Səudiyyə Ərəbistanının “Sinek” ləqəbli trollları sosial mediada qorxu yaradır.

Səudiyyə Ərəbistan hökumətini tənqid edənlərə qarşı mütəşəkkil bir linç kampaniyası təşkil edən “Trolları” bölgə mütəxəssislərinin gündəmindədir.

“Sinek” ləqəbli bu sosial media hesablarının artması vəliəhd şahzadə Məhəmməd bin Salmanın yüksəlişi ilə üst-üstə düşür.

Qarşıya qoyulan tənqidlərə qarşı əvvəlcədən hakimiyyətin sərəncamında mövcud olan mühafizəkar dini diskussiya bu Troll ordusu ilə təcavüzkar bir millətçi üslubla əvəz olundu.

Adətən liderlərinin şəklini və ya səltənət bayrağını  profil fotoları kimi istifadə edərən Səudiyyə trollları Kral ailəsi daxilindəki insanları belə hədəfə almaqrdan belə çəkinmirlər.

Krallığı müdafiə edən bu troll ordusunun arxasında keçmiş kral məhkəməsinin müşaviri Saud əl-Qahtani olduğu düşünülür və buna görə də “cənab Hashtag” və ya “Sineklərin Rəbbi” ləqəbi verilib.

Saud əl-Qahtani, jurnalist Cemal Kaşıkçının 2018-ci ilin oktyabrında İstanbuldakı konsulluq binasında öldürülməsindən sonra vəzifəsindən azad edilmişdi. Ancaq, arxa planda troll ordusuna rəhbərlik etməyə davam etdiyi barədə yayılmış bir fikir var.

 

“Onlar hökumətdən güclüdür”.

AFP-yə danışan Səudiyyə akademik Saleh əl-Asimi, dövlət rəmzlərindən istifadə edən bu trollların sanki hökumət tərəfindən dəstəkləndiyi kimi təhlükə yaratdığını vurğulayır.

Əl-Asimi “paralel hökumət kimi” fəaliyyət göstərən bu qrupun əsl hökumətdən güclü olduğunu iddia edir.

“Bu xəyal hesabları Səudiyyə liderləri üçün əvəzsiz oldu” dedi Vaşinqtonda yaşayan Səudiyyə mütəxəssisi Annas Şaker.

Vəliəhd Şahzadə Məhəmmədin rəhbərliyi altında aktivistlərə və tənqidi səslərə təzyiq getdikc artır, Səudiyyə trolları isə ölkədə böyük qorxu yaradır.

 

Twitter’ın kapattığı 7 bin 340 hesaba dair hazırladığı raporda neler var?

 

Qətər haqqında müsbət fikirlər söyləyənlər hədəfdədirlər.

Şaker, 2017-ci ildə Təhsil Nazirliyi proqramını idarə etmək üçün işə götürülən səudiyyəli bir qadın Houda əl-Həmudun bu trolllar tərəfindən işdən çıxarıldığını söyləyir. Əl-Hamoud vəzifəyə başlamasından qısa müddət sonra müsbət mesajlarla Qətərlə bağlı əvvəlki müsbət yazıları ortaya çıxdıgına görə  Trolların gərgin bir sosial media kampaniyasından sonra vəzifəsindən azad edildi.

AFP-yə danışan və adının açıqlanmasını istəməyən bir dövlət məmuru, bu kiber təzyiqin qarşısını almaq üçün hər gün Qətər və İrana qarşı sosial mediada yazı göndərdiyini söylədi.

Digər tərəfdən, mütəxəssislər Covid-19 böhranı və neftin qiymətinin düşməsi fonunda ölkənin sərtlik dalğasına girməsi ilə bu idarəetmə ordusunun rejimə qarşı çevrilə biləcəyini xəbərdar edirlər.

Vaşinqtonda yerləşən Ərəb Körfəzi Ölkələri İnstitutundan Eman Alhussein, “Dövlətin təşviq etdiyi millətçi hissi “Trojan atı” yaratmış ola bilər cümləsi ilə Ər-Riyad üçün gələcəkdə təhlükənin miqyasını göstərir.

Ərəb dünyasında ən çox Twitter istifadəçisi olan Səudiyyə Ərəbistanı platformanın məzmununu manipulyasiya etməyə çalışmaqda ittiham edildi.

Amerika firmasının iki keçmiş işçisi 2019-cu ildə xüsusi olaraq Ər-Riyad üçün casusluqda ittiham olunurdu.

Twitter əvvəllər Ər-Riyad hökuməti ilə əlaqəli bəzi hesabları dayandırmışdı.

DAHA ƏTRAFLI

euronews.com

 

 

 

Print Friendly, PDF & Email