Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

rashadgurbanov9999@gmail.com

Polis rəisi məni Mingəçevir Polis Bölməsinə apararaq  zorən məcbur edirdi ki, Mahir Abdullayevin Huquqlarının  Müdafiə Komitəsinin üzvülüyündən çıxım və Mahir Abdullayevin axtarişini dayandirmagimi əmr edirdi, əks təqdirdə məni şərləyib həbsə atacağı ilə şantaj  edirdi .

 

Rəşad Qurbanovun Facebook səhifəsindən: Mən Qurbanov Rəşad Rasim oglu 1985-ci il  tarixindən Mingəçevir şəhərində anadan olmuşam. Ali təhsilimi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini bitirmişəm, ABU-dan məzunam…
2009-cu il tarixindən mən ABU-in və Mahir Abdullayevin   Hüquqlarının  Müdafiə Komitesinin aktiv üzvü olmuşam.  13 oktyabr 2003-cü il tarixindən  ABU-in rektoru Elşad abdullayevin qardaşı keçmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) mayoru Mahir Abdullayev ogurlanmasi cinayetinin araşdıran  Hüquq Müdafiə Komitəsinin aktiv ıştirakçilarindan biri olmuşam. Biz cinayətkarlari axtardiqca  Mahir Abdullayevin  Hüquqlarinı  Mudafiə Komitəsinin üzvülərinə dövlət orqanlari tərəfindən bizə qarşı aglasıgmaz təzyiqlər günü-günden açıq-aşakar artırdı. Mingəçevir Şəhər Polis rəisi məni dəfələrlə Mingəçevir Polis bölməsinə apararaq məni zorən məcbur edirdi ki, Mahir Abdullayevin Huquq Müdafiə Komitəsinin üzvülüyündən cixmagımı və Mahir Abdullayevin axtarişini dayandirmagimi əmr edirdi, əks təqdirdə məni şərləyib həbsə atacağını söyləyirdi.
Lakin, mən bunların dediklərinə məhəl qoymayaraq 2012-ci ildə siyasi fəaliyyətimi daha da gücləndirərək Nida Gənclər Təşkılatina üzv oldum. Nida Gənclər Təşkilatinda bir sıra mitinqlərə qatıldım .
15.03.2015ci il tarixində Milli Şuranın mitinqinde iştırak etdiyime göre gizli polislerin zorakiliğina meruz qaldim.Onlar meni gece yarısı evimden döyerek çixarib Mingeçevir şeher polis bölmesine apardilar.Və orada mənə olmazın ışgencələr verdilər. Manik üçün artiq Azerbaycanda siyasi fealiyyetimi devam etdirmek cox tehlükeli idi.
2016-ci ilin iyunun əvvəlləri mən artiq Azerbaycani terk etdim. Hazırda Siyasi fəaliyyətimi Avropadan davam etdirirəm. Sosial şəbəkələrdən xalqa seslənirdim. Xalqin, artiq Ilham Əliyevin terörrist Despotik Diktatura rejiminə  qarşi çixmağa sesleyirdim. Faktlarla sosial şəbəkələrində necə bir terorist rejim yarattıklarını,  necə xalqin tebii servetlerini talan etdiklərini sosial şəbəkələr üzərindən  paylaşirdim.
Bu faktlar, bu paylaşanlar artiq dövlet hüquq orqanlarini qiciqlandirmağa başladı. Tabii ki menə əlləri catmadiqları üçün yuxarıdan verilən siyasi tapşiriga əsasən Mingecevir polis rəisi Cavid Muradov Mingecevirdə yaşayan bütün qohum eqrabalarimi polis bölməsiəsinə apararaq  şantaj etmeyə başlayiblar.  Qohumlarima mənim sosial şəbəkələr üzərindən  Ilham Əliyev , Ramiz Mehdiyev , Əli Hesenovdan uzür istəməyimi bildiribler. Əks təqdirdə,  qohumlarimi ışlədiyi yerlərdən cixarilacaqlarinı bildiriliblər. Mən bu boş təhditlərdən çəkinməyerək öz siyasi fealiyyetimi davam etdirdim.
Elə bu gündə ən cox polis tərəfından təhtidlərə məruz qalan adam atam Qurbanov Rasimdir!!!
27.09.2017-ci il tarixindən hec bir səbəb olmadan, yaşadigim yer hamıya məlum olmasina baxmayaraq haqqimda saxta axtariş qərari cixartmişlar. Evdən qanunsuz  götürülərək atamı polis bolməsinə aparilaraq mənim sosial şəbəkədə ictimailəşdirdiyim  bütün məqalələrimi atama göstərərək onu və məni dövləte xəyanətdə ittihamlandiriblar. Halbuki, mənim məqalələrimdə Əliyev TERORIST  DİKTATURA rejminin halqa qarşi etdiyi zülümlerin sübutu oz eksini tapib. Atamı bir gün polis bölmesində saxlayaraq məndən imtina etməsini tələb ediblər.  Əks halda,  atamin ışlediyi magazani baglayacaqlarini bildiriblər. Bu gündə bu onu sübut edirki Eliyev TERORIST rejmi xalqin üzerinde böyük tehlukedir, Əliyev rejimi Despotik Diktatura relimii TERORIST rejmi bu güne kimi hakimiyyetde qalmasinin sebebi xalqa qarşi polis gücünden istifade etmesidir.Bu terorist ve diktator rejmi ile Azerbaycan xalqi uçuruma gedir. Bu Despotik Diktatura rejimin qarşisini, yalnız Azərbaycan xalqı ala biler. Qalx ayağa ya azad ol, ya canından keç Azerbaycan,  Azerbaycan!