“Qarasu OYL” Neft  Şirkətindəki sosial ədalətsizliyə etiraz edən fəhlələrin mitinqləri Fuad Agayevin qoçu əstələri  tərəfindən xüsusi amansızlıqla yatırılıb

 

elshadalawprof@gmail.com

 

Azərbaycan KİV-dən çoxsaylı yazılardan bəllidiki “Qarasu OYL” Neft  Şirkətində işləyən fələlərin Şirkətin rəhbərlyinə qarşı etiraz protestoları keçiriblər.

Adının çəkilməsini isyəməyən fəhlə Musavat.com qəzetinə bildirib ki, iki həftə öncə maaşlarının artırılması tələbi ilə keçirdikləri mitinqdən sonra şirkət rəhbərliyi onları təqib edir, bir araya toplanmalarına imkan vermir. Fəhlə deyib: “Bizi avtobuslara doldurub nəzarət altında buruqlarda, sahələrdə işləməyə aparır, eləcə də qaytarırlar. Heç bir briqadanın digri ilə təmasına icazə verilmir. Sibirdə meşə qırmağa aparılan dustaqlara oxşayırıq”.

Başqa bir neftçinin sözlərinə görə, üstəlik, MTN-in Şirvan şəhər şöbəsi də onları sorğu-suala çəkir: “Guya ki, mitinqin müsavatçılar və cəbhəçilər tərəfindən təşkil edilməsini araşdırırlar. Biz onlara deyirik ki, heç bir siyasi tələbimiz yoxdur. Tələbimiz yalnız sosial-maddi xarakter daşıyır. İstəyirik ki, biz də Rusiyadan gəlib 5-10 min manat qazanan əcnəbilər qədər olmasa da, onların yarısı qədər məacib alaq.

Qeyd edək ki, “Qarasu oyl” fəhlələri 350 manat civarında maaş aldıqlarını bildirirlər və bunu mənfəətli neft sənayesinin zəhmətkeşləri üçün az hesab edirlər. Bax:

http://musavat.com/news/qarasu-oyl-un-fehleleri-teqib-olunur_97131.html

Şirkətdə işləyən fələlərin problemlərini həll etmək əvəzinə Fuad Agayaev KQB-in cəza dəstəsinin köməyilə  fəhlələrin etiraz aksiyası vəhşicəsinə bogulub. Mitinqin iştirakçıları həbs olunub  və davamlı təqib olunublar.

Fuad Agayaev bu cinayətləri yerlisi və yaxın qohumları olan  “Global İnvestment Energy”  Şirkətinin Təhlükəsizlik xidmətinin rəisi Vuqar Rasulov və   eyni zamanda keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3-cü şöbəsinin rəisi Rasul Rasulovun  havadarlıgı ilə edirdi. Xatırlatmaq lazımdırki, Fuad Agayevi cinayət ortagı KQB  polkovniki RəsulRəsulov , eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin yerlisi və qohumudur.

3.1. Bu zaman nəzərə almaq lazımdır ki, “Qarasu OYL” Neft  Şirkətini “ Bakıda neft biznesinə on milyonlarla sərmayə qoymuş milyarder “Russneft” Şirkətinin Direktorlar Şurasının prezidenti  Mixail Qutseriyevə məxsusdur (“Karasu Operating Companu”) …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Russneft” şirkəti Azərbaycanın Binəqədidən tutmuş Neftçalaya, Salyana və Şirvana qədər səpələnən 16 quru neft yatağının mülkiyyətçisidir,

 

3.2.“Qarasu OYL” Neft Şirkətinin prezidenti Aleksandr Yuriyeviç Narputoskixdir.  Aleksandr Yuriyeviçdən öncə  Global Investment Energy”  Şirkətinin Prezidenti İgor Kirdodanın çalışırdı….

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.3.“Qarasu OYL” Neft Şirkətinin  vitse-prezident İslam Ocaqov

 

3.4.Rusiyanın “Safmar” maliyyə-sənaye qrupunun baş direktoru Avet Mirakyan “Russneft” şirkətinin direktorlar şurasına daxildir…

 

Fikrimcə, keçmiş MTN naziri Eldar Mahmudovun tutdugu vəzifədən uzaqlaşdırılmasının başlıca səbəblərindən biri də onun “Qarasu OYL” Neft Şirkəti qanunsuz əlkeçirməsidir. 

Bəs  keçmiş Azərbaycan MTN naziri Eldar Mahmudovu “Qarasu OYL” Neft Şirkətinilə  nə birləşdirir !?

Maraqlıdır ki, Eldar Mahmudovun vəzifədən azad olunmasının səbəblərindən biri kimi MDB dövlət başçılarının son görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin ciddi faktları Azərbaycan prezidenti İlham Əliyevə verdiyi də bildirilir. Bundan başqa Eldar Mahmudovun vəzifəsindən alınmasında əsas amillərdən biri kimi onun hakimiyyətdaxili qruplaşmada uzun illərdir təmsil olunduğu qrupa arxa çevirərək başqa bir qrupa keçməsi də göstərilir. Mediada Eldar Mahmudovun nazir ola-ola müxtəlif cinayət hadisələrinə göz yumduğu ilə bağlı da məlumatlar yer almaqdadır.

 

Eldar Mahmudovun „Rusneft“ şirkətinin aktivlərini alaraq 85 faiz pay sahibi „Global Investment Energy„şirkətinin tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanundankənar hallarda da adı hallanır. Məlumata görə, Eldar Mahmudov qeyd olunan şirkətdə baş verənlərə qardaşının qudasının oğlu, sabiq MTN-nin əməkdaşı Global Energy şirkətinin Təhlükəsizlik üzrə Meneceri Vuqar Rəsulov nəzarət edirmiş. Vuqar Rəsulovun əmisi Rəsul Rəsulovun yəni Eldar Mahmudovun qardaşının qudasının MTN-də 6 idarənin 3-cü söbəsinin rəisi olduğu deyilir.

O da qeyd edilir ki, «Qarasu» Əməliyyat Şirkətində baş verən qanun pozuntuları,pesəkar kadrlarinin qeyri-qanuni işdən çıxarmalari, işçilərə qarşı təhdidlər hədə qorxu gəlmələr eyni zamanda Karasu Şirkətinə məxsus AYDİKO, UPA-1, UPA-2 qazma qurğularının ölkədən qanunsuz çıxarılaraq AKTAU limanına aparılması kimi cinayətlərə MTN-nin göz yummasının səbəbi, məhz MTN-də idarə rəisi olduğu iddia edilən qardaşının qudası Rəsul Rəsulov olub.

 

Məlumata görə, „Global Investment Energy“in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verənlərlə bağlı dəfələrlə MTN-ə məxfi qrifdə məlumatlar göndərilməsinə baxmayaraq şirkətlə bağlı hansısa ölçü götürülməyib. Bu işdə isə Vüqar Rəsulov kilid rolu oynayıb ki, göndərilən məlumatlar haqqında birbaşa MTN-də işlədiyi iddia edilən atası Rəsulova xəbər çatdırırmış və beləliklə də, „Global Investment Energy“in tərkibindəki «Qarasu» Əməliyyat Şirkətində baş verən qanunsuzluqlar, oğurluq halları necə var elə də gizlədilirmiş.

 

Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilməsək də, Vuqar Rəsulovun Eldar Mahmudovun qardaşının qudasının oğlu olması və sabiq MTN-nin əməkdaşı olması bir çox məqama aydınlıq gətirə biləcək amil hesab edilə bilər. Eldar Mahmudovun „Global Energy“in tərkibindəki «Qarasu» Əməliyyat Şirkəti ilə doğrudan qardaşının qudası vasitəsilə hansısa əlaqəsinin olub-olmadığını isə yəqin ki, Hüquq Muhafizə orqanları və MTN-nin müvafiq şöbələri araşdırmalıdır.

 

Daha ətraflı:

 
1.“Qarasu Oyl” unfəhlələri təqib olunur
 
http://musavat.com/news/qarasu-oyl-un-fehleleri-teqib-olunur_97131.html
 
2. “Qarasu OYL”-da “qara günlər” bitmək bilmir
http://musavat.com/news/qarasu-oyl-da-qara-gunler-bitmek-bilmir_298877.html
3.ELDAR MAHMUDOVUN cinayət ortagı MTN zabiti Rəsul Rəsulovun “GLOBAL INVESTMENT ENERGY”DƏ ADAM OĞURLUĞU VƏ ŞOK REKETÇİLİYİ
http://avropaninsesi.com/eldar-mahmudovun-cinay%C9%99t-ortagi-mtn-zabiti-r%C9%99sul-r%C9%99sulovun-global-investment-energyd%C9%99-adam-ogurlugu-v%C9%99-sok-reketciliyi/ 
 
4.“Qarasu OYL”dakı qara əməllər haqda yeni məlumatlar
http://www.cia.az/news-view/10342-%E2%80%9CQarasu-OYL%E2%80%9Ddaki-qara-emeller-haqda-yeni-melumatlar
5. “Qarasu OYL”-da “qara günlər” bitmək bilmir
http://conflict.az/gundem/20095-qarasu-oyl-da-qara-gunler-bitmek-bilmir.html
6. “Qarasu oyl”-də ETİRAZ AKSİYASI
http://qlobal.az/qarasu-oyl-de-etiraz-aksiyasi/
7.Neft pullarının talandığı daha bir ünvan: “Qarasu Oil”…
http://vertikal.az/hadise/214-neft-pullarinin-talandigi-daha-bir-unvan-qarasu-oil.html
  1. “Qarasu OYL” Neft Şirkətindəki qara əməllər haqda yeni məlumatlar
http://musavat.com/news/qarasu-oyl-daki-qara-emeller-haqda-yeni-melumatlar_253847.html
9. Mahir Abdullayevin ogurlanması cinayətini dərindən bildiyim üçün, sizlərin yalan məlumatları bizi çaşdıra bilməz: Hilal Əsədov və Rəsul Rəsulov nə üçün müttəhimlər kürsüsündə Akif Çovdarovla yanaşı oturmayıblar !?
http://avropaninsesi.com/mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tini-d%C9%99rind%C9%99n-bildiyim-ucun-sizl%C9%99rin-yalan-m%C9%99lumatlari-bizi-casdira-bilm%C9%99z-hilal-%C9%99s%C9%99dov-v%C9%99-r%C9%99sul-r%C9%99sulov-n/
10. “Qarasu” Əməliyyat Şirkəti 102 nəfəri işsiz qoydu – Video
https://youtu.be/5yONoJmUwUg
11.“Qarasu OİL” şirkətində nə baş verir: qəzalar, ölüm, ixtisarlar…
http://conflict.az/foto/20034-qarasu-ol-shirketinde-ne-bash-verir-qezalar-olum-ixtisarlar.html
Print Friendly, PDF & Email