Print Friendly, PDF & Email

 

 

 

 

 

Dəyərli izləyicilər,

Son vaxtlar bizə ikinci dəfə qaçqın statusu üçün müraciət etmə qaydası haqqında xeyli müraciətlər daxil olamasını nəzərə alaraq, bu barədə məlumatı paylaşmaq istəyirik. Belə ki,  şəxsə ilkin müraciətindən sonra qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərar və qaçqın statusu verilməsindən imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

Bundan başqa barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Alamaniya Federativ Respublikasının  ərazisindən göndərilməsinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanına məlumatlar göndərilir.

Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verməyən şəxslər bir qayda olaraq ölkəyə qaytarılırlar.

Lakin məhkəməyə şikayət edənlər məhkəmənin nəticəsini gözləməlidir.  Qanunvericiliklə ayrı qayda müəyyən edilməyibsə, şəxsin məhkəməyə  şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. Hazırda Alman məhkəmələrinin təxminən 60-70 faizi ərizəçilərin xeyirinə qərar qəbul edirlər. Lakin təbii ki, bəzi ərizəçilər məhkəmə proseslərini də uduzurlar. Yuxarı məhkəmə instansiyasında da uduzan şəxslərə də ölkəni tərk etmək təklif olunur və bunu könüllü etməyənlər  məcburi qaydada  ölkələrinə qaytarılırlar.

Lakin müstəsna hallarda qaçqın statusu verilməsindən rədd cavabı alan şəxslər ikinci dəfə qaçqın statusu almaq üçün Almaniya Federativ Respublikasının Qaçqınlar və Miqrasiya İdarəsinə müraciət edə bilərlər. Bu müraciət üçün aşağıdakı üç əsaslardan biri mövcud olmalıdır:

  1. Ərizəçi ilə bağlı onun vətəndaşı olduğu və qaytarılmalı olduğu ölkədə vəziyyət dəyişdikdə. Məsələn, onunla bağlı olan məsələlərlə işlər üzrə həmkarlarının və ya qohumlarının həbs edilməsi
  2. Əvvəl verdiyi ərizə ilə bağlı faktları təsdiq edən yeni sübutların əldə olunması. Məsələn, əvvəl verdiyi ifadədə göstərdiyi faktlarla bağlı şəxsin haqqında axtarış qərarının qəbul edilməsi
  3. Şəxs barəsində qərar qəbul edən orqan tərəfindən yanlışığa yol verilməsi müəyyən edildikdə.

 

https://www.nds-fluerat.org/leitfaden/8-perspektiven-nach-negativem-abschluss-eines-asylverfahrens/61-asylfolgeantrag/

 

Qeyd: Nəzərə almaq lazımdır ki, ikinci dəfə qaçqın statusu üçün müraciət edən zaman təqdim olunan məlumatlar və sənədlər daha diqqətlə yoxlanılır. Ona görə də saxta olmasına şübhə etdiyiniz sənədləri təqdim etməyiniz arzu olunan deyil.

12.03.2018

azleqat.com