Paşinyan BBC jurnalistinə : “Dağlıq Qarabağın, Artsaxın Ermənistan olduğunu niyə dedim?
https://youtu.be/LioEyxuhTIY
Stephen Sackur: Nikol Paşinyan, Ermənistan qüvvələri tərəfindən törədilmiş insan haqları pozuntuları üçün üzr istəməyə hazırsınızmı?

Nikol Paşinyan BBC-yə müsahibəsində: “Dağlıq Qarabağda yol çəkən Ermənistan hökuməti deyil”

 

Nikol Paşinyan jurnalist Stiven Sackur-la müsahibəyə internet vasiləsilə qoşulub
Stephen Sackur: Siz Azərbaycanla sülhə aparan cığırı tapmaq barədə danışaraq hakimiyyətə gəlmisiniz. Ancaq keçən ay Azərbaycan və Ermənistan arasında yeni döyüşlər baş verdi, biz hər iki tərəfdən ən azı 17 hərbi personalın öldüyünü gördük. Bu heç də dəyişikliyə bənzəmir, hər şey olduğu kimi davam edir.

Nikol Paşinyan: Sülh Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz. Çünki Azərbaycan Ermənistanın səylərinə qarşılıqlı cavab verərsə, həqiqi sülhə nail ola bilərik. Ermənistanın Baş naziri olanda sülh üçün yeni bir düstur təklif etdim. Düstur belədir. Dağlıq Qarabağ münaqişəsinin hər hansı bir həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır və mən Dağlıq Qarabağa aid istənilən həllin həm də Azərbaycan xalqı üçün də məqbul olmalı olduğunu deyən ilk Ermənistan lideriyəm. Ancaq təəssüf ki, Azərbaycan Prezidenti mənim təklifimə qarşılıq vermədi.

Stephen Sackur: Ancaq hərəkətlər sözlərdən daha gurultulu danışır, cənab Baş nazir. İyulun ortalarında gördük ki, Ermənistan Silahlı Qüvvələri münaqişə xətti boyunca kəndləri atəşə tutur, azərbaycanlıların dediyinə görə, 76 yaşlı mülki şəxs öldürülür və nəticədə qisasa-qisasatəşi açılır və nəticədə geniş döyüşlər baş verir. Bir daha qeyd edirəm ki, sizin siyasətiniz sülhə nail olmaq məqsədi üzərində qurulmuş kimi görünmür.

Nikol Paşinyan: Azərbaycan Ermənistana hərbi hücumu başlatdı və bu, ayrı bir hərəkət deyildi. Uzun müddət ərzində Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsini hərbi güclə həll etmək niyyətində olduğu barədə döyüşkən ritorikaya əl atıb. Bu sərt ritorikanın nəticəsi olaraq, Azərbaycan hökuməti öz cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə niyə həll edə bilmədiyini izah etməkdə çətinlik çəkir.

Stephen Sackur: Siz deyirsiniz ki, döyüşləri azərbaycanlılar başladıb, onlar da, əlbəttə ki, deyirlər, siz başlamısınız. Mən bu döyüşləri kimin başladığını deyə bilmərəm, amma onu deyə bilərəm ki, siz bir ay içərisində bir-birinin ardınca Dağlıq Qarabağda gərginliyi artıran ciddi təhrikedici addımlar atmısınız. Məsələn, niyə keçən ilin avqustunda Dağlıq Qarabağda Stepanakertəgetdiniz və çıxışınızda “Artsax, – siz Dağlıq Qarabağı belə adlandırırsınız – Ermənistandır, nöqtə” dediniz? Və bununla da imkan verdiniz ki, izdiham birləşmə kimi millətçi bir şüar səsləndirsin. Bu açıq-aşkar Azərbaycana qarşı provokasiya idi.

Nikol Paşinyan: Birincisi, beynəlxalq ictimaiyyətin vəziyyətini başa düşə bilərəm. Onlar hər dəfə kimin başladığı, atəşkəsi kimi pozduğu barədə qarşılıqlı ittihamları eşidirlər. Məhz buna görə bu, uzun müddətdir ki, təkrarən davam edir. Və buna görə də atəşkəsin pozulmasını araşdıracaq beynəlxalq mexanizminin təsis edilməsini təklif edirik. Bu da Ermənistanın etibarlı təklifidir. İkincisi, mən Dağlıq Qarabağın, Artsaxın Ermənistan olduğunu niyə dedim? İlk öncə, bir neçə min ildir ki, Dağlıq Qarabağda yerli erməni əhalisi məskunlaşıb və yeri gəlmişkən, Artsax adının bir neçə min il yaşı var.

Tovuz döyüşlərindən sonra Azərbaycanda yas mərasimi

Şəklin alt yazısı,Tovuz döyüşlərindən sonra Azərbaycanda yas mərasimi (arxiv)

Stephen Sackur: Cənab Baş nazir, biz sizin tarixinizin minillərini müzakirə edə bilmərik, ancaq bu günün reallıqlarına diqqət yetirə bilərik. BMT Baş Assambleyası, sizin də bildiyiniz kimi, qətnamə qəbul edib – sitat: “…bütün erməni qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən qeyd-şərtsiz çəkilməsini tələb edir”. Bu, BMT Baş Assambleyasının qətnaməsidir və beynəlxalq qanunlara görə, sizin qüvvələriniz işğal qüvvələridir. Siz də oraya gedərək, o ərazinin sizin olması barədə danışmağı seçdiniz. Açıq-aşkardır ki, siz sülhyaradıcı deyilsiniz.

Nikol Paşinyan: BMT Təhlükəsizlik Şurasının sənədi Ermənistan Respublikası və ya Ermənistan Respublikasının silahlı qüvvələrini qeyd etmir. Dağlıq Qarabağ ermənilərinin özünü-müdafiə qüvvələri yazılıb. Bu birinci. İkincisi – siz reallığa baxmağı təklif etdiniz. Reallıq isə budur ki, bu münaqişənin başlandığı anda Dağlıq Qarabağ əhalisinin90 faizi, 80 faizi ermənilər idi. Azərbaycan bu ərazini ermənilərdən təmizləməyə çalışdı və münaqişə bu andan başlayır.

Stephen Sackur: Amma mənim sualım budur ki, cənab nazir, siz sülh yolunu seçmək barədə verdiyiniz vədi nə dərəcədə tutmuş olursunuz? Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa Azərbaycanın geniş ərazisindən keçən yeni yol çəkməyi planlaşdırır. Brüsseldə bu plana baxan Avropa İttifaqı Parlamentinin Qafqaz üzrə mütəxəssisləşmiş bir qrup üzvü bu planı beynəlxalq qanunların pozulması kimi təsvir edib. Onlar deyiblər ki, bu, Dağlıq Qarabağın qanunsuz işğalını simvolik olaraq möhkəmlədəcək. “Biz bu təşəbbüsü qınayırıq”, onlar deyiblər. Siz bu yolun çəkilməsini dayandıracaqsınızmı?

Nikol Paşinyan: Dağlıq Qarabağda hər hansı yol çəkən Ermənistan hökuməti deyil. Bu, öz əhalisinin maraqları çərçivəsində hərəkət edən Dağlıq Qarabağ hökumətidir. Bilirsiniz, Qarabağda insanlar yaşayır. İnsanlar yaşayır və onların ehtiyacları var – təchizat, ərzaq, hərəkət ehtiyacları və Azərbaycan, yeri gəlmişkən, Dağlıq Qarabağa qarşı təcrid və blokada siyasətini həyata keçirir. Yeri gəlmişkən, elə Ermənistana qarşı da.

Stephen Sackur: Cənab Baş nazir, mən bu müsahibəyə başlayanda dedim ki, siz hakimiyyətə dəyişiklər və islahatlar barədə böyük ümidlərlə gəlmişdiniz. Ancaq bu məsələdə – Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçi mövqeyi, sizin, səmimi desəm, mənalı sülh elementi olmayan strategiyanızla siz elə öz sələfləriniz kimisiniz. Siz onlardan fərqli deyilsiniz. Hanı sübut ki, Ermənistan xalqı üçün belə önəmli bir məsələdə siz masa üzərinə nəsə fərqli bir şey gətirirsiniz?

Nikol Paşinyan: Mövqeyimizi millətçi adlandırdığınızla razı deyiləm. Çünki Dağlıq Qarabağ ermənilərinin mövcudluğu təhlükə altındadır. Və nə təklif edirik? Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı güc tətbiq etmə imkanından imtina etməyi təklif edirik. Biz çox sadə bir düsturla razılaşmalıyıq – Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli mövcud deyil.

Tovuz döyüşlərindən sonra Ermənistanda yas mərasimi

Şəklin alt yazısı,Tovuz döyüşlərindən sonra Ermənistanda yas mərasimi (arxiv)

Stephen Sackur: Sizin mövqeyinizi başa düşürəm. Amma siz hakimiyyətə gəlməzdən öncə jurnalist, insan haqları müdafiəçisi olmusunuz və hətta siyasi məhbus kimi həbs yatmısınız. Yəni, insan haqlarına önəm verirsiniz. Mən bilmək istəyirəm, Azərbaycana əlinizi uzatmaq və sizdən əvvəlki liderlərdən fərqli olduğunuzu göstərmək üçün “keçmişdə, xüsusilə 1980-ci illərin sonları və 1990-cı illərin əvvəlində Ermənistan qüvvələri Dağlıq Qarabağda ciddi insan haqları pozuntularına yol veriblər, müharibə cinayətləri törədiblər” deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəcilər həmin cinayətləri qeydə alıblar. Siz onları etiraf etməyə və “üzr istəyirik” deməyə hazırsınızmı?

Nikol Paşinyan: İstənilən müharibə faciələr zənciridir. Məhz buna görə deyirik ki, gəlin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istənilən güc tətbiqi imkanlarından imtina edək. Hər hansı əmin-amanlıq kompromis deməkdir və Ermənistan həmişə kompromis getməyə hazır idi və indi də hazırdır.

Stephen Sackur: Mən sizə çox sadə sual verirəm, siz Ermənistan ordusu tərəfindən məsələn, Avropa İnsan Haqları Məhkəməsində siyahıya alınmış insan haqlarının pozulması hallarına görə barışma ruhunda “üzr istəyirəm” deyəcəksinizmi? Siz “üzr istəyirəm” deyəcəksinizmi?

Nikol Paşinyan – Avropa Məhkəməsinin azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərinə dair bənzər kataloqu var.

Stephen Sackur: Amma mən azərbaycanlılarla danışmıram, mən sizinlə danışıram.

Nikol Paşinyan: İcazə verin sualınıza cavab verim. Və biz Sumqayıt hadisələrini də qeyd etməliyik. Bu, 1980-ci illərin sonlarına aiddir ki, Azərbaycan hökuməti və azərbaycanlılar, paytaxt Bakıda, Sumqayıt şəhərində ermənilərə qarşı poqromlar törədiblər. Məsələ budur.

Paşinyan, Hard Talk, BBC, qarabağ, xocalı

Stephen Sackur: Mən sadəcə bilmək istəyirdim ki, siz Ermənistan qüvvələri tərəfindən törədilmiş insan haqları pozuntuları üçün üzr istəməyə hazırsınızmı? Bu ki, çox sadədir – Bəli və ya Xeyr.

Nikol Paşinyan:Bu vəhşiliklərin kimin törətdiyini sübut etmək lazımdır və düşünürəm ki, Dağlıq Qarabağ erməniləri və Azərbaycan qurbanlardırvə biz bunu isbat edə bilərik. Bütün hallarda, istənilən vaxt. Bax:

https://www.bbc.com/azeri/region-53769062

 

 

 

Print Friendly, PDF & Email