Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı ilə siyasi məhbusların böyülk bir qisminin azad edilməsi, ölkədə məhkəmə-hüquq sistemi sahəsində addımlara başlanılması Azərbaycanda  insan hüquqları sahəsində vəziyyətin dəyişəcəyinə dair müəyyən ümidlər yaradıb.
Elə son günlər hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən Meydan TV əməkdaşlarının  ölkədən çıxışına qoyulan yasağın götürülməsi də hakimiyyətin tənqidçilərinə münasibətinin dəyişdiyinə dair fikirlər yaradıb.
Belə görəsən, Azərbaycanı təkr etmiş siyasi mühacirlər vətənə qayıda bilərmi? Qayıdarlarsa, onları hər hansı təhlükə gözləyirmi?
Gununsesi.org-un əməkdaşı bu suala aydınlıq gətirmək üçün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla əlaqə saxlayıb.
Azərbaycanın hüquqi dövlət olduğunu deyən Səməd Seyidov bildirib ki, heç kəs qanunsuzluq etmədiyi halda məsuliyyətə cəlb oluna bilməz: “O insanlar qərarlarında sərbəstdirlər. Öz ölkələrinə gələ bilərlər. Onları hər hansı bir təhlükə gözləmir. Bu sualı onlara ünvanlamaq lazımdır ki, niyəgəlmək istəmirlər”.
“Siyasi mühacirlərin fəaliyyətin görə, qohumları burada təzyiqlərə məruz qalıbsa, özlərini də təhlükə gözləmirmi” sualına Səməd Seyidov cavabında bunları deyib: “Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu addımları da görürsünüz. Meydan Tv əməkdaşları ilə bağlı elə dünən eşitdiklərimiz buna nümunədir”.

 

 

 

 

Print Friendly, PDF & Email