Print Friendly, PDF & Email

 

 

 

 

 

Avropaninsrsi.com

Siyasi mühacirlər Azərbaycanda qohumlarının təqibə məruz qaldığını bildiriblər 

Avropada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak edən siyasi mühacirlərin qohumlarına ölkədə təzyiq göstərilir.

Bu barədə Bonnda BMT ofisi qarşısında “Siyasi Məhbuslara Azadlıq” aksiyasının təşkilatçılarından biri, “Demokratiya naminə vətəndaş təşəbbüsləri” birliyinin rəhbəri Sevinc İsgəndərovanın Turan agentliyinə daxil olmuş bəyanatında deyilir.

O qeyd edir ki, aksiyanın məqsədi BMT-nin diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına çəkmək idi.

Aksiya avqustun 29-da keçirilib, aksiyadan bir müddət keçməsinə baxmayaraq, siyasi mühacirlərin qohumlarına təzyiq kəsilmək bilmir.

“Bir neçə gündür qardaşımı Beyləqan rayon polisi axtarır. Bir müddət əvvəl aksiya iştirakçısı Pərviz Abdullayevin qardaşı həbs edilib.

Bu günlərdə digər iştirakçılar Azər Kərimovun qardaşını və İsmayıl Əliyevin qaynını da həbs ediblər.

Könül Əmirovanın atası işdən çıxarılıb. Digər aksiya iştirakçılarının qohumlarına təzyiq göstərilir”, deyə İsgəndərova yazır.

Xatırlatmaq istəyirik ki, buna qədər də dünyanın ən qəddar Əliyevin  Despotik Diktatorlugu rejimi tərəfindən   Bakıda siyasi mühacir Avropaninsrsi.com saytının rəhbəri hüquq professoru Elşad Abdullayevi susdurmaq məqsədilə qardaşı oglu Mübariz Abdullayev saxta ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edilib.  Hüququ professor Elşad Abdullayevin rəhbəri oldugu Avropaninsesi.com saytnın Azərbaycana girişinə qadagan qoyulub. Bu isə Azərbaycan Respublikası Konstitusiysı və Avropa Konvensiyası ilə təsbit edilmiş insan hüquqlarının, vətəndaşların söz azadlıgının  kobud şəkildə pozulmasıdır.

 

 

Artıq, Azərbaycanda dünyanın ən qəddar rejim – Əliyevin dspotik diktatorlugu qurulub.Bu rejim demokratik inistitutların bütün normalarından imtina edib.Ölkədə beynəlxalq İŞİD terrorundan da daha təhlükəli qatil diktatorluq rejimi formalaşıb. Mahir Abdullayevin ogurlanması cinayəti kimi guya dövlət sirri hesab edilən aglasıgmaz   sirli dövləti cinayətlər.

Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycan Alyansının rəhbəri siyasi mühacir Riyad Əliyevi susdurmaq məqsədilə  qardaşı ikiqat Avropa çempionu Renad Əliyev saxta ittihamlatla 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri siyasi mühacir Qabil Rzayevi qorxu altında saxlamaq məqsədilə yaxın qohumları saxta ittihamlarla həbs olunub.

Beynəlxalq Hüquq Müdafiəçisi Vidadi İsgəndərlinin 37-ci iş uslubunda yxaın qohumları ondan imtina edilib. Bişmiş tiyugunda gülməyi gəlir Vidadi İsgəndərlinin dogma anası ondan imtina edib!?

Euroasia-news.com saytının rəhbəri Fuad Agayevin yaxın qohumları dövlət terroruna məruz qalıb və onun rəhbərlik etdiyi saytin Azərbaycana girişinə Stop qoyulub.

Azərbaycan Beynəlxalq Universitetinin Avropaya mühacirat etmiş  müəllim və məzunlarının qohumları  dövlət terroruna məruz qalıb və bir çoxlarınında qohumları Gizli polis tərəfindən saxlanılıb və susdurmaqla təhdit edilib.

 

 

 

 

Ulduz, Paris, 22.12.2017

info@avropaninsrsi.com