İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən SAF (İsveç-Azərbaycan Birliyi) “Qarabağ” rəqs qrupu İsveç İslam təşkilatı olan “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunan «Digital Ramazan 2020 Stockholm» tədbirində iştirak edib.

Millitribuna.az xəbər verir ki, bu barədə SAF ( Svensk- Azerbajdzjanska kulturförening)- İsveç Azərbaycan birliyin sədri, “Qarabağ” rəqs qrupun yaradıçı rəhbəri, SAF məktəbin direktoru, AKŞ İsveç üzrə mədəniyyət iş grupun rəhbəri Sevda Dadaşova məlumat verib.

Sevda Dadaşova bildirib ki, «Qarabağ» rəqs qrupu tədbirdə “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə çıxış edib. Tədbirdə müxtəlif ölkələrin mədəniyyəti də təqdim olunub. İsveçin dövlət kanalı olan «SVT 1″də yayımlanan tədbirdə Azərbaycanı təmsil edən «Qarabağ» rəqs qrupundan da bəhs olunub.

Qeyd edək ki, SAF ( İsveç- Azərbaycan birliyi) 2017-ci ilin fevral ayında yaranıb. Birliyin yeni yaranmasına baxmayaraq, müxtəlif tədbirlər həyata keçirib, ölkəmizi müxtəlif istiqamətlərdə beynəlxalq aləmdə təmsil edib. Birlik tərəfindən hər il «20 Yanvar», «Xocalı» və tarixdə iz qoyan digər günlərin anım günləri keçirilir. Bununla yanaşı, hər il müxtəlif istiqamətlər üzrə sərgilər, seminarlar və təqdimatlar təşkil edilir.

 

 

 

Print Friendly, PDF & Email