Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.

Bu barədə Moskva meri öz bloqunda yazıb.

O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.

Bununla bərabər, sabahdan Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.

 

 

 

Print Friendly, PDF & Email