Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva respublikanın YUNESKO-dakı səfiri vəzifəsindən ayrıldığını açıqlayıb.

O,  bu barədə “Facebook” şəbəkəsindəki səhifəsində yazıb.

On illik diplomat təcrübəsini həyatının mühüm hissəsi hesab edən Lola Kərimova-Tillyayeva ölkəsinə xidmət göstərməsindən fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, bundan sonra fəaliyyətini mədəniyyət, təhsil, elm və ekologiya sahəsində layihələrin həyata keçirilməsi üzrə davam etdirəcək.