Print Friendly, PDF & Email

 

 

 

 

 

 

İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Hüquq doktoru İlqar Altay

salamalta@yahoo.com

 

SİYASİ MÜHACİRLƏRİN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ:  AZƏRBAYCAN İQTİDARININ TƏXRİBAT-TERROR PLANLARI HAQQINDA BƏYANATI
Azərbaycan hakimiyyəti, onun diktatura idarəçiliyindən bezib xaricə üz tutmuş mühacir vətəndaşlarına qarşı son dövlər total təqib siyasəti aparır. Görünür ki, bu rejim ölkə içərində olduğu kimi, ölkənin hüdudları kənarında da vətəndaşların narazılığını: tənqidlərini, ifşaedici araşdırma və çıxışlarını, etiraz aksiyalarını qanunsuz və zorakı vasitələrlə susdurmaq yolu seçib. Müşahidələr göstərir ki, xaricdəki vətəndaşların azad, sərbəst imkanlardan yararlanıb, vətənlərindəki rejimin bütün əyriliklərini açıq formada ölkə və dünya qarşısında ifşa etməsi Azərbaycan iqtidarını görünməmiş dərəcədə narahat edib. Buna görə “xariclə iş üzrə” xüsusi mərkəz və plan hazırlanıb. Bu iş üçün strategiya, “kadrlar”, maliyyə imkanları ayrılıb, sistemli fəaliiyət istiqamətləri müəyyən olunub. Bu işin icra olunmasına hakimiyyətin ictimai-siyasi institutları, informasiya vasitələrindən tutmuş, xüsusi xidmət orqanları, öğru-kriminal avtoritetlər və xaricdəki korrupsiya-mafioz mahiyyətli hər mümkün imkanlardan istifadə nəzərdə tutulub. Hətta rəsmi dövlətlərarası münasibətlərdən yararlanmaqla bəzi ölkələrin hökumətlərinə təsir, təzyiq, xahiş tipli addımlardan istifadə…
Susdurma kampaniyasında hər müxtəlif qanunsuz addımdan çəkinilmir. Müxalif mühacirlərin ölkədəki yaxınlarına basqı-təhdid və həbs-işgəncələr, ailə şantajı və ölü-qəbir təhqiri. Kriminal aləmin oğru-avtoritetləri və ölkənin leqal və qeyri-leqal gizli xidmət orqanları birliyində mühacirin xaricdən oğurlanıb gətirilməsi. Xarici ölkədə hətta, Avroada-Almaniyada ogurladıb, döyüb-işgəncə vermə və sair kimi metodlar. Artıq, mühacirlərin: Vidadi İsgəndərlinin ailəsinin və yaxlnlarının polis idarəsinə aparılması, sıxışdırılıb ondan “imtina” etdirilməsi, Tural Sadıqlının qardaşının Bakıda qardaşının həbsi, Qələndər Muxtarlının Gürcüstandan oğurlanıb ölkəyə gətirilməsi və həbsi, Rəfael Piriyevin almaniyada oğurlanıb meşədə döyülmə təhdidi və s. Son məlumata görə Azərbaycan hakimiyyəti mühacir rəqibləri susdurmaq üçün artıq, ən son dəhşətli radikal addımlara hazırlıq görür. Söhbət ən təhlükəli, təsir güclü və “başağrılı” arzuedilməz düşmən hesab edilən bir neçə nəfərin fiziki məhvindən, qətlindən gedir.. Avropada, Ukrayna, Rusiya, Türkiyə və başqa ölkələrdəki ən “təhlükəli” rəqiblərini qətl, “avtoqəzaya” salma, son dövr dəbində olan kimyəvi zəhərləmələr və s. kimi metodlarla…
Bunun üçün, rejim həbsdən buraxdığı kriminal avtoritetlər və xaricdəki şəbəkələri, ölkə xarici kəşfiyyatı və xarici ölkədə korrusiya lobbisinin birgə koordinasiyasında yaradılmış bir neçə ölüm qrupundan istifadə etməyi planlaşdırır. Hədəf seçilmiş mühacirlərin təxmin etdiyimiz adlarını onların təhlükəsizliyinə müvafiq, hələlik açıqlamırıq. Bununla əlaqədar: – Azərbaycan hakimiyyətinə müraciət edirik: siyasi rəqiblərinizlə sivil və demokratik qaydada davranın, qanuna zidd təsir, təzyiq, şantaj, təxribat, terror metodlarından əl çəkin! – Əziz və hörmətli Azərbaycan xalqımıza üz tuturuq: bu iqtidarın belə ifrat əməllərini qınayın, xaricdə yaşamağa məcbur, qəlbi və ruhu sizinlə olan övladlarınızı müdafiə edin! – Mühacirlərin yerləşdiyi xarici dövlətlərə üz tuturuq: ərazinizdəki siyasi mühacirlərin mühafizəsinə diqqəti artırın! – Azərbaycanlı mühacirlərə üz tuturuq: xarici ölkələrdəki sabitlik və əmin-amanlığa arxayın olmaqla, həyatınıza qarşı ehtiyatlı və diqqətli də olun!

 

İLQAR ALTAY Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri

Ulduz, Paris,19.03.2018

info@avropaninsesi.com