözlərinə görə, əməliyyat uğurlu keçib: “Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”.

Qeyd edək ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Oqtay Gülalıyev həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə əməliyyat olunub.

 

 

 

Print Friendly, PDF & Email