Print Friendly, PDF & Email

 

 

 

 

 

Sabiq deputat Gülər Əhmədovanın sifarişilə saxta ittihamlarla həbs edilən Sevinc Babayevanın oğlunun cəzası yüngülləşdirilir – Hökm ləğv edildi

Arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov barəsində olan cinayət işi yenidən Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada qərar qəbul edilib.

Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılmasına qərar verilib.

Ayxan Məmmədovun barəsində olan cinayət işi üzrə material yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, şikayət araşdırılması üçün hakim Əmir Bayramovun icraatına verilib.

İlkin baxış iclası iyulun 31-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsi Ayxan Məmmədovun şikayətini təmin etməyib.

Bundan sonra Ayxan Məmmədov işinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə baxan hakim heyəti onun kasasiya şikayətini təmin edib və Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılmasına qərar verilib.

Ittihama görə, hadisə 2016-cı ilin fevralın 4-də Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov həyətdə arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub.

Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovu polis saxlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə rektor arasında vasitəçilik edən Sevinc Babayevanın oğludur.

Sevinc Babayeva “İnterpol” xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.


Müəllif: Hacı Zeynalov