Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (ICIJ) araşdırmaları çərçivəsində Mossack Fonseca hüquq şirkətindən sızan ofşor hesabları haqqında məlumatların daha bir hissəsi dərc edilib.

Ofşor hesabları açıqlanan şəxslərin ümumi sayı 32o min nəfərə, bu siyahıda olan Azərbaycan vətəndaşlarının sayı isə 137 nəfərə çatıb. İndiyədək ümumilikdə 11,5 milyon sənəd dərc edilib. Amerikanın səsi (rus bölməsi) – məlumat yayıb.

Cografi statistikaya görə, Azərbaycan ofşorlardakı hesabı ifşa olunan vətəndaşların sayına görə Qafqazda liderdir. Araşdırma çərçivəsində Qərb mətbuatında hakimiyyətdəki Əliyevlərin, Paşayevlərin və digərlərinin hesabları və ofşor zonalardakı mülkləri haqqında yazılar dərc edilib. Siyahıda ümumilikdə 127 Azərbaycan vətəndaşının, 82 Gürcüstan vətəndaşının və 27 Ermənistan vətəndaşının adı var.

“Panama sənədlərində” adları ifşa olunan Rusiya vətəndaşlarının sayı isə 6200 nəfərə yaxınlaşıb. Bu sırada Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslərin də adları var.