151127101358_paris_memorial_service_624x351_reuters

Fransa iki həftə bundan əvvəl baş vermiş Paris hücumları zamanı həlak olmuş 130 nəfərin xatirəsinə milli anım mərasimini həyata keçirir.

Parisin mərkəzində həyata keçirilən mərasimdə 1000 nəfərin iştirak edəcəyi gözlənilir. Tədbirdə həmçinin Prezident Francois Hollande və hadisə qurbanlarının ailələri və hadisədən saö çıxmış insanlar da qatılıb.

Hücumlar nəticəsində həyatını itirmiş şəxslər bir dəqiqəlik sükutla yad ediləcək.

Silahlı təcavüzkarlar və canlı bombalar paytaxtda bir neçə yerə hücum etmişdi.

Hadisəyə görə daha sonra İslam Dövləti qruplaşması məsuliyyəti üzərinə götürmüb.

Fransanın müsair tarixində baş vermiş ən dəhşətli hücumlar nəticəsində 350 nəfər də yaralanıb.

Mərasimdə Prezident Hollande-ın hadisə qurbanlarının ailələfrinə müraciət edəcəyi gözlənilir.

 

 

 

 

Print Friendly, PDF & Email