Print Friendly, PDF & Email

 

 

 

 

 

                                           
Siyasi Məhbusları Müdafiə Mərkəzinin Avropa işi Hesabatından çıxarış: ABU məzunu Rəşad Qurbanov – Fransa
Siyasi Məhbusları Müdafiə Mərkəzi
“Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar” mövzusunda
                                                                      H E S A B A T
(Sənəd 30 oktyabr 2017- 01 mart 2018- ci illər aralığında hazırlanıb)
Çıxarış:
Qurbanov Rəşad (Fransa) – 28.11.1985- ci il tarixində Mingəçevir şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Dövlət və bələdiyyə idarə etmə fakültəsini bitirib; “ABU- da  oxuduğum müddətdə universitetin nəzdində Tələbə hərəkatının fəal üzvü olmuşam. Universiteti bitirdikdən sonra yaradıcısı  ABU rektoru hüquq profesoru Elşad Abdullayev oldugu ogurlanmış qardaşı Mahir Abdullayevin   Hüquqlarının Müdafiə Komitəsinə üzv oldum. Bu səbəbdən 2012- ci il tarixində silahlı qara maskalı şəxslər tərəfindən evimə basqın olunaraq məni 3 gün Bakıda Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasında işgəncə verərək döydülər və məni ordan buraxmalarının səbəbi mənə Elşad Abdullayev haqqında böhtan atdıqları sənədə qol çəkdirmələri oldu.
2012- ci il tarixində NİDA gənclər hərakatının sıralarına qatıldım. Mənə hakimiyyət tərəfdən ən böyük işgəncə 15.03.2015- ci il tarixində olmuşdu. Həmin tarixdə yenə də evimə basqın olunaraq evdən oğurlanıb Mingəçevir şəhər polis  bölməsinə aparılaraq orada məni çox pis şəkildə döydülər. Mənə məcbur edirdilər ki, saxta sənədə qol çəkim məni həbsə göndərsinlər. Mən onların dediklərinə əməl etmədiyimə görə məni pis şəkildə döyüb sağ qılcamın yuxarı hissəsindən qırdılar. Həmin anda mən ağrıdan huşumu itirdim, gətirib məni xəstəxananın qabağına atıb getmişdilər. 4 ay Mingəçevir şəhər Mərkəzi xəstəxanasında yatdım, bu barədə bir nəfər polis gəlib izahat almadı ki, sənə nə olub !?
Həmçinin, xəstəxanadan mənim nə üçün xəstəxanada yatdığım üçün sənəd belə vermədilər.
13.06.2016 cı il tarixində bu polis zorakarıqlara təhlükəsinə ggörə  ailəmlə qərara gəldi ki ölkəni tərk edək. Hal- hazırda Fransada siyasi mühacirəm.
Buradan sosial şəbəkələrdən açıq şəkildə danışdığım üçün, Əliyev rejminin 25 ildir xalqa necə zülm etdiyini, təbii sərvətlərini necə mənimsədiyini, harada özlərinə mülk əldə etdiklərini yazdığım üçün Azərbaycanda mənim yaxın qohumlarıma qarşı dövlət terroru etdib, onları  saxta ittihamlarla həbsə atdılar.
2 martın 2018-ci ildə Fransadakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra təzyiqlər başlayıb. 8.03.2018- ci il tarixində Şəki şəhəri polisi qaynım, həm də xalam oğlu Quliyev İlkini Şəki şəhər polis bölməsinə aparıblar və oradan mənə zəng etdiriblər ki, sosial şəbəkələrdən yazılarımı, çıxışlarımı silim. Mən razılaşmadığım üçün Quliyev İlkini saxta məhkəmə qurularaq 30 gün həbs veriblər, daha sonra 20.04.2018- ci il tarixində qardaşım Qurbanov Fuad Mingəçevir şəhər polisi tərəfindən aparılaraq orada işgəncə verilib, sonra saxta nakotika ittihamı ilə məhkəmə tərəfindən onun haqqında saxta 3 aylıq həbs-qəti imkan tədbiri seçiblər. Daha ətraflı:
https://www.amerikaninsesi.org/a/hebs/4368797.html
Mən buradan  Əliyev hakimiyyətinə demək istəyirəm ki, bu əməllərlə məni susdura bilməyəcəksiniz! Azərbaycan xalqı sonda sizin kim olduğunuzu biləcək və sizə lazımı cavabınızı verəcək”. Daha ətraflı:
https://www.azadliq.info/218759.html
https://www.azadliq.info/216930.html

Ulduz, Fransa, Paris, 18.06.2018

info@avropaninsesi.com