1.AvropaParlamenti.DSC002751-300x169

Azərbaycan Beynəlxalq Universiteti (ABU) və rektoru haqqında yalan informasiyaların verilməsi qərəzli xarakter daşıyır.Bəzi pulla satın alınmış,  gizli polislə iş birliyində olan KİV-in qəzetçiləri ABU haqqında yalan informasiyalar verməsi siyasi sifarişdi. Biz dəfələrlə bildirmişik ki, bəzi adam ogurlugu lə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla iş birliyində olan ’’jurnalist’’lərin ABU haqqında düzgün olmayan məlumatlar verməsi çox pis haldır. Onlar yalnız qərəzli mövqedən çıxış edir, problemin hüquqi tənzimləmə yolu ilə deyil rəisin siyasi sifarişilə qərəzli mövqedən ABU-ya yanaşırlar. Onarın verdiyi qərəzli informasiyalar Qanuna söykənmədiyi ücün həqiqətə uygun deyil. Məlumdur ki, mübahisəli problemin düzgün həlli yolu qüvvədə olan qanunvericiliklə təsbit edilibdi.

Anaxeber.az saytının 15 mart 2016 il tarixli ‘’Gənc hakimin diplomu saxta çıxdı – QALMAQAL’’ adlı yazısı ABU və onun rektoru haqqında növbəti həqiqətə uygun olmayan qərəzli yalan məlumatlardan biridi. Qərəzli yalan informasiyaların bir qayda olaraq hec bir hüquqi əsası yoxdu. Yazıda bildilir ki, Suraxanı Rayon Məhkməsinin hakimi Həsənov Ramil Yaqub ogunun ABU tərəfindən verilmiş hüquqşünaslıq diplomu saxtadı (Digər KİV-də  belə yalan  xarakterli bir sıra siyasi sifarişli informasiyalar vardır).

Снимок экрана 2016-03-17 в 20.51.33

Xatırlatmaq istərdim ki, müstəqillik dövründə ilk təhsil qanunvericiliyi – ’’Azərbaycan Respublikasının Təhsil Qanunu’’ 7 oktyabr 1992-ci il tarixində qəbul edilmişdir(30 dekabr 1992-ci il tarixndə ’’Azərbaycan’’ qəzetində dərc edilmişdir) . Həmin Qanun 19 iyun 2009-cu il tarixli, 833-lllQ nömrəli Azərbaycan Respublikasının Qanuna əsasən qüvvədən düşmüşdür (’’VES Consultancy’’ LLC):

1.Hər şeydən əvvəl, həmin illərdə (1992-2009-cu illər) ’’Azərbaycan Respublikası Təhsil Qanun’’un 21-ci maddəsinə görə Ali Təhsil Müəssisələrinə Tələbə Qəbulu iki formada aparılırdı:

            birincisi, universitetlərə Tələbə Qəbulu ali təhsil müəssisələri tərəfindən bilavasitə aparılması idi, yəni, tələbə qəbulu aparmaq,  bilavasitə universitetlərin səlahiyyətinə daxil idi. Eyni prinsip, Azərbaycan Beynəlxalq Universitetinin Nizamnaməsində də öz əksini tapmışdır (6-cı maddə);     

            Ikincisi, Tələbə Qəbulunun, digər forması isə,  dövlət planı əsasında  TQDK-sı tərəfindən aparılddı. Lakin, AR-sı Prezidentinin 17 iyun 2004 il tarixli Fərmanı ilə tələbə qəbulu TQDK-in manopoliyasında mərkəzləşdirilmlşdir. Bu qayda müasir dünya dövlətlərinin təcrübəsində geniş yayılıbdır. Hətta, müasir dünyada təhsilin inkişafına görə ilk yerlərdən birini tutan Fransada ilin istənilən anı konkret Universitet tərəfindən tələbə qəbulu aparılır. Başa düşdüyümüzə görə Fransada əsas meyar Unversitetin verdiyi təhsilin kefiyyətdir, yəni Fransa Universitetlərində kəmiyyət deyil, əsas kefiyyətdir. Azərbaycanda isə əsas kəmiyyətdir, kefiyyətin hec bir əhəmiyyət yoxdur, formal xarakter daşıyır (əsas məsələ yorgan davasıdır, bu hazırda da davam edir).

2.Buna baxmayaraq, həmin dövürdə (1992-2009-cu illərdə), AR Təhsil Qanunnun 21-ci maddəsi mübahisə dogurmuşdur. Universitetlərlə TQDK arasında Tələbə Qəbuluna görə mübahisə yaranmışdır. Həmin mübahisə Universitetlərin xeyrinə həll olunmuşdur. Buna görədə biz (12 Universitet rektoru) Tələbə Qəbulu haqqında mubahisəli məsələ ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdik. Konstitusiya Məhkəməsi AR-sı Təhsil Qanunnun 21-ci maddəsini əsas götürərək qərar vermişdit ki, universitetlərdə Təhsil Qanunun 21-ci maddəsinə görə bilavasitə tələbə qəbulu aparmaq səlahiyyətinə malikdirlər (Bax: AR-sı Konstitusiya Məhkəməsinin qərarı);

3.Bundan başqa, biz AR Milli Məclisinə müraciət etdik. Ali qanunverici orqan da AR-sı Konstitusiya Məhkəməsinin tələbə qəbulunun unversitelər tərəfindən aparılması normasını – Təhsil Qanunun 21-ci maddsiənin qüvvədə saxlanması haqqında qərar verdi (Bax: Milli Məclisin qərarı);

4.Eyni zamanda, həmin dövrdə AR-sı Konstitusiya Məhkəməsinin qərarına əsasən prokurorluq orqanları da Təhsil Qanunnun 21-ci maddəsini əsas götürmüşlər. Buna uygun olaraq AR Hərbi Kommissarlıgı da Təhsil Qaunun 21-ci maddəsini əsas götürmüşdür.

5.Hətta, həmin dövrdə məhkəmə təcrübəsində də AR-sı Konstitusiya Məhkəməsinin qərarını rəhbər tutaraq mübahisəli məsələləri Təhsil Qanunun 21-ci maddəsi qaydasında həll etmişdir. Bizə məlum olan 8 Yerli Məhkəmə orqanlarında Təhsil Qanunun 21-ci maddəsini əsas götürərək Ali hakimiyyət orqanlarına cavab yazmışdırlar kı, Ali Təhsil Müəsisələri də müstəqil tələbə qəbulu aparmaq səlahiyyyətinə malikdirlər (Bax: Bakı şəhəri Rayon Məhkəmə qərarları).

          İkincisi, Tələbə Qəbulu TQDK-dan kənar köçürmələr yolu ilə də aparılıbdır. Bu problemində hüquqi əsası vardır. Məlumdur ki, həmin dövrdə (1992-2009-cu illərdə) qüvvədə olan təhsil qanunvericiliyinə görə tələbə köcürmələri bilavasitə unversitetlərin səlahiyyətinə aid idi (Bax: Ali Təhsil Müəssisələri haqqında Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 saylı qərarı ilə təsdiq edilmişdir) .

          Fikrimizcə, həmin qaydalar hüquqi baxımdan bu gündə qüvvədədir. Buna görə də ABU-da hec bir vaxt qanunsuz tələbə qəbulu aparılmayıbdır.

          Suraxanı Rayon Məhkməsinin hakimi Həsənov Ramil Yaqub ogunun Azərbaycan Beynəlxalq Universutetindən (ABU) aldıgı diplom hüquqi baxımdan etibarlı hesab edirəm. AR-sı Təhsil Nazirliyi tərəfindən ona diplom verilmişdir. Qüvvədə olan qanunveciliyə görə diplomlar DTQK-sı tərəfindən deyil, Təhsil Nazirliyi tərəfindən verilir. Hakimin ABU diplomu hüquqi baxımdan  saxta deyil, ona görə də KİV-dəki ABU haqqında həqiqətə uygun olmayan qərəzli yalan yazıları  siyasi sifarişli qərəzli informasiyalar hesab edirəm …

Elşad Abdullayev – Hüquq professoru

Fransa, Paris, 17 mart 2016

Capture d’écran 2016-03-11 à 21.26.46

Print Friendly, PDF & Email