Print Friendly, PDF & Email

 

 

 

 

 

Təhsil islahatı istəyən tələbələr küçələrdə Macar hökümətinə qarşı etiraz mitinqlıri keçirdi…

Təhsil sistemi xatirələrə əsaslanır və tənqidçilər daha yaradıcı və düşüncəli üsullar tələb edirlər

Macarıstanda təhsil sisteminin islahatını tələb edən tələbələr tələblərini açıqlamaq üçün ön plana çıxmışlar.

Aktivistlər paytaxt Budapeştdə parlament binasının qarşısında toplandı. Plakatlarda ‘Savadsızolduhumu Hiss edirəm’, ‘Beynim Kiçilir’ kimi şüarlar yazılmışdı.

Tələbələr və valideynlər təhsil sisteminin əzbərə söykənən olmaqla tənqidi və daha yaradıcı düşünməyə məcbur edən üsullara keçilməsini istəyirlər.

Müstəqil Tələbələr Məclisinin Spikeri Krisztian Kormos Universitetlərdəki antidemokratik təzyiqlərin gündəlik həyatın bir parçası halına gəldiyini söyləyir və əlavə edir: “təhsil profesyonellagından  uzaq sistemdən artıq bezdik. Tələbələr üzərində həddindən artıq təzyiq qurmaq geri qalmış bir təhsil sisteminin göstəricisidir.”

Müxtəlif sektorlarda çalışan bir çox gənc tələbələrə dəstək veririk.

Hökuməti tənqid edənlər gənc Macarların istiqamətini  Qərbi Avropaya çevirildiyini və beyin köçü yaşandığını söylədilər.

Daha əvvəl səhiyyə sahəsində vəzifə etmiş Macar bir qadın, iqtidarın təməl xidmətlərə kifayət qədər investisiya etmədiyindən şikayətlənir: “Təhsil sistemi səhiyyə sistemi qədər pis vəziyyətdir. Hökumət ölkəni irəliyə daşıyacaq, inkişaf etdirib zənginləşdirəcək sektorlar yerinə gərəksiz yerlərə xərcləmə edir.

Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi sağçı hökumət, referandumdan sonra çoxsaylı tənzimləmələr etdi. Xüsusilə ədalət və media ilə əlaqədar yeni qanunlar Avropa Birliyi ilə Macarıstan arasındakı əlaqələrə mənfi təsir göstərdi.

Mübahisəli təlim qanunu
Orban rəhbərliyi ötən aprel ayında təsdiqlənən mübahisəli təhsil qanunuyla həm ölkə daxilində, həm də ABŞ-da sərt reaksiya səbəb olmuşdu.

Macarıstan Parlamentində qəbul edilən qanun ilə xarici ölkə diplomu verən yüksək təhsil təşkilatlarının bu ölkədəki fəaliyyətləri zorlaştırılmıştı.

Müxalifət, hökumətin hüquqi tənzimləmə ilə Macar əslli Amerikalı iş adamı Corc Sorosun maliyyəyə etdiyi, ölkədəki ən prestijli universitetlərdən Orta Avropa Universitetin (CEU) işini qeyri-mümkün hala gətirməyi məqsəd qoyduğunu iddia etmişdi.

 

 

 

 

DAHA ƏTRAFLI