Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Foto: Emin Hüseynov-Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATI) drektoru

 

RATİ Birləşmiş Millətlər Təşkilatını və Avropa Birliyini Malta və Azərbaycan hakimiyyətləri arasında korrupsiya əlaqələrindən yazan xanım jurnalist Dafne Karuana Qalizianın qətli ilə bağlı müstəqil araşdırmaya başlamağa çağırır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) maltalı jurnalist Dafne Karuana Qalizianın sifarişli qətlini pisləyir və cinayətin effektiv şəkildə araşdırılmasında maraqlı olan bütün tərəfləri jurnalistin qətli ilə onun Malta və Azərbaycanın siyasi rəhbərlikləri arasındakı korrupsiya əlaqələrini ifşa etdiyi nəşrlər arasında əlaqənin ola biləcəyi ehtimalını diqqətlə nəzərdən keçirməyə çağırır.

 

 

 

 

RATİ Azərbaycanın korrupsioner siyasi elitasının çirkli pullarının Maltada yuyulması barədə xanım jurnalistin müəllifi olduğu araşdırmaların və korrupsiya əleyhinə nəşrlərin onun qətli üçün dolayı və birbaşa motivi ola biləcəyini hesab edir.

RATİ ölümündən iki həftə əvvəl polisə müraciət edib hüquq-mühafizə orqanlarını aldığı təhdidlər barədə xəbərdar edən jurnalistin həyatını qorumaq imkanını əldən verdiyi üçün Maltanın siyasi rəhbərliyini qınayır. Bu narahatlıq doğuran hal onu göstərir ki, tanınmış jurnalisti qoruya bilməmiş hakimiyyət onun qətlinin hansı şəraitdə baş verməsini də səhlənkar şəkildə araşdıracaq.

“Malta hakimiyyəti tərəfindən istintaqa ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agentlərinin və Hollandiyadan olan kriminalistlərin cəlb olunması hakimiyyətin bu işin sürətli və effektiv araşdırılmasında səmimi olmasını göstərmir. Əksinə, bu addım jurnalistin qətlində bəlkə də yüksək çinli nümayəndələrinin də rolu oynadığı Malta hökumətinə qarşı şübhələri azaltmaq məqsədilə beynəlxalq və yerli ictimaiyyətin gözünə kül üfürmək cəhdi ola bilər,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Sonuncu dəfə, FTB-nin partlayış üzrə mütəxəssisləri avtomobil partlayışı nəticəsində öldürülən jurnalist Pavel Şeremetin qətlinin araşdırılmasına Ukrayna hüquq-mühafizə orqanları tərəfindən cəlb edildiyi zaman, FTB-nin rolu yalnız partlayışın texniki ekspertizası ilə məhdudlaşmış və Amerika hüquq-mühafizə orqanının əməkdaşları cinayətin sifarişçilərinin və icraçılarının izinə düşməyə kömək edə biləcək cinayətin motivlərinin müəyyən edilməsinə mahiyyətcə əhəmiyyətli təsir göstərməmişdir. Hətta bütün dünyada söz azadlığına düşmən münasibəti ilə tanınan Azərbaycan hakimiyyəti belə tanınmış ictimai tənqidçi və jurnalist Elmar Hüseynovun 2005-ci ildəki böyük rezonans doğuran qətlindən sonra ən azı özünə qarşı yönələn şübhələri bir formada aradan qaldırmaq məqsədilə dərhal istintaqda yardım üçün FTB-ə və türk xüsusi xidmətlərinə müraciət etmişdi. İki aydan sonra Elmar Hüseynovun qətli ətrafındakı gərginlik azaldıqdan sonra ABŞ və Türkiyə xüsusi xidmət əməkdaşlarından ölkəni tərk etmək xahiş olunmuş və onların araşdırmalarının nəticələri ictimaiyyət üçün naməlum qalmışdı.

Bir sözlə, xarici kəşfiyyat orqanlarının böyük rezonans doğuran cinayətlərin istintaqına natamam və qeyri-adekvat şəkildə olsa belə cəlb olunması hakimiyyətə qarşı şübhələri aradan qaldırmış və ona qarşı beynəlxalq və yerli tənqidləri azaltmışdı. Xarici mütəxəssislərin getməsindən sonra isə, milli istintaq orqanları adətən məqsədyönlü olaraq istintaqı çıxılmaz vəziyyətə gətirirlər, çünki korrupsioner hakimiyyətlər mahiyyətcə bu cür cinayətlərin həllində maraqlı olmurlar. Hakimiyyətin mütəşəkkil cinayətkarlıq üçün güc qaynağı olduğu ölkələrin acı təcrübəsini nəzərə alaraq, Maltanın hazırkı hakimiyyətinin Dafne Karuana Qalizianın qətlinin sifarişçilərini və icraçılarını tapacağına və cəzalandıracağına inanmaq çətindir,” deyə Hüseynov fikrini tamamlayıb.

RATİ hesab edir ki, bu çirkin sifarişli qətlin zahiri əlamətləri yalnız təkcə tanınmış jurnalisti dayandırmaq deyil, həm də ölkə daxilində və onun hüdudlarından kənarda fəaliyyət göstərən və korrupsiyaya qarşı mübarizə aparan digər araşdırmaçı jurnalistləri qorxutmaq məqsədi güdən bu cinayətin nümayişkaranə xarakterindən xəbər verir.

RATİ Avropa Birliyini Dafne Karuana Qalizianın qətlini yaxından araşdırmağa və öz tamhüquqlu üzvü olan və yaxınlarda Avropa İttifaqı Şurasına sədrlik etmiş bir ölkənin yüksək səviyyədə korrupsiyanın və transmilli mütəşəkkil cinayətkarlığın tənqidçilərinin rahatlıqla və asan şəkildə hədəfə çevrildiyi bir cəzasızlıq poliqonuna çevrilməsinin qarşısını almağa çağırır.

RATİ Avropa Parlamentini öz səlahiyyətlərindən maksimum istifadə edərək Dafne Karuana Qalizianın qətlinin araşdırılmasına nəzarət etmək məqsədilə parlament mexanizmi yaratmağa və bütün Avropa Birliyi ölkələrini bu cinayətin araşdırılmasına yardım göstərməyə və digərlər şəxslərin gələcəkdə mümkün qurbana çevrilməsinin qarşısını almağa səsləyən sərt qətnamə qəbul etməyə çağırır.

RATİ həmçinin Avropa Birliyi ölkələrini qanunvericiliyi təkmilləşdirməyə və korrupsiya ilə mübarizə aparanlara qarşı cinayətlərin mahiyyətcə sifarişçisi olan transmilli oliqarx qruplarının çirkli pullarının yuyulması üçün Avropa Birliyinin iqtisadi infrastrukturdan, xüsusilə də bank və maliyyə sistemindən hər hansı formada istifadə imkanlarını qadağan etməyə çağırır.

Jurnalistin qətlinin onun Malta və Azərbaycan hakimiyyət nümayəndələrinin çirkli pulların yuyulması ilə əlaqəli olan qanunsuz əməlləri üzrə araşdırması ilə bağlı olduğunu və bu araşdırmanın Avropa Polis Təşkilatının (“Avropol”) səlahiyyət dairəsinə aid olduğunu nəzərə alaraq, RATİ “Avropol”u dərhal jurnalistin qətlinə və onun öz materiallarında barəsində yazdığı cinayət əməllərinə dair müstəqil araşdırmaya başlamağa çağırır.

RATİ Birləşmiş Millətlər Təşkilatının Baş Katibini və Təhlükəsizlik Şurasını Pakistanın keçmiş baş naziri Benazir Bhutto və Livanın keçmiş baş naziri Rafiq Haririnin qətlinin xüsusi müstəqil beynəlxalq komissiyalar tərəfindən araşdırıldığı oxşar işlərdə olduğu kimi Dafne Karuana Qalizianın qətlinin şəraitini araşdırmaq üçün müstəqil komissiya yaradılmasına təşəbbüs göstərməyə çağırır.

RATİ Azərbaycanın Baş Prokurorunu korrupsiyaya qarşı mübarizə aparan blogger Dafne Karuana Qalizianın öz nəşrlərində Azərbaycan nümayəndələrinin Maltada cinayətkar maraqlarının olmasını dəfələrlə qeyd etməsini nəzərə alaraq, bloggerin sifarişli qətli ilə bağlı Azərbaycan nümayəndələrinin malik ola biləcəyi hər hansı mümkün motivlərə dair istintaqın başlanmasına çağırır.

RATİ həmçinin beynəlxalq jurnalist ictimaiyyətini jurnalist Pavel Şeremetin qətli zamanı aparıldığı kimi Dafne Karuana Qalizianın da qətli ilə bağlı alternativ jurnalist araşdırmasının aparılmasına çağırır.

IRFS Calls on United Nations and the European Union to Launch Independent Investigation into Murder of Female Journalist Who Wrote about Corrupt Links between Maltese and Azerbaijani Authorities

The Institute for Reporters’ Freedom and Safety (IRFS) condemns the contract killing of Maltese journalist Daphne Caruana Galizia and urges all parties, that are interested in the effective investigation of the crime, to carefully consider the possible connection between her murder and the publications, in which she exposed corrupt ties between the political leadership of Malta and Azerbaijan.

IRFS presumes that investigations and anti-corruption publications authored by the female journalist about the laundering of dirty money of the corrupt political elite of Azerbaijan in Malta could be indirect and direct motives for her murder.

IRFS condemns the political leadership of Malta for missing the opportunity to protect the life of the journalist, who two weeks before her death appealed to the police and warned law enforcement agencies of the threats she had received. This alarming circumstance suggests that the authorities, who have failed to protect the well-known journalist, will also negligently investigate the details of her murder.

“The involvement by the Maltese authorities of FBI agents from the United States and criminalists from the Netherlands in the investigation of the crime does not indicate the sincerity of the authorities in the speedy and effective investigation of this case. On the contrary, this step may be an attempt to throw dust in the eyes of the international and local communities to reduce suspicions towards the Maltese government, whose high-ranking representatives might have also been involved in the murder of the journalist,” IRFS CEO Emin Huseynov said. “Last time the Ukrainian law enforcement agencies involved FBI’s explosion experts in the investigation of the murder of journalist Pavel Sheremet who was killed in a car blast, the role of the FBI was limited solely to the technical expert examination of the explosion. The American law enforcers had essentially no significant influence on identifying the motives of the crime that could have helped to trace the mastermind and perpetrators of the murder. Even the Azerbaijani authorities, who are well-known around the world for their hostility to freedom of speech, immediately appealed to the FBI and Turkish special services for assistance in investigation after the high-profile killing of well-known public critic and journalist Elmar Huseynov in 2005 to at least somehow dispel the suspicions directed at them. Two months later, after the tension around Elmar Huseynov’s murder subsided, the US and Turkish intelligence officers were asked to leave the country and the results of their investigation remained unknown to the public. Essentially, a partial and inadequate involvement of foreign intelligence agencies in the investigation of high-profile crimes dispelled suspicions towards the authorities and reduced international and local criticisms against them. Usually, after the departure of foreign specialists, national investigative agencies purposefully bring the investigation into a deadlock, because corrupt authorities are essentially not interested in solving such crimes. Given the bitter experience of countries, where the establishment is, in fact, the source of power for organised crime, it is difficult to believe that the current Maltese authorities will find and punish the masterminds and perpetrators of the murder of Daphne Caruana Galizia,” Huseynov summed up.

IRFS believes that the outward signs of this audacious contract killing points to the demonstrative nature of the crime, which was aimed not only at stopping a well-known journalist but also intimidating other anti-corruption investigative journalists both inside and outside the country.

IRFS calls on the European Union to carefully investigate the murder of Daphne Caruana Galizia and to prevent a country, which is its full member and has recently presided over the European Council, from becoming a paragon of impunity where critics of high-level corruption and transnational organised crime turn into convenient and comfortable targets.

IRFS calls on the European Parliament to take maximum advantage of its powers to create a parliamentary mechanism to control the investigation of the murder of Daphne Caruana Galizia and to adopt a strong resolution calling on all EU countries to contribute to the investigation of this crime and preventing others from becoming possible victims in the future.

IRFS further calls on the EU countries to improve legislation and prohibit any possibility of using the economic infrastructure, in particular, the banking and financial system of the European Union, for laundering dirty money of transnational oligarch groups that are essentially the masterminds of crimes against corruption fighters.

Considering the fact that the journalist’s murder is linked to her investigation of the illegal actions of the Maltese and Azerbaijani authorities related to money laundering, which falls within the jurisdiction of the European Police Office (Europol), IRFS calls upon the Europol to immediately begin its own investigation into the journalist’s murder and criminal actions that she reported on in her materials.

IRFS calls on the Secretary General and Security Council of the United Nations to initiate the creation of an independent commission to investigate the circumstances of the murder of Daphne Caruana Galizia, as done by the United Nations in similar cases during the investigation by special independent international commissions of the killings of former Pakistani Prime Minister Benazir Bhutto and former Lebanese Prime Minister Rafik Hariri.

IRFS calls on the Prosecutor General of Azerbaijan to launch an investigation into possible motives of the representatives of Azerbaijan behind the contract killing of anti-corruption blogger Daphne Caruana Galizia, given that she repeatedly mentioned their criminal interests in Malta in her publications.

IRFS also calls on the international journalistic community to conduct an alternative journalistic investigation into the murder of Daphne Caruana Galizia, as in the case of the similar murder of journalist Pavel Sheremet.

ИСБР ПРИЗЫВАЕТ ООН И ЕВРОСОЮЗ НАЧАТЬ НЕЗАВИСИМОЕ РАССЛЕДОВАНИЕ УБИЙСТВА ЖУРНАЛИСТКИ ПИСАВЩУЮ О КОРРУПЦИОННЫХ СВЯЗЯХ ВЛАСТЕЙ МАЛЬТЫ И АЗЕРБАЙДЖАНА

Институт Свободы и Безопасности Репортеров осуждает заказное убийство мальтийской журналистки Дафне Каруаны Галиции и призывает все заинтересованные в эффективном расследовании стороны тщательно рассмотреть возможную связь между ее убийством и публикациями в которых она выявляла коррупционные связи политического руководства Мальты и Азербайджана.

ИСБР допускает, что продолжающиеся со стороны журналистки расследования и антикоррупционные публикации касательно отмывания грязных денег коррумпированной политической элиты Азербайджана на Мальте могли быть косвенными и прямыми мотивами для ее убийства.

ИСБР осуждает политическое руководство Мальты за упущенную возможность защитить жизнь журналистки, которая за две недели до своей гибели обращалась в полицию и предупреждала правоохранительные органы о полученных угрозах. Данное тревожное обстоятельство указывает на то, что власти не защитившие известного журналиста будут также халатно расследовать обстоятельства его убийства.

«Привлечение к расследованию Мальтийскими властями агентов ФБР США и криминалистов из Нидерландов не указывает на искренность властей в скорейшем эффективном расследовании данного дела. Напротив данный шаг может являться пылью в глаза международной и местной общественности с целью снижения подозрений к правительству Мальты, высокопоставленные представители которых также могут причастны к убийству журналиста – заявил Исполнительный директор ИСБР Эмин Гусейнов. Последний раз в схожем аналогичном преступлении с подрывом автомобиля специалистов ФБР по взрывам привлекали правоохранительные органы Украины во время расследования убийства журналиста Павла Шеремета, при этом роль ФБР ограничивалась исключительно технической экспертизой взрыва и ни какого существенного влияния на выявление мотивов преступления которые помогли бы выйти на заказчиков и исполнителей убийства американские правоохранители по сути не имели. Даже известные во всем мире своей враждебностью по отношению к свободе слова власти Азербайджана после резонансного убийства в 2005 году известного общественного критика журналиста Эльмара Гусейнова , чтобы хоть как то рассеять подозрения в свой адрес сразу же обратились за помощью в расследовании к ФБР и турецким спецслужбам. Два месяца у спустя после того напряженность вокруг убийства Эльмара Гусейнова стихла сотрудников спецслужб США и Турции попросили покинуть страну а результаты проведенного ими расследования остались неизвестными для общественности. Одним словом частичное и неполноценное привлечение иностранных спецслужб для расследования резонансных преступлений рассеивало подозрения к властям и снижало международную и местную критику в их адрес. Обычно после отъезда иностранных специалистов национальные следственные органы целенаправленно заводят расследование в тупик, так как по сути коррумпированная власть бывает на заинтересована в раскрытии такого рода преступлений. Учитывая горький опыт стран где власть фактически является источником могущества организованной преступности трудно поверить что нынешние власти Мальты найдут и накажут заказчиков и исполнителей убийства Дафне Каруаны Галиции» – подытожил Гусейнов

ИСБР считает что внешние признаки данного дерзкого заказного убийств указывают на сущность показательного характера преступления которое преследовало цель не только остановить известную журналистку но и запугать других антикоррупционных журналистов расследователей как внутри страны так и за ее пределами.

ИСБР призывает Европейский Союз вплотную заняться расследованием убийства Дафне Каруаны Галиции и также не допускать превращения своего полноправного члена и недавно председательствующую в Европейском Совете страну в полигон безнаказанности где в качестве удобной и легкой мишени выступают критики высокопоставленной коррупции и транснациональной организованной преступности.

ИСБР призывает Европейский Парламент максимально воспользоваться своими полномочиями для создания парламентского механизма контроля над расследованием убийства Дафне Каруаны Галиции а также принять жесткую резолюцию призывающую все страны Евросоюза внести вклад в расследовании данного преступления и предотвращения возможных жертв в будущем.

ИСБР также призывает страны Евросоюза усовершенствовать законодательно и запретить любую возможность использования экономической инфраструктуры в частности банковской и финансовой системы Евросоюза для отмывания грязных денег транснациональных олигархических групп которые по сути являются заказчиками преступлений против борцов с коррупцией.

Учитавая тот факт что убийство журналиста связано с ее расследованием незаконных действия представителей властей Мальты и Азербайджана связанных с отмыванием денег что входит в компетенции расследований Европейской Полицейской Организации (Европол), ИСБР призывает Европол безотлагательно начать собственное расследование убийства журналистки и преступных действий которые она описывала в своих материалах.

ИСБР призывает Генерального Секретаря и Совет Безопасности ООН инициировать создание независимой комиссии по расследованию обстоятельств убийства Дафны Каруаны Галиции как это было предпринято ООН в схожих случаях во время расследования специальными международными независимыми комиссиями убийств экс премьер министра Пакистана Беназир Бхутто и экс премьер министра Ливана Рафика Харири.

ИСБР призывает Генерального Прокурора Азербайджана начать расследовать на предмет возможных мотивов заказа убийства антикоррупционного блогера Дафны Каруаны Галиции со стороны представителей Азербайджана о преступных интересах на Мальте которых неоднократно она упоминала в своих публикациях.

ИСБР также призывает международное журналистское сообщество провести альтернативное журналистское расследование убийства Дафны Каруаны Галиции, также как в случае альтернативного расследования схожего убийства журналиста Павла Шеремета.

Emin Hüseynovun Facebook səhifəsindən,
Ulduz, Paris, 19.10.2017
info@avropaninsesi.com