Print Friendly, PDF & Email

 

 

 

 

 

Sabiq deputat Gülər Əhmədova KQB – dəki işini itirdi…
Gülər Əhmədovanın son vəzifəsi də əlindən alındı. Sabiq deputat MTN-dəki işini də itirdi
Elşad Abdullayevlə seçki müzakirələrinin həsr olunduğu video görüntülərinə görə, deputat mandatından məhrum edilən və barəsində həbs qətimkan tədbiri seçilən Gülər Əhmədova indiyədək bir neçə qurumdakı vəzifəsindən də azad edilib. Moderator.az-ın xəbərinə görə, bu günlərdə Gülər Əhmədova ən sonuncu vəzifəsini də itirib. Belə ki, o Milli Təhlükəsizlik nazirliyi yanındakı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvlüyündən xaric edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Gülər Əhmədovanın bu postan getdiyi bildirilsə də rəsmi qərar yeni verilib.
Bununla yanaşı Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Həsən Sarıyev və Füzuli Rayon İcra Hakimiyətinin sabiq başçısı Nəbi Muxtarov da komissiya üzvlüyündən kənarlaşdırılıblar. Onların əvəzinə adıçəkilən rayonların icra hakimiyətilərinin başçıları komissiyaya daxil edilib.

Moderator.az

Bax:

http://moderator.az/news/32215.html