Print Friendly, PDF & Email

 

 

 

Prezidentin köməkçisi Əli Həsənov: “Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub,Söhbət adi kriminal hadisədən gedir”.
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BBC News Azərbaycancaya bildirib.
“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir”.
Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb, cənab Həsənov müxbirimiz Səadət Akifqızına bildirib. Hadisə iyulun 3-də axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə bəyanatında qeyd olunur ki, hadisəyə görə Yunis Səfərov saxlanılanılıb və ondan 3 ədəd giliz götürülüb.
Məlumatda bildirilir ki, hadisəyə görə, “iki və daha artıq şəxsi öldürməyə cəhd” və “qanunsuz olaraq odlu silah gəzdirmə” maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunduğu bildirirlir.