“Elşad Abdullayevə qarşı kimin kampaniya aparmasına baxmayaraq, həmin şəxslərin bu başdan uğursuzluqla qarşılaşması qaçılmaz olacaq”
Məlum Gülər Əhmədova videosu gündəmə gələndə bəzi müxalifət qəzetləri bu olayın gündəmdə saxlanılmasının və Elşad Abdullayevin yeni videoları ictimaiyyətə təqdim etməsinin zəruri olduğunu bildirirdilər. Lakin bu gün ABU-nun keçmiş rektoru vətən xaini kimi təqdim edilir. Müxalifət qəzetlərinin bu mövqeyi ilə bağlı FaktXeber.com-un suallarını “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini, siyasi-ekspert Rahim Hacıyev cavablandırıb.

– Rahim bəy, Elşad Abdullayevin ölkənin müxalif mediası tərəfindən vurulmasını Ramiz Mehdiyevin son çıxışı ilə əlaqələndirmək olarmı?

– Açığını desəm, bu məsələ ilə bağlı belə fikirlərin söylənilməsini əsaslı hesab etmirəm. Azərbaycan cəmiyyəti 20 ilə yaxındır ki, bu hakimiyyətin zülmü altındadır. Əslində hamı seçkilərin saxtalaşdırılmasını və parlamentdə yerlərin satılmasını bilirdi. Elşad Abdullayevlə bağlı məsələdə isə əsas olan faktın özünə münasibətdir. İstənilən məsələlərlə bağlı müxtəlif interpretasiyalar ola bilər. Abdullayev “qəsdən edir, “hansısa motivlər üzrə hərəkətdədir”, “onu öyrədən var” kimi iddialar əslində 10-cu dərəcəli məsələlərdir. O, ortalığa təkzibedilməz faktlar və sübutlar qoyub. Bir daha Azərbaycanda heç insan haqlarına hörmət etməyən və var dövlət, sərvət maraqları ilə mövcud olan bir rejimin olduğunu sübuta yetirib. Onun kimdənsə intiqam alması və ya kimlər tərəfindən öyrədilərək bu işlərə cəlb edilməsi ilə bağlı səsləndirilən fikirlər o qədər də əsaslı deyil. Elşad Abdullayevin təqdim etdiyi faktlara və sübutlara görə, hakimiyyət olduqca çox bir pis vəziyyətdə qalıb.
– Sizcə Elşad Abdullayevin şəxsinə qarşı yönələn ittihamlar onun təqdim etdiyi faktların kölgədə qalması üçün şərait yaratmır ki?
– Abdullayev fenomeni ictimaiyyətdə kifayət qədər özünə yer edib. Eyni halda, onun təqdim etdiyi video materiallar ölkənin siyasi proseslərini tamamilə dəyişdi. Ona qarşı kimin kampaniya aparmasına baxmayaraq, həmin şəxslərin bu başdan uğursuzluqla qarşılaşması qaçılmaz olacaq.– ABU rektorunun bəzi müxalifət liderləri ilə videosunun olması da iddia edilir. Sizcə müxalifət tərəfindən Elşad Abdullayevin vurulmasını bununla da əlaqələndirmək olarmı?
– Bu tip məlumatları Elşad Abdullayevin fəaliyyətindən narahat olan dairələrin yaydığı informasiya kimi qiymətləndirilməlidir. Həmçinin Elşad Abdullayevin özü də açıqlama vermişdi ki, onun müxalifət liderləri ilə hər hansı bir görüşü olmayıb. Ümumiyyətlə, hansısa müxalifət liderinin Abdullayevin qardaşının tapılması üçün yardımçı olması mümkün deyildi. Yayılan məlumatlar təbiidir. Kimlərsə narahatçılıq keçirir və yayılan materialların təsir dairəsini məhdudlaşdırmaq istəyirlər. Lakin aparılan bu kampaniyaların heç bir faydası olmayacaq. Ona görə ki, ortaqlıda ciddi faktlar var. Bu faktları inkar etmək üçün ciddi əsaslar olmalıdır ki, o da yoxdur.

https://www.youtube.com/watch?v=sO0NFfApSTE

Daha ətraflı:

http://faktxeber.com/rahim-hacyev_h415778.html

10-12-2012 tarixində əlavə olundu

Mənbə -Vüqar Hüseynov

P.S.Fikrət Hüseynli KQB-in pislik üfürən “Pandora qutusu” du (“Həşərat”) – Dosye – KQB-yə iş verən Satqınları üzdən tanıyın

Daha ətraflı bax avropaninsesi.com:

Ataxan Əbilov;  Separatçı Ataxan Əbilov; Separatçı Qondarma Talış Mugan Respublikasının Prezidenti Əlikram Hümbətov; Hilal Məmmədov; KQB; Gizli polis; Avropada KQB-in xəfiyyələri; Agentləri; Qondarma Daglıq Qarabag Respublikası; Sonanın uşaqları- reket jurnalist Asif Mərzili;  Rahim Hacıyev; Araşdırmaçı Jurnalist Əfqan Muxtarlı; MTN işi; Polis işl; Gülərqeyt işi; Əli Həsənov; Mahir Abdullayev; Mübariz Abdullayev;  Azəbaycan Beynəlxalq Universiteti; ABU; Siyasi Məhbuslar; Siyasi girov; Avropa Məhkəməsi…

info@avropaninsesi.com

 

 

 

 

 

Print Friendly, PDF & Email