ABU-in məzunu, Sabiq vicdan məhbusu və tanınmış  jurnalist Pərviz Həşimli keçmiş MTN-in müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qalıb … !!!

Снимок экрана 2016-08-19 в 22.08.39
“Gününsesi.info” saytının ötən gün saxlanılan baş redaktoru Pərviz Həşimli cərimə olunub.
APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Pərviz Həşimli və  Zöhrab Muradovun hər biri 50 manat məbləğində inzibati qaydada cərimə olunub.
Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılıb.
Jurnalist Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
http://musavat.com/news/son-xeber/perviz-heshimli-cerime-olunub_371792.html
Print Friendly, PDF & Email