Print Friendly, PDF & Email

Çingiz Abdullayev cəbhəsindən Zahid Orucun ittihamına cavab gəldi

Çingiz Abdullayev cəbhəsindən Zahid Orucun ittihamına cavab gəldi. Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen-Klubun mətbuat xidməti millət vəkili Zahid Orucun fikirlərinə münasibət bildirib.Seçkili ictimai vəzifə ilə dövlət qulluğunun fərqini bilməyən şərbaz ”GÜLƏRQEYT” ci millət vəkili Zahid Orucun isə halına acıyırıq”…
Qeyd edək ki, Zahid Oruc bir neçə gün əvvəl Milli Məclisin iclasında C.Abdullayevin tutduğu vəzifələrdən getməsini təklif edib.
Pen-Klubun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, Çingiz Abdullayev 4 deyil, 18 vəzifədə işləyir ki, bunlardan 4-ü beynəlxalq xarakterlidir.
“Lakin vəzifələrinin 18-i də ictimai vəzifədir, heç biri dövlət qulluğu deyil. O, məmur deyil, vəzifələri seçkilidir və vəzifə maaşı ödənilmir.
Çingiz Abdullayevin vəzifədən azad olunması üçün yeni seçkilər keçirilməli və onu özü qədər nüfuzlu insan əvəz etməlidir. Onun tutduğu vəzifələri boşaltması qənaətlə nəticələnməyəcək. Yalnız Yazıçılar Birliyi bu mənada istisnadır. Oradan aldığı maaşını isə əməkdaşlara verir.
Bütün jurnalistlərin nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi təşkilatların heç birində ona xidməti avtomaşın ayrılmayıb. Seçkili ictimai vəzifə ilə dövlət qulluğunun fərqini bilməyən millət vəkilinin isə halına acıyırıq”.
 images