Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Hefteaz.info xəbər verir ki, Avropada siyası mühacir həyatı yaşayan hüquq-müdafiəçisi Vidadi İsgəndərlinin atasnın məzarı naməlum şəxslər tərəfindən təhqir edilib. Kamil Seymurov adlı şəxs tərəfindən Yotube sosial şəbəkəsində göstərilən video-görüntüdən belə məlum olur ki, Bakıdan Göyçaya gələn bu şəxslər məhz hüquq müdafiəçisi Vidadi İsgəndərlinn atasının Göyçay rayon Məlikkənd qəbirstanlığındakı məzarını təhqir etmək üçün gəliblərmiş. Bu videonun Yotubda göstərilməsi Göyçay sakinlərinin narazılığına səbəb olub. Tanınmış ictimai-siyası xadim Nəsimi Məmmədli və Göyçay Müstəqil Ziyalılar Birliyi bu hadisəyə etiraz edərək bəyanat veriblər.

Bəyanatda deyilir:

” İzlədiyim bir video məni heyrətləndirdi. Bu “video” ölkəmizdə ağlı başında olan hər kəsə bir həyəcan siqnalı olmalıdır!   Bu əməl İlham Əliyevin özünə qarşı təxribatdı. Kənar qüvvələrdə bu təxribatda maraqlı ola bilərlər.
Videoda Avropada siyası mühacir olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının Göyçay rayonunun Məlik kəndində olan məzarı bir qrup şəxs tərəfindən təhqir olunur. 
Öncə qeyd edim ki, Göyçay rayonu ölkəmizin ən qədim yurdlarındandır və orada yaşayan insanların mütləq əksətiyyəti milli dəyərlərimizə sadiqliyi ilə seçilir. Ziyalıları ilə yanaşı, qəhrəmanları da gözümüzün önündə olub. Qarabağ savaşında şəhid olan göyçaylı qardaşlarımı indi də ehtiramla yad edirəm. 
Kiminsə fəaliyyətini bəyənməmək, onu tənqid etmək olar, ancaq bir şəxsə görə bir elin-obanın qəbirstanlığına gəlib ağsaqqal bir insanın məzarını təhqir etmək, elə bütün azərbaycan xalqını təhqir etməkdir.
Göyçay rayon sakini olmadığı ləhcəsindən bəlli olan şəxs (lər) etiraf edir ki, məhz məzarı təhqir etmək məqsədlə Göyçaya gəliblər. Xalqımızın qəbristanlıq dəyərlərini ayaqlar altına atıb, millətimizin əsrlər boyu toxunulmaz olan adətlərini çeynəyib, sonra da əl-qollarını sallayaraq çıxıb gediblər. 
Bu təhqiri səsləndirən şəxsin ləhcəsindən dərhal aydın olur ki, o, azərbaycanlılara nifrət edın PKK təxribatçısıdır. Bu ləhcənin kimlərə məxsus olduğunu dərhal aydın etmək olur. 

Görəsən Göyçay rayon hüquq mühafizə orqanları belə bir rüsvayçılığı törədənləri aşkara çıxarmağa cəhd edibmi? Bəlkə hansısa zəruri addımlar atılıb, cinayət törətmiş şəxslərin tapılıb cəzalanması istiqamətində nə isə edilib?

Bu barədə məlumatsızıq…
Üzümü ölkənin fəal insanlarına tutaraq bu vandalizmi qınamağa çağırırıq. Hüquq mühafizə orqanlarının rəhbərlərinə tutaraq onları bu vandalizmi törədənləri dərhal cəzalandırmağa çağırırıq. Bu çox pis nümunə ola bilər. İstənilən xarici təxribatçı qüvvələr üzlərini gizləyərək ölkəmizin dünyasını dəyişən eks-prezidentlərinin şəkillərinə, ölkəni idarə edən yüksək vəzifəli şəxslərin şəkillərinə qarşı eyni cinayət əməlini törədib yaya bilərlər. Cəmiyyətdə gərginliyin artmaması naminə bu şəxslər mütləq qanunla sərt cəzalanmalıdırlar. İndi bu əməldən sonra sosial şəbəkələrdə belə tendensiya baş qaldırarsa, onun məsuliyyəti bu vandalizmin cəzalanmamasından qaynaqlanacaq.”

 

Adıçəkilən çirkin video:

 

Hefteaz.info