Özümün müəllifi oldugum  “İnzibati hüquq” dərsliklərindən tələbələrə mühazirə oxuyurdum – hüquq professoru Elşad Abdullayev

elshadalawprof@gmail.com

Mənim əleyhimə siyasi sifarişlə böhtan kompaniyası aparanlar bəzən deyirlər ki, guya mən hüquq fakültəsində savdsız hüquşünas kimi mühazilər oxuyurdum …

Sizə xatırlatmaq istəyirəm ki, başqalarından fərqli olaraq mən, ABU və  BDU-in hüquq fakültəsində həmişə öz yazdıgm dərsliklərdən, müəllifi oldugum  “İnzibati hüquq” dərsliklərindən tələbələrə mühazirələr oxuyurdum. Mənə qədər,  keçmiş SSRİ dövründə 80 il müddətində elmin bu sahəsində keçmiş “Sovet inzibati hüquq” elmi üzrə vur-tut 52 elmi nəşr var idi. İnzibati hüququn ümüi hissəsinə hsr olunmuş sovet qannvericiliyi prinspləri əsasında bir dərs vəsaiti var idi. İlk dəfə olaraq,  3 hissədən ibarət olan Azərbaycan İnzibati hüquq dərsiyini tərtib etdim və bütün Ali Təhsil Müəssisələrində tədrisinə nail oldum. Demək olar ki, mən Azərbaycan inzibati hüquq elmini bütöv halda formalaşdırdim, onun ilk dəfə olaraq ümumi və xüsusi hissədən ibarət olan tam sistemini yaratmaga nail oldum.

Lakin, mənim Fransada mühaciratda olmagımdan istifadə edən bzi maraqlı şəxslər həmin dərsliklərə heç bir inzibati hüquq elminin yeni inistitutlarını əlavə etmədən oldugu kimi öz adlarına çıxırlar. Həmin müəlliflər yadadn şxarıblar ki, həmin dərsliklər artıq nəşr olundugu il tarixindən  “Google” kitabxanalarında və sosial şəbəkələr üzərindən qeydə alınıbdı. Görünən odur ki, Azərbaycanda nəinki, insanları Mahir Abdullayev kimi ogurlayırlar, hətta, onların əmlakını və əqli mülkiyyətini də ogurlamaq adi hala çevrilib…

Yox, deyirsiniz ki, Elşad Abdullayev pis hüquşünas – mütəxəsis olub ! Cənablar, buyurun Sizdə yazdıqlarınızı qoyun ortya. Axı, faktlar təsdiq edirki, mənim təkbaşıma etdiklrimin 10 %-ni də etməmisiniz, hələ bir bizi də guya bəyənmirsiniz !

Daha ətraflı bax: 

FullSizeRender-1

FullSizeRender

Müasir dünyanın aparıçı Universitetlərində-Sarbon Universitetində, Oksford və Kemberc Universitetlərindədə, Harvard Universittndə, Moskva Dövlət Universitetində və s. xarici ali təhsil müəssisələrində   mühazirə dərslrini aparan professorlar, bir qayda olaraq, özləri  yazmış olduqları müəllif dərsliklərdən mühazirə dərslərini keçirlər.

Bəzən mənə təklif edirdilər ki, hüququn gəlin başqa sahələrindn mühazirə oxuyun,  dərs deyin, mən razılıq vermidim ki, mən bu sahənin mütəxəsisi deyiləm. Mən keçmiş SSRİ-in Dövlət və Hüquq İnistitunun inzibati hüquq sahəsi üzrə mütəxəsisisyəm, bildiyim İnzibati hüquq sahsidi … Hətta, MDU-də və aspiranturada, yalnız bir fəsil üzrə mövzudan tanınmış bir mütəxəsis – hüquq professoru bizə  mühazirə oxuyurdu, ondan kənara çıxmırdılar. Bizə dərs keçənlərin əksəriyyəti də öz müəllif dərsliklərindən bizə mühazirə oxuyurdular. Yəni, konkret bir hüquq elmi sahəsindən bir neçə  professor hər biri bizə konkret fəsil üzrə mühazirə oxuyurdu, hər fəsildən bir mütəxəsis mühaziə oxuyurdu. Sarbon Universitetində bu qayda mövcyddur.  Bizdə isə,  bir şəxs hüququn bir neçə sahsindən dərs deyirdi, yəni elə qatb-qarışdırırdı başa düşmək olmurdu ki, hansı sahədən mühazirə oxuyur, faktiki olaraq belə mühazirə dərsləri formal xarakter daşıyırdı.

Bəllidir ki, təhsil sahəsində dövlət idarəetməsi olduqca həssas bir sahədir. Lakin, Azərbaycanda təhsil sahəsinə qeyi-ciddi yanaşırlar, bununlada Azərbaycan xalqının gələcəyinə bilə-bilə dövlət səviyəsində qəsd edilir. Biz təcrübədə tez -tez rastaşırdıq ki, bir KQB, Polis, Məhkəmə və Prokurorluq əməkdaş rüşvət üstündə işdən qovulurdu, səhərisi günü həmin adamı BDU-in Hüquq fakültəsinə işə təyin edirdilər. Ölkədə başa düşülən deyil, belə neqativ ənənə !?

Öz işini bilməyən rüşvətxor kadr gənc nəsilin təlim-tərbiyəsilə məşgul olması yolverilməzdi . Binəqdi Rayon Polis rəisi işdə yol verdiyi korupsiya faktlarına görə Polis zabiti Nazim Nagıyev DİN naziri Ramil Usubov tərəfindən rüsvayçlıqla işdən xaric olunur, səhərisi günü Prezidenin qayınatası akademik Arif Paşayevin rektoru oldugu Aviasiya Akademiyasının hüquq fakültəsində dekan vəzifəsinə təyin edilir.  Bundan öncədə, mənim bir hüquq pofessoru-akademiki  olaraq rəhbərlik etdiyim 7 elmi dərəcisi və elmi vəzifəsi olan ABU-in hüquq fakültəsini ləgv edib texniki elmlər yönümlü olan  Aviasiya Akademiyasına verilir. Beynəlxalq Universitetdə  Beynəlxalq hüquq fakültəsini ləgv edib Prezidentin arvadının əmisiolan  fizika elmlər doktoru Hafiz Paşayevin rəhbərlik etdyi Dimlomatiya Akademiyasına verilir.

BDU-də uzun müddət rus dili müəllimi olan Prezidentin arvadının baçısı MDU-in Bakı Filialının rektoru Nərgz Paşayeva qısa müddətdə MDU-də Dövlət quruculugu üzrə Hüququ elmlər doktoru elmi vəzifəsini satın aldı …

Fransada tez-tez eşidirik ki, Azərbaycanda təhsil elə bilin atın qabagına ət, itin qabagına elə bil ot qoyublar…, təhsilin bütün sahlri belə bir vəziyyətdədir. Azərbaycan təhsil sistemindəki belə feodal qaydaları başa düşülən deyidi !? Bunun agır nəticələrini uzun müddət Azərbaycan xalqı çəkəcəkdir.

Universiteti yüksək qiymətlərlə məzun olan savadlı diplomlu hüquqşünasların çoxu iş tapa bilmirlər. 10 məzundan 6-sı işsizdir. Azərbaycanda gəclərin gələcəyə baxışı ümüdsülik dogurur.  Nə üçün !?

Ona görə ki, belə vəziyyəti Azərbaycan gerçıkliyi sübut edir. Mən, BDU-in hüquq fakültəsini fərqləmə dimlomu ilə bitirçişəm, keçmiş SSRİ EA-in Dövlət və Hüquq İnistitunun  gündüz aspiranturasından məzunam, hüquq professoruyam, çoxsaylı elmi nəşirlərin müəllifiyəm, eyni zamanada dövlətçilik sahəsində bir sıra siyasi kitabların müəllifiyəm. Ancaq, mənim təzrübəmi izləyən çoxsaylı tələbəərim deyirlər ki, Elşad müəllim Azərbaycanda elmə və təhsilə dövlət səviyyəsində hörmət edilmir. Baxın, Sizin tələbə yoldaşınız Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov haqqında hamıya bllidir ki, o, tələbə vaxtı oxuyan olmayıb, BDU-da İran saqqızı və narkotik maddələri satan adam kimi tanınırdı… Hələ, Hüquq Müdafuəçisi Vidadi İsgəndərli dəfələrlə yazılarında sübut edib ki, Zakir Qaralovun anası erməni Dusyadır. İndi baxın, Sizi kimi hüquq elmi dərəcəsi və elmi vəzifəsi olan, 30 il elmi-pedaqoji təcrübəsi olan və YAP-ın üzvü olan adamın taleyini iki eşşəyin arpasını bölə bilməyən  savadsız zakir Qaralov azərbaycansaygı kriminal yollarla həll edir. Bütün dünya bilir ki, Mahir Abdullayevin ogurlanması cinayətini Baş Prokuror Zakir Qaralov vəzufəsindən sui-istifadə edərək qəsdlə, bilə-bilə ör-basdır edib. Aəzrbaycanda gənclərin şüuruna olduqca pis təsir edən bir ədalətsizlik höküm sürür, MTN İşi məhkəməsi bir daha təsdiq edir ki, KQB cəladı Akif Çovdarovun məhkəmə işi obyektiv gerçəkliyi əks etdirmir.

Bir çox məzunlarımız deyirlər ki, pofessor ali təhsilinin mənşəyi  qeyri ciddi olan KQB-in qulduru və cəladı Akif Çovdarovun oglu Ruslan Çovdarov kimilərin  Azərbaycan Parıametində Şöbə müdüri işləməsi gənclərimizdə ümüdsüzlii daha da artırır.

Yaxudda, BDU-in  hüquq fakültəsində hüquq elmləri doktoru – professoru oan müəllimlrə dövlət səviyyəsində başa düşülməyən qısqançlıqla yanaşılır. Məlumdur ki,  Azərbaycanda, mən Bakıda olanda təxminən  7-8  hüquq elmləri doktoru-professoru var idi. Fikrimcə, hüququn elm və təhsil sahəsinin inkişafına dövlət qaygısı yoxdur.   Onlarında hamısı BDU-in hüquq fakültəsində işləyirdi. Lakin, zaman keçdikcə onlarıda sıradan çıxardılar. Müxtəlif təzyiqlər nəticəsində, mən (Fransaya), Sədyar Zeynalov (Belçikaya), Ataxan Əbilov (Hollandiyaya), Ramiz İsgəndərov (xarici ölkəyə) mühacirat etmişlər. BDU-in hüquq fakültəsinin tanımş hüquq elmləri dktorları Məhəmməd İmanlı, Mövsüm Mövsümov, İlqar Mirzəyev, Ədalət Sadıqov , Mənsurə Əliyeva və s. saxta ittihamlarla həbs olundular.   BDU-in Hüquq fakültəsinin dekanları –  Daglar qədər xatirini stədiyimiz BDU-in hüquq fakültəsinin dekanı professor Məmmədxan Rəsulov Prezident Administrassiyasının rəhbəri Ramiz Mehdiyevin Qurd qapısı restoranında zəhərlənərək qətlə yetirildi…

Hüuquq elmlər doktoru və professoru Namq Əliyevi  və Kəmalə Saricalinskaya şərlənərək vəzifələrindən xariç edildilər. Mənim dərsliklərimdə rəyçi olan hüquq professoru Alış Qasımovu keçmiş MTN o qədər aparıb – gətirdilər ki, sonda, insuld xəstəliyinə tutuldu. Yalnız, mənim tələbə yoldaşım  oldugu üçün hüquq elmlri doktoru Fuad Cavadov gözüm çıxdıya salınıb. Mənim tələbə yoldaşım Baş Prokurorun birinci nüavini İsa Nəcəfov Mahirin ogurlanmsı cinayt ilə maraqlanandan bir həftə sonra tutdugu vəzifəsindən azad etdlər…  mənim tələbə yoldaşım Binəqədi Rayon Prokuroru Mirələkbər Seyidov Mahir Abdullayevin ogurlanması haqqında həqiqiqətləri bildiyi üçün işindən xaric olundu.

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Prezident Appartının “Abtriyent” jurnalında  f’əaliyyətdə oldugu dövrdə Azərbaycanın 42 universitetləri arsında reytinq göstəricisinə görə  özəl Universitet olmasına baxmayaraq həmişə dövlət ali təhsil müəssisələrinin içərisində 7-11-ci yerləri  tuturdu. ABU pis idisə onun nə üçün təcrübəsini, loqasını, paltarını, müəllim və tələbələrini canavar kimi bölüşdürdünüz, ogurladınız ! ABU-in ugurlarından biri də belə adamlardan imtina etməsi idi. ABU-da dünya şöhrətli 17 Akademik fəaliyyət göstərirdi, hər biri də konkret fakültəyə rəhbərlik edirdi, onların hər biri elə ayrılıqda təkbaşna bir Universitet idi.  Bu gün Azərbaycanda elə Universitetlər  var ki, orada bir nəfərdə olsun   Akademik elmi vəzifəsi olan şəxs yoxdur ! Hər bir akademik-professor təkbaşına bir milləti, bir dövləti  təmsil edir…

Elşad Abdullayev – hüquq professru

elshadalawprof@gmail.com

Fransa, Paris, 09.02.2017

IMG_1928

15.Учитель ЮНЕСКО. 5

1375965_951911184836346_2733109322200464057_n

11084238_830600930366274_8309065780337861103_n

Print Friendly, PDF & Email