Print Friendly, PDF & Email

 

 

Avropada yaşayan Azərbaycanlılar Almaniyadakı  Ermənistan səfirliyi önündə aksiya keçirib…

 

Sarkisyan terroristdir və Xocalıya görə cavab verəcək-Berlindən aksiya – Video
Orduxan Bəbirov

 

 

 

 

 

Almaniyadakı azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçirib – Video

Fərahim İlqaroğlu/ AzEuroNews.com / Almaniya ► ► ►Almaniyada yaşayan azərbaycanlılar Berlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib.  AzEuroNews.comxəbər verir ki, etiraz aksiyası Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı olub.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev AzEuroNews.com-a bildirib ki, aksiyaya Almaniyanın müxtəlif əyalətlərində yaşayan həmvətənlərimiz qatılıb : ” Düzdür iş günü olduğu üçün onlardan çoxunun aksiyada iştirakı alınmadı. Amma, buna baxmayaraq aksiyamız uğurlu alındı. Səfirliyin qarşısında toplaşan həmvətənlərimiz Alman dilində yazılmış plakarlarla Azərbaycan, rus, alman və ingilis dilində şüarlar səsləndirdilər. Keçirdiyimiz etiraz asksiyasında Avropada təşkilatlanmış və təşkilatlanmaqda olan siyasi təşkilatlar, siyasi partiyaların təmsilçiləri və üzvləri, jurnalistlər, QHT nümayəndələri, tələbələr, həkimlər, iş adamları və Qarabağdan qaçqın düşən həmvətənlərimiz iştirak edirdi. Aksiyada Xocalıda ermənilərin törətdikləri o dəhşətlərin canlı şahidi olan ailənin çıxışı zaman qanımız dondu. Məqsədimiz o idi ki, Berlində yaşayan əhali, beynəlxalq təşkilatlar Xocalı ilə bağlı həqiqətləri bilsinlər”.

Anar Orucov
Anar Orucov

“Kanal 13” internet televiziyasının və Almaniyada çap olunan “Avropost” qəzetinin  baş redaktoru Anar Orucovun sözlərinə görə, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün təşkil olunana belə aksiyalar davamlı olacaq: “Almaniyada xeyli həmvətənimiz yaşayır. Artıq onların təşkilatlanması istiqamətində yaxşı işlər görülüb. Qarabağ Azərbaycan torpağıdır. Canımız, qanımzdır. Bu gün keçirdiyimiz Xocalı soyqırımı ilə bağlı aksiyada xeyli həmvətənimiz iştirak edirdi. Sizin vasitənizlə Avropada yaşayan həmvətənlərimizə demək istəyirəm ki, Xocalı, Qarabağla bağlı bütün tədbir və aksiyalarda mütləq iştirak etmək lazımdır”.

Qurban Ələkbərov
Qurban Ələkbərov

Almaniyada yaşayan həmyerlimiz, tərcüməçi, fəlsəfə doktoru Qurban Ələkbərov Almaniyanın müxtəlif əyalətlərindən Xocalıya görə, Ermənistan səfiriliyi qarşısında toplaşan azərbaycanlılara təşəkkürünü bildirdi: ” Bu bizim üçün çox önəmlidir. Təəsüf ki, Ermənistanın işğal siyasəti hələ də davam edir. Və bizim əlimizdən yalnız buna etiraz etmək gəlir. Amma, mən ümid edirəm ki, nə vaxtsa torpaqlarımız geri qayıdacaq və biz qələbə gününü qeyd edəcəyik. Başımıza gələn faciələrdən isə, yalnız nəticə çıxarıb düzgün addım atmaq lazımır”.

 

 

Orduxan Bəbirov
Orduxan Bəbirov

Aksiyaya Hollandiyadan gələrək qatılan bloqqer Orduxan Bəbirov isə bildirdi ki, əslində bu aksiyamız daha da kütləvi olmalı idi: “Biz gəlib bu ermənilərdən haqq-ədalət istəməli deyilik. Biz bunlardan haqqı-ədaləti boğazlarından dartıb, çıxarıb almalıyıq. Çünki biz deyirik ki, güclü dövlətik. Arxamızda 80 milyondan çox əhalisi olan qardaş Türkiyə dayanıb. Amma, gəlirik bu halda bunlardan ədalət istəyirik. Bunlar kimdir ki? Bunlar tülküdürlər. Bunlardan ədalət istəmək yox, bunlara sərt şəkildə olduqları yeri göstərmək lazımdır. Əfsüslar olsun ki, Almaniya qanunları bizə sərt davranışlara icazə vermir. Bu gün həm də ona görə pis oldum ki, təkcə Berlin şəhərində 30-35 min azərbaycanlı yaşayır. Amma, bura 150-200 nəfər toplaşa bilib. Bundan sonrakı akiyalarda daha aktiv, daha kütləvi olmalıyıq”.

Aksiya digər iştirakçıların çıxışı, Xocalı ilə bağlı müxtəlif şüar və məlumatların yazıldığı broşuraların səfirlik önünə buraxılması ilə sona çatıb.

 

azeuronews.com