Ramil Usubovun vəzifə verdiyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik Rövşən Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik  Bəylər Əyyubovun qardaşı oğludur – FOTO

Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin  edib (05 may 20170.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Buna da bax: Ramil Usubov yeni rəis təyin etdi

Criminal.az-ın məlumatına görə, Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Rövşən Eyyub oğlu Eyyubov 1976-cı ildə Gəncə şəhərində dünyaya gəlib. 1999-cu ildə Prezident Mühafizə xidmətində yüksək vəzifəli şəxslərin qoruyucusu işləyib. 2001-ci ildən Daxili İşlər Nazirliyində Baş Kadrlar İdarəsinin şöbə rəisi vəzifəsində çalışıb. 2011-ci ildə “Yaxşı əməl heç vaxt gizli qalmır” adlı kitabı çap edilmişdir. Prezidentin şəxsi kitabxanasında saxlanılır. Rövşən Eyyubov Daxili İşlər orqanlarına aid bir neçə tədris kitablarının müəllifidir.

Buna da bax: Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir

2014-2015-ci illərdə “Heydərlə Azərbaycan” və “Heydərlə Azərbaycan 2” musiqi əsərlərinin bəstələmişdir. AzTV-nin qızıl fondunda saxlanılır.

Criminal.az

Digər maraqlı xəbərlər Criminal.az-ın Facebook səhifəsində

RamilRamilRamil

 

 

 

 

 

Print Friendly, PDF & Email