Söyüşkən-qarayaxmaçı KQB trollarının Xaç atası Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

bbc.com

Ramiz Mehdiyev vəzifəsindən azad edildi

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Başqa bir sərəncamla prezident Ramiz Mehdiyevi Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edib.

Sərəncamda göstərilib ki, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının ümumi yığıncağında prezident seçilib.

Bir neçə gün əvvəl isə Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi yazıb.

Bu həftə Prezident İlham Əliyev deyib ki, iqtidarda təmsil olunan yaşı 70-i keçən məmurların istefa verəcəyinə ümid edir. Prezident qeyd edib ki, “daha gənc nəslə yol vermək lazımdır”.

O, Ramiz Mehdiyevi “dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə” görə “Heydər Əliyev” ordeni ilə təltif edib.

Ramiz Mehdiyev 24 il idi ki, Prezident Adminstrasiyasına rəhbərlik edirdi.

İlham Əliyev bir neçə gün əvvəl Baş Nazirin iki müavini olmuş Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edib və onların istefa ərizəsini qəbul edib.

Prezident İlham Əliyev həmin görüşdə bildirib ki, “iqtidarda 70 yaşını keçən” məmurların istefa verəcəyinə “ümid edir”.

Ramiz Mehdiyev 80 yaşını ötüb.

Nazirlərin dəyişməsi

Ölkə başçısı iqtisadiyyat naziri Şahin Mustafayevi nazir postundan azad edib və onu baş nazirin müavini təyin edib.

Bundan başqa prezidentin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

O, 2017-ci ilin dekabrında vergilər naziri vəzifəsində Fazil Məmmədovu əvəz etmişdi.

Vergilər naziri vəzifəsinə kimi isə Mikayıl Cabbarov təhsil naziri kimi çalışıb.

Müxalif Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə ölkədə “köklü dəyişikliklərin” baş verdiyinə inanmadığını bildirib.

Azadlıq radiosuna verdiyi müsahibədə Əli Kərimli bildirib ki, İlham Əliyev özü şəffaflığa başlamasa, heç bir məmurun fəaliyyətində şəffaflıq olmayacaq.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbayan əldə etdiyi neft gəlirlərini düzğün istiqamətləndirə bilməyib və nəticədə ölkədə məmur inhisarçılığı, rəqabətsiz biznes mühiti yaranıb.

 

https://www.bbc.com/azeri/azerbaijan-50155206

 

 

 

 

Print Friendly, PDF & Email