Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qudası  KQB-də  kod adı “Çopur” olan  Fikrət Əliyevin agenti Sənan İbrahimovun ifadəsi əsasında işdən çıxarılıb .

Avropaninsesi.com-in əldə etdiyi  məlumata görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Kommissiyasının sədri DTX-in polkovniki Fikrət Əliyev işlətdiyi cinayət əməllərinə görə tutduğu vəzifədən azad olunub.Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş Tibbi işlər üzrə prorektoru Fikrət Əliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın həyat yoldaşı  olan deputat İlham Əliyevin böyük qardaşıdır.

Bəzi ehtimallara görə, Fikrət Əliyevin işdən azad edilməsi iqtidardaxili ziddiyyətlərlə də bağlı ola bilər.

Fikrət Əliyevin vəzifəsində nöqsanlara yol verdiyi və sağlamlığı qaydasında olan bir qrup vətəndaşı hərbi xidmətə çağırış zamanı müvafiq Tibbi Komissiyadan keçirmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.

Əldə etdiyimiz məlumata görə keçmiş KQB-də  kod adı “Çopur” olan  Fikrət Əliyevin agenti Sənan İbrahimovun ifadəsi əsasında işdən çıxarılıb və barsində istintaq araşdırması aparılır. Mahir Abdullayevin ogurlamsı cinayətinin əsas fiqurantlarından olan Sənan İbrahimov hazırda 5-ci aydır ki, Kürdəxani həbsxanasında yatır. Hazırda həbsdə gizlin saxlanılan Sənan İbrahimov Mahir Abdullayevin ogurlanması cinayətində Fikrət Əliyevin əlinin olması haqqında    ifadə verib. Nəzərə almaq lazımdır ki, Sənan İbrahimov həm də keçmiş MTN-in Birinci müavini Hilal Əsədovun yaxın qohumudu və bunların iş birliyi iləməkan etibarı ilə mügənni Mətanət İsgəndərlinin  mənzilindən ogurlanıb…

Bununla yanaşı, Sənan İbrahimov iki şəxsə qarşı dələduzluq edib birindən 50 min dollar və digərindən 80 min dollar alıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış  Kommissiyasının sədri DTX-in polkovniki Fikrət Əliyevə verməsi barəsində onunəleyhinə ifadə verib.